Kəlbəcər təhsilinin başına GƏLMƏYƏN QALMADI - "Yeyib-icən" oğlanın TƏHSİL BİZNESİ...
Bolge
Oxunub: 292
3 mar 2022 | 13:40
Kəlbəcər təhsilinin başına GƏLMƏYƏN QALMADI - "Yeyib-icən" oğlanın TƏHSİL BİZNESİ...


"Son bir ildə Təhsil Nazirliyi tərəfindən kadr siyasətində ciddi səhvlər baş verir. Savadı və ixtisası olmayanlar hansı yollarlasa vəziə başına gətirilir və təhsilimiz acınacaqlı vəziyyətə düşür. Bir o qalıb ki bacarıqli bir usta tapıb qoyalar rəhbər, bəlkə tökülüb-söküləni düzəldə! Sözün əsl mənasında bu rayonun təhsilinə “təmir “ lazımdır, özüdə rus demiş "kapitalnı". Bəli ele peşə məktəbinin təmir ustası olmuş Namiq Rəcəbov kimi... Təhsil Nazirliyi tərəfindən qoyulub Kəlbəcər təhsilinin başına. Son vaxtlara qədər rayon təhsili ancaq yaxşı xəbərlərlə gündəm olunurdu. Nə yazıq ki, yeni təyin olunmuş yalnış kadr olan Namiq Rəcəbov “yeyib-içən oglan“ imici qazansa da bu ona bəs eləmir, Kəlbəcər təhsilində də "xarüqələr" qazanmaq istəyir."

Qaynarxett.az-ı məlumatlandıran mənbə bildirir ki, Təhsil haqqında Qanunda və Rayon Təhsil Şöbəsinin Əsasnaməsində qeyd olunub ki, şöbə müdiri vəzifəsini daşıyan şəxsin ali pedoqoji təhsili və 5 ildən artıq pedoqoji stajı olmalıdır. Ancaq bu kateqoriyaların hec biri olmayan, yalniz ixtisas kursu keçmiş birisi necə təhsil şöbəsi müdüri kimi məsul bir vəzifəni yerinə yetirə bilər?. Hansı pedoqoji fəaliyətinə görə Nazirlik bu şəxsi belə bir məsul vəzifəyə təyin edib. Təyin olunan bu kadr inşaat mühəndisi ixtisaslıdır. Bu necə olur?" Təhsil Nazirliyimiz niyə bu məntiqnən kadr islahatı aparır. İxtisasartirma kursu keçsək, deməli, onda hər bir sahədə rəhbər ola bilərik?!. Müdir qalsın bir yana, bəs, niyə qanunvericiliyin tələbləri pozularaq təhsil şöbəsindəki vəzifə daşıyan inspektorlar da 5 ildən artıq pedoqoji təcrübəsi olmayan kəslərdir. Hər halda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi vaxt tapıb monitorinq aparsa Təhsil şöbəsini çox guman qapısına möhür vurarlar.

Kəlbəcər təhsilinin başına GƏLMƏYƏN QALMADI - "Yeyib-icən" oğlanın TƏHSİL BİZNESİ...


Mənbə sual edir ki, şöbədə hansı təhsil ocagına dogru-düzgün invertar və ya təsərrüfat malları verilib. 109 təhsil ocagından 1-2-si təmin ola, ya olmaya. Bir muəllim bildirir ki, sinif baglanmasin deyə yigilan pullar dodaq uçuqladır. Harda "çörək" yoxdur ora baglanır. Harda "çörək" var o da qalır, çox agıllı adamdır yeni müdir, sözün həqiqi mənasında əsl biznesmendir.

Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, Gəncə 8 saylı ərazi maliyyə hesablaşma mərkəzi və Kəlbəcər rayon təhsil şöbəsi arasındaki son bir neçə aydakı qalmaqallar səngimir. Araşdırmamızdan və bizə verilən məlumatlardan görünür ki, bu iki təşkilatda hələ də gizli şəkildə olsa da qalmaqal yaşanır. Əcəba, burda kimlər nəyi bölə bilmir? Maliyyə monitorinqi aparan lazımdır, belə yerdə tam yeridir, desək daha dogru olar. Məlumatların birində qeyd olunur ki hətda yeni müdir qabagına çıxana mənim təhsil Nazirliyimdəki adamım arxamda durub kürəyimi Allah da gələ yerə vurmaram, deyir. Adamı kimdir??? Ən azından yeni Nazirimiz deyil. Deməli köhnə kadrdır. Adı lazim deyil! Baş hərfi (F). Türk mügənnisi demişkən )). Elə o adam illərdir kadr alıs-verisi aparır.

Məndə bildirir ki, Cənab Prezidentimizin fərman və tapşırıqları belə yeni müdürə keçmir, Üstü bəzək, içi təzək” təhsil şöbəsinin yalnız yeni müdiri yox, eləcə də bəzi əmakdaşları da öz ixtisası üzrə isləmir. Hətda xaricdə saxta texnikom bitirmis, Azərbaycanda belə tanınmayan diplomlarla təzə müdir özünə komanda yıgıb. Halal olsun, Təhsil necə deyərlər uçur, havadadır.

Kəlbəcər təhsilinin başına GƏLMƏYƏN QALMADI - "Yeyib-icən" oğlanın TƏHSİL BİZNESİ...


Əlbətdə ki, elə buna görə də Kəlbəcər təhsil bu gundədir. Sual olunsa ki, bu günə qədər təzə müdir Kəlbəcər Təhsilinə nə töhvə verib? Ancaq narazılıqlarlıq, şikayətlər, bəzi apardıgı yalnıs islahatlar nəticəsində işdən çıxarılan işçilər, ac-yalavac qoyulan ailələr, uşaqlar... Heç olmasa hansısa şəhid, hansı qazi ailəsini sevindirib, texniki bir işlə təmin etdimi? Xeyir. Məlumatlara görə bəzi qazi ailələri Təhsil şöbəsinə buraxılmır. Bakıda Tolik, Gəncədə Namiq... eyni əqidəli iki şəxs, iki paytaxt şəhərlərində. Amma özü içki butulkası qabagında, kefi-damafı cag, yaman da pəstə-pəstə vurur... Allah kefinizi pozmasın . Pandemiyanın tugyan etdiyi bir vaxta Cənab Prezidentimiz bildirir ki axı heç bir müəssisə rəhbəri işçini işindən azad etməsin. Birlik olsun ölkədə rifah olsun. Son 7 ayda artıq saysız işçilər işdən çıxarılıb. Sual olunur təzə müdir Kəlbəcər təhsil ocaqlarında üsyan hazırlayır?

P.S

Demək olar ki, hər gün televizoru açırsan Kəlbəcər məktəbi, sosial şəbəkəyə girirsən, biri əlində qılınc, biri qabagında spirtli içki, biri millət vəkillərinə şikayətdə, biri Nazirimizə şikayət, biri muraciət... Buların hamsı yalnıs idarəetmə ve ixtisas savadsızlıgının əyani göstəricisidir Əvvəlki illərə nəzərə salsaq Kəlbəcər təhsilinin adı indiki kimi bu qədər neqativ hallanmamışdır. Nazirlik bu haqda ciddi tədbir görməlidir. YOXSA... Daima Dədə Şəmşir kimi ziyalıların ocagı olmuş bir ziyalı yurdu Kəlbəcərin Təhsili daha acınacaqlı vəziyət alacaq. Bu Kəlbəcərin adına,sanına layiq deyil. Kəlbəcəri yagı düşməndən aldıq. amma Təhsili diyəsən “yad əllərdə“dir Kəlbəcərin güclü ziyalıları, şairləri, yazıçıları, elm adamları, musiqiçiləri var. Bir səf niyə düzləri aparmalıdır? Dədə Şəmşir yurdunun təhsili adına niyə ləkə gəlsin.

ARDI VAR
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib