“Kapital Bank”ın Neftçala filialında ödənilmiş kreditlər hara yoxa çıxır? - Üstəgəl müştəri məmnuniyyətsizliyi…
Bolge
Oxunub: 230
31 mar 2022 | 23:36
“Kapital Bank”ın Neftçala filialında ödənilmiş kreditlər hara yoxa çıxır? - Üstəgəl müştəri məmnuniyyətsizliyi…


“Kapital Bank”ın Neftçala filialında müştərilərə qarşı kobudluq və saymamazlıq halalrı baş alıb gedir. Bu barədə bankın müştərisi olan Neftçala sakini PİA.az-a şikayət ünvanlayıb. Teref.az-ın məlumatına görə PİA.az-a teleon açan Neftçala sakini bildirib ki, səhər tezdən ona “Kapital Bank”ın mərkəzi ofisindən telefon edilib və müştəri tərəfindən kreditin ödənişinin yubanıldığı bildirilib. Müştəri isə bildirir ki, müqaviləyə əsasən o, hər ayın 7-ə qədər kredit borcunu ödəyir və bu günə qədər də gecikmə halalrı olmayıb. Mərkəzi ofisdən bildiriblər ki, məsələ ilə bağlı “Kapital Bank”ın Neftçala filialına yanaşsın və problemə orda aydınlıq gətirilsin.

“Kapital Bank”ın Neftçala filialına gələn müştəri orda kobudluqla qarşılaşıb. Qəbulda xidmət göstərən xanım müştəriyə saymazyana şəkildə bildirib ki, onlar heç bir şey deyə bilməzlər və buna görə də onları narahat eləməsin.

Müştəri qeyd edir ki, qəbulda xidmət göstərən xanım bütün müştərilərə qarşı bu şəkildə davranır və onun kobud və saymazyana davranışlarından bir çox müştərilər dəfələrlə filialın müdirinə şikayət ediblər. Lakin nə şikayətlərə görə ölçü götürülür, nə də xidmət göstərən xanım kobudluq və saymamazlığından əl çəkir.

Məsələ ilə bağlı “Kapital Bank”ın Neftçala filialının rəhbəri Telman Qorçiyevin yanına girən müştəri yenə də eyni vəziyyətlə üzləşib. Müştərinin təqdim etdiyi qəbzlərə göz mele atmayan filial müdiri bildirib ki, yaranmış problemlə bağlı heç bir şey deyə bilməz və bu məsələlər onluq deyil. Qəbulda xidmət göstərən xanımın kobudluğu ilə bağlı müştərinin şikayətinə reaksiya verən T.Qorçiyev eyni kobudluğu təkrarlayıb və saymazyana şəkildə, “mən bilmirəmsə, demək ki, o da bilmir”, deyib.

Müştəri bildirib ki, bankda heş kim zəhmət çəkib onun hesabını yoxlamadı və kreditin bankın hesabına keçib-keçməməsi ilə bağlı məlumat vermədi. Bütün bunlara görə də müştəri “Kapital Bank”ın rəhbərliyinə bir neçə sual ünvanlayır:

1. Uzun illərdir “Kapital Bank”ın Neftçala filialının rəhbərlik edən Telman Qorçiyevin bu davranışlarını bank rəhbərliyi necə dəyərləndirir?

2. Əgər ödənilmiş kreditlərlə bağlı yaranan problemləri “Kapital Bank”ın Neftçala filialınında heç kim bilmirsə, onda kim bilir?

3. Niyə filialda çalışanlar müştərinin hesabına baxaraq problemin nədən qaynaqlanması haqda müştəriyə məlumat vermək istəmir? Bunun izah olunacaq bir səbəbi varmı?

Qeyd edək ki, uzun illərdir “Kapital Bank”ın Neftçala filialına rəhbərlik edən T. Qorçiyevlə bağlı əvvələr də çoxlu şikayətlər olunub və bu şikayətlər mətbuatda belə yer alsa da, mərkəzi ofis T.Qorçiyev haqda heç bir tədbir görmür. Hətta yerli mətbuatda yer alan məlumatların arasında T.Qorçiyevin əvvələr bankdan kredit götürmüş şəxslərin adına onlardan xəbərsiz yeni kredit sənədləşdirilməsi barədə də məlumatlar var.

Qarşı tərəfin mövqeyini dərc edtməyə hazırıq…
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu