Cəbrayıl bircə bu başçıdan da azad olsaydı... - NARAZILIQ!
Bolge
Oxunub: 271
2 apr 2022 | 22:22
Cəbrayıl bircə bu başçıdan da azad olsaydı... - NARAZILIQ!


Ölkə başçısı həmişə müşavirələrində vurğulayır ki, "Məmur xalqın xidmətçisidir. Hər zaman xalqın yanında olmalı, onların problemləri ilə maraqlanmalıdır."

Deyir, "sən saydığını say, gör məmurlar nə sayır".
Ölkə başçısının ciddi tapşırığına baxmayaraq, hələ bir çox icra başçıları öyrəşdiyi formada işini davam etdirir. Yəni, "köhnə hamam, köhnə tas"... Bir çox icra başçıları nəinki, kəndləri gəzib, sakinləri dinləmir, heç dəfələrlə idarəyə gəlib müraciət edənlərə, hətta sosial media vasitəsilə Prezidentə müraciət edənlərə də əhəmiyyət vermir.

Yeri gəlmişkən, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini, hazırda Biləsuvar rayon ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayan Məmmədova Elmira Əliş qızı və digər bir neçə Cəbrayıl rayon sakinləri də dəfələrlə "DogruXeber.az" informasiya portalı vasitəsilə prezidentə müraciət edib, İcra başçısı Kamal Həsənovun barəsində narazılıqlarını ifadə ediblər. Sakinlərin hər müraciətindən sonra, onlara reaksiya verən İcra başçısı deyil, onun işlə təmin etdiyi tərəfdarları olub. Hansı ki, xanımların reportajları yayımlanan sayt və YouTube kanalının şərh bölməsində onları təhqir ediblər. İcra başçısının "mərhəmətindən töhfə alan" bəzi"şansı yavər gedən" rayon sakinləri, başçıdan narazılıq edən yüzlərlə rayon sakinlərini şiddətlə qınayır, "yalançı"lıqda ittiham edirlər.

Elmira xanım Məmmədova bu dəfə də üzünü prezidentə tutaraq, bu dəfə daha ciddi iddialı ifadələr səsləndirib. Bu qədər narazılıqlara, şikayətlərə, özbaşınalıqlara rəğmən, İcra başçısının işini hələ də öz bildiyi kimi idarə etməsinə və barəsində heç bir tədbir görülmədiyinə görə, prezident administrasiyasında onu dəstəkləyən hər hansı bir şəxsin olduğu qənaətinə gəldiklərini ifadə edib. Xanım düşünür ki, prezident aparatında onların şikayətlərinin ölkə başçısına çatdırılmasını əngəlləyən tərəfdarlar fəaliyyət göstərir.

Üstəlik də bəzi təhsili olmayan, yaxud diplomu sual altında olan və yuxarıda da qeyd etdiyimiz kimi, başçının "mərhəmətindən nəsibini alan" şəxslər narazı sakinləri susdurmaq, həmçinin onların etiraz səslərini ictimailəşdirən mediaya bu işdə əngəl olmaq üçün əllərindən gələn bütün vasitələri (təhdid, xahiş və s) sınaqdan keçirirlər. Amma, heç bir halda sakinləri narazı salan səbəbləri aradan qaldırmağı planlarına daxil etmirlər. Hansı ki, başçıya olan "sevgi və ehtiram"ları sayəsində sahib olduqları vəzifənin səlahiyyətləri, bu problemlərin bəzilərinin həllinə qismən də olsa çatır. Həmin şəxslər isə hətta mətbuata müraciət etmək istəyən onlarla sakinlərə də yalan vədlərlə əngəl olurlar. Hər gün "yaxşı olacağ"ına söz verərək, beləcə vaxt qazanırlar.

Maraqlıdır, nə vaxta qədər?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu