Göyçayda baş verən qanun pozuntularının DETALLARI - İcra başçısı İdman Kompleksindəki avadanlıqları satıbmış?
Bolge
Oxunub: 322
9 mar 2022 | 23:39
Göyçayda baş verən qanun pozuntularının DETALLARI - İcra başçısı İdman Kompleksindəki avadanlıqları satıbmış?


Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır. DİA.AZ sfera.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin də vəzifəsindən azad edilmə səbəbi bəzi qanun pozuntuları ilə əlaqəli olub. Belə ki, gənclər və idman naziri Fərid Qayıbovun regionlardakı vəziyyətlə tanış olmaq üçün bu yaxınlarda səfər etdiyi yerlərdən biri də Göyçay olub. Nazir tikilməkdə olan, eləcə də mövcud idman və gənclər infrastrukturunun fəaliyyəti ilə maraqlanıb, Göyçay Gənclər Evində, Göyçay Olimpiya İdman Kompleksində gənclər üçün yaradılan şərait və göstərilən xidmətlər barədə məlumat alıb.

Lakin iddialara görə, Qayıbovun qarşılaşdığı mənzərə heç də ürəkaçan olmayıb. Səfər zamanı nazirin iştirakı ilə sözügedən məkanlarda invertarlaşdırma və monitorinqlər aparılıb, amma rəsmi sənədlərdə qeyd edilənlərdən fərqli görüntü ortaya çıxıb – müəssisələrə məxsus olan avadanlıqların, ləvazimatların yerində olmadığı, satıldığı müəyyən edilib.

Mehdi Səlimzadənin əməllərinin təkcə bununla bitmir. Əldə etdiyimiz məlumata əsasən, icra başçısı ölkə büdcəsindən hər il rayonlara ayrılan milyonlarla pula da göz dikib – yolların təmir-bərpa işlərinə, işıqlamasına ayrılan, həmçinin bağçalar üçün nəzərdə tutulan büdcədən əsər-əlamətin olmadığı bəlli olub.

Məsələn, Bərkuşat yoluna ayrılan 3 milyon manat yoxa çıxıb. Hətta bu yol infrastrukturu daha da bərbad hala salınıb. Belə ki, yolun köhnə asfalt örtüyü təmizlənib və satılıb, yeni asfalt isə çəkilməyib. Eyni zamanda, Göyçay şəhərinin işıqlandırılması, ağacların suvarılması istiqamətində heç bir iş görülməyib. Nəticədə ağaclar susuzluqdan çürüyərək evlərin üzərinə aşıb.

Qeyd edilən faktlar bir neçə dəfə mediada işıqlandırılıb. Məhz bunun nəticəsidir ki, məsələ icra başçısının vəzifədən azad edilməsi ilə yekunlaşmayıb, həm də Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi, o cümlədən Səlimzadənin köməkçisi Vahid İsayev, sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə dindirilməyə aparılıb. Sözügedən şəxslərlə yanaşı, bir neçə sahibkarın da dindirildiyi gələn məlumatlar arasındadır. Buna səbəb kimi isə, bir sıra ərazilərdə qeyri-qanuni torpaq satışının həyata keçirilməsi göstərilir. Bir torpaq sahəsinin saxta yollarla bir neçə nəfərə satışının təmin edildiyi ehtimal olunur.
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest