Goranboyda Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR - MÜRACİƏT
Bolge
Oxunub: 304
11 mar 2022 | 19:19
Goranboyda Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR - MÜRACİƏT


3-cü qrup əlil, İkinci Qarabağ müharibə iştirakçısı, Goranboy rayonu, Qızılhacılı qəsəbəsinin 1 saylı tam orta məktəbinin texniki işçisi Xəlfəyev Amil Vidadi oğlu tərəfindən Hurriyyet.az-a növbəti şikayət məktubu daxil olub.

Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə, Baş prokuror Kamran Əliyevə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova, İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevaya müraciət edən şikayətçi yazır:

“Möhtərəm Prezident!

Çox hörmətli Birinci vitse-prezident!

44 günlük müharibədə iştirak etmişəm, sağlamlığımı itirmişəm, 3-cü qrup əliləm. Gənc ailəm və himayəmdə iki azyaşlı uşaqlarım var. İşlə təmin olunmağım üçün Goranboy Rayon İcra Hakimiyyətinə müraciət etdim, məni Goranboy rayonu Qızılhacılı qəsəbəsinin 1 saylı tam orta məktəbinə texniki şöbəyə işçi qəbul etdilər.

Cənab Prezident!

Üç aydır işlədiyim məktəbə Təhsil Nazirliyinin təşkil etdiyi "Direktorların İşə Qəbulu" imtahanında tələb olunan imtahan balını toplamadan, müsahibə, müsabiqə mərhələlərində iştirak etmədən, direktor vəzifəsinə müxtəlif vəzifələrdə əyləşən qohumlarının hesabına təyin edilən Nailə Allahverdiyeva Sizin mənə verdiyiniz "QAZİ" statusunu ləğv edərək, məni işlədiyim kollektivdə nüfuzdan salaraq "DƏLİ" adlandırır. Əgər mən dəliydimsə, nə səbəbə mənə silah etibar edib, 44 günlük döyüşə göndərirdilər və Goranboy Rayon İcra Hakimiyyəti mənim işlə təmin olunmağıma köməklik edirdi?

Məktəbin direktoru Nailə Allahverdiyeva məktəbin təsərrüfat müdürü Rövşən Zeynalovla əlbir olaraq məni sıxışdırırlar, hüquqlarımı pozurlar, QAZİ olaraq mənə hörmətsizlik edirlər.

Möhtərəm Prezident!

Siz icra başçılarına, vəzifəli şəxslərə, dövlət məmurlarına dəfələrlə tapşırıqlar verirsiniz ki, vətəndaşlara, xüsusilə qazilərə, şəhid, Milli qəhrəman ailələrinə, müharibə veteranlarına diqqət, qayğı göstərin, hüquqlarını pozmayın, süründürməçilik etməyin, problemləri ilə maraqlanın, xalqın, vətəndaşın qayğısına qalın.

Çox təəssüflər olsun ki, Sizin bu tapşırıqlarınıza işlədiyim Goranboy rayonunda və Goranboy rayonu Qızılhacılı qəsəbəsi, 1 saylı tam orta məktəbin direktoru Nailə Allahverdiyeva, təsərrüfat müdürü Rövşən Zeynalov tərəfindən riayət edilmir.

İdarəetmənin zəifliyi nəticəsində məktəb dağılır, yararsız haldadır, qəzalı vəziyyətindədir. Məktəbə direktor təyin ediləndə onun idarəetmə bacarığı xüsusilə nəzərə alınmalıdır.

İkinci Qarabağ döyüşlərinin iştirakçısı, QAZİ olaraq Sizdən xahiş edirəm, yuxarıda qeyd etdiklərimi nəzarətinizə götürəsiniz, aidiyyəti qurumlara məktəb direktoru Nailə Allahverdiyevanın və Təsərrüfat müdürü Rövşən Zeynalovun iş fəaliyyətinin yoxlanılması üçün tapşırıqlar verəsiniz.

İnanıram və ümid edirəm ki, sağlamlığını 44 günlük döyüşdə itirmiş QAZİ olaraq yuxarıda adlarını qeyd etdiyim vəzifəli şəxslər tərəfindən pozulmuş hüquqlarım bərpa olunacaq, onların iş fəaliyyətindəki yol verdikləri nöqsanlar obyektiv araşdırılacaq, əməllərinə hüquqi qiymət veriləcək, vəzifələrindən uzaqlaşdırılacaqlar. Haqq-ədalət öz yerini tapacaq”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest