İcra başçısının bunlardan xəbəri yoxdur? - FOTO//VİDEO
Bolge / Video
Oxunub: 354
18 mar 2022 | 14:05
İcra başçısının bunlardan xəbəri yoxdur? - FOTO//VİDEO


Ölkə prezidentinin 05 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Məhərrəm Quliyevin adı, bu gün də mətbuatın gündəmindən düşmək bilmir ki, bilmir. Düşündürücü haldır ki, daim əksər media qurumlarının tənqid hədəfinə çevrilən bu şəxs, indiyə kimi nə idarəçiliyində, nə də ki, məsələ və problemlərin həllində ortaya yeni yanaşmasını qoymağı bacarmayıb. Baxmayaraq ki, Məhərrəm Quliyev son təyinatına qədər də, bir çox vəzifələrdə çalışmışdır. Redaksiyamıza daxil olan səhih məlumatlara görə isə, uzun illərin təcrübəsi onu bu gün düşdüyü çıxılmaz durumdan heç də xilas edə bilmir. Bir anlığa diqqət yetirək ki, Məhərrəm Quliyev 2019-cu ildən indiyə kimi Goranboyda elə bir idarəçilik həyata keçirib ki, qruplaşmalar arasında əmələ gələn ziddiyyətlər “pik nöqtə”yə yüksəlmiş, rayonun sosial problemləri aşıb-daşmış və s. kimi xoşagəlməz olaylar baş vermişdir. Adicə bir faktı qeyd edək ki, bu şəxsin “nataraz idarəçiliyi”nin varlığı səbəbindən, rayonun mərkəzi ərazisində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə inşa olunmuş “Heydər bulağı”nın ətraf ərazisi, sanki döyüş meydanına oxşayır.

Bundan əlavə, xalqımızın tarixi xilaskarı Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzinin divarındakı üzlük daşlardan bəziləri qopub tökülmüşdür. Digər tərəfdən, rayonun mərkəzi ərazisində, hansı ki, gün ərzində minlərlə insanların ötüb-keçdikləri yerdə, daha dəqiq desək Heydər Əliyev Mərkəzinə yaxın ərazidə yerləşdirilmiş şəhid lövhəsinin ətraf ərazisindəki ümumi mənzərənin görkəmi, sanki hər kəsi şoka salır. Demək, bütün bunlar rayona rəhbərlik edən şəxsin naşı şəxs olduğunu və lazımi idarəçilik bacarığı həyata keçirə bilmədiyini sübuta yetirir. Hələ bunlar harasıdır? Məhərrəm Quliyevin yarıtmaz idarəçiliyinin varlığı rayondakı mərkəzi magistral yolun​ kənarını və Borsunlu kəndinin yaxınlığındakı “Çinar” pavlionunun ətrafını bənzəri olmayan zibilliyə də qərq edib. Yəni, görünən reallıqlar və yaşananlar onu deməyə əsas verir ki, Məhərrəm Quliyev sözdə Ulu Öndərin ideyalarına sadiq olduğunu bildirsə də, əslində o, əməllərində və şəxsi yanaşmasında fərqli bir şəxsdir. Əgər o, hər kəsi inandırmağa çalışdığı fikirlərində səmimidirsə, o halda sual oluna bilər ki, nədən “Heydər bulağı”na, Heydər Əliyev Mərkəzinə və şəhidimizə belə bir ögey münasibət, belə bir sayğısızlıq göstərilir? Məhərrəm Quliyevin qazilərə göstərdiyi münasibət də, hər kəsə bəlli olan həqiqətlərdir. Yəni, RİH-nin başçısı qazilərə qarşı da elə bir “xor münasibət” göstərir ki, onlardan bəziləri özlərinə qəsd etməyi, sanki düşdükləri vəziyyətdən çıxış yolu hesab edirlər. Məsələn, bir müddət bundan əvvəl bir nəfər qazinin özünü İH-nə məxsus inzibati binanın qarşısında yandırması, məhz söylənilənləri tam şəkildə təsdiq etmiş olur. Həmçinin, çoxsaylı cəhdlərinə rəğmən, İcra başçısının qəbuluna düşə bilməyən Şəfəq kənd sakini, müharibə iştirakçısı Elvinin cavabsız qalan müraciətləri.



Müharibədə döyüşən könüllünün ailəsinə İcra Hakimiyyəti işçiləri tərəfindən hörmətsizlik və sair... Bu siyahını böyütmək də olar, amma oxucularımızı yormaq istəmirik.

Uzun sözün qısası, bu şəxsin Goranboydan olan vəzifə sahiblərinə “qənim kəsilməsi”də, heç də hər kəs üçün sirr deyil. Çünki, Məhərrəm Quliyev kadr məsələsində ayrıseçkiliyə yol verməyi, birbaşa özü üçün şərəf bilir.

Unutmaq olmaz ki, RİH-i başçısının vaxtilə “sağ əl”i hesab olunan və büdcə pullarını rəhbərinin “dobro” deməsindən sonra “ram edən” 1-ci müavin Ceyhun Həsənovla bağlı DTX cinayət işi qaldırılmış və hal-hazırda istintaq davam etdirilməkdədir. Rayon rəhbərliyi tərəfindən ortaya qoyulan belə bir yanaşmaların varlığı, həyata keçirilən idarəçiliyin mahiyyəti və s. ulu öndər Heydər Əliyev ideyalarına xəyanətdən başqa bir şey deyil.


P.S: Mövzuda qeyd edilənlərə İcra Hakimiyyətinin də münasibətini öyrənmək üçün Goranboy rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlil sektorunun müdiri Faiq Muradov ilə telefon əlaqəsi saxladıq.

Faiq Muradov Heydər Əliyev mərkəzində müəyyən təmirə ehtiyac olduğunu təsdiq etdi və bildirdi ki, "bu barədə artıq Mədəniyyət Nazirliyinə də müraciət edilib. Tezliklə bina təmir ediləcəkdir. Digər - Heydər bulağının və şəhid lövhəsinin ətrafında yaranmış problemlər barəsində öyrənib, sizə zəng edəcəm.

Artıq, Faiq Muradov ilə söhbətimizdən bir gün keçib və o hələ də bizə zəng edib, suallarımıza aydınlıq gətirməyib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mövzu diqqətimizdədir.

DogruXeber.az

İcra başçısının bunlardan xəbəri yoxdur? - FOTO//VİDEO
İcra başçısının bunlardan xəbəri yoxdur? - FOTO//VİDEO
İcra başçısının bunlardan xəbəri yoxdur? - FOTO//VİDEO
İcra başçısının bunlardan xəbəri yoxdur? - FOTO//VİDEO
İcra başçısının bunlardan xəbəri yoxdur? - FOTO//VİDEO
İcra başçısının bunlardan xəbəri yoxdur? - FOTO//VİDEO
İcra başçısının bunlardan xəbəri yoxdur? - FOTO//VİDEO
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?