Qazax İHB İsrafil ağa hamamının fəaliyyətini niyə dayandırdı? - GİLEY
Bolge
Oxunub: 297
3 mar 2022 | 22:22
Qazax İHB İsrafil ağa hamamının fəaliyyətini niyə dayandırdı? - GİLEY


Qazax şəhərinin mərkəzində, Cümə məscidinin qarşısında yerləşən İsrafil ağa hamamı bir müddətdir öz fəaliyyətini dayandırıb.
"Demokratik.Az" bildirir ki, bu barədə sözügedən tarixi-mədəniyyət abidəsini 30 ildir istifadə etdiklərini deyən rayon sakini Eldəniz Yusif oğlu Əzimov məlumat verib.
Saytımıza müraciət edən Əzimov bildirir ki, 30 ildir İsrafil Ağa hamamını onun ailəsi qoruyub saxlayıb. Ağanın evindən fərqli olaraq hamamın uçub-dağılmaması üçün əllərindən gələni ediblər.

Eldənizin söylədiyinə görə, hamama əvvəllər atası Yusif Əzimov 1993-cü ildə külli miqdarda xərc qoyub və yararlı vəziyyətə gətirib. Sonralar isə o özü, 2010-cu ildə yenidən böyük məbləğdə bankdan kredit götürməklə binanın abadlığına pul xərcləyib, təmir-bərpa işləri aparıb.

"Qazaxın iş adamları mağaza - dükan açanda biz tarixi abidəni xərc çəkib bərpa etmişik. Özümüzü dolandırmaqla yanaşı həmdə savab və xeyir dua qazanmışıq. Hamamda illərdir ki, gəlib paklanan insanlar bir qayda olaraq ölənlərimizə rəhmət deyib gediblər. Qazaxda bu cür hamamın birdən-birə fəaliyyətini dayandırmasını arzu etməzdim"-deyə Əzimov bildirib.
Sakinin dediklərindən aydın olur ki, ailəsilə birlikdə Qazaxda qaz olmayan dövrlərdə belə hamamı işlədib, çörək pulu qazanıblar, əhalinin orada yuyunmalarına-istirahət etmələrinə, abidənin qorunub-saxlanmasına münbit şərait yaradıblar. Hamamda daimi olaraq 10 – 12 nəfər işçi də çalışaraq ailəsini dolandırıb.

Bu hamamı özəl edən digər səbəb isə, minlərlə insanın orada paklanıb qüsul alıb sonra yaxınlıqdakı məsciddə gedib namaz qılmalarıdır. Eləcə də rəhmətə gedən şəxslərin yuyulması üçün məsciddə su olmadığına görə insanlar uzun illər hamamdan təmənnasız su aparıblar.
Qazax İHB İsrafil ağa hamamının fəaliyyətini niyə dayandırdı? - GİLEY

ŞƏKİLDƏ - Eldəniz Əzimov
Eldəniz Əzimovun bildirdiyinə görə, müvafiq layihə çərçivəsində Qazax Müəllimlər Seminariyasının təmir-tikinti işlərinə start verildikdən dərhal sonra Qazax İcra başçısı Rəcəb Babaşov onlara məktub göndərərək hamamın fəaliyyətinin dayandırılmasını tələb edib. Bunun üçün İHB-nin məktubunda hansısa tutarlı səbəb isə göstərilməyib.

Eldəniz Yusif oğlu Əzimov hamamın fəaliyyətinin dayandırılmasını qeyri-məqbul hesab edərək ölkə rəhbərliyindən kömək istəyir.
İsrafil ağa hamamı barədə ümumi məlumatlara gəlincə;
İsrafil ağa hamamı — qoşagünbəzli hamamdır, Qazax şəhərin mərkəzində, Cümə məscidinin qarşısında yerləşir.
Hamamı Qıraq Kəsəmən kəndinin sakini, Qazax diyarında tanınmış sahibkar İsrafil ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirib, buna görə də hamam onun adı ilə tanınır. Bina memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən kirəclə hörülüb.
Hamamın ümumi zalı, otaqları, diqqət çəkən hovuzu və çayxanası var. Böyük ölçülü (30m x 20m) hamamın plan quruluşu iki hissəyə bölünür: ənənəvi Azərbaycan və şərq hamamlarına xas olan dəhliz ilə birləşən ikigünbəzli hissə və kabinələrdən ibarət hissə. Hamamın küçəyə çıxan hissəsində kiçik dükanlar yerləşir. Plan quruluşuna görə şərq və Avropa tələblərini özündə cəmləşdirən bu tikili tipinə Azərbaycanın digər bölgələrində rast gəlinmir.
Geyinmə və yuyunma yerlərinin kənardan görünməyən günbəzlərini də nəzərə alsaq, hamamın iki deyil, səkkizgünbəzli olduğunun şahidi oluruq. Yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş tikilinin ümumi sahəsi yardımçı otaqlarla birlikdə 420 kvadratmetrdir. Memarlıq cəhətdən Gəncədəki «Çökək» hamamını xatırladan İsrafil ağa hamamının istifadəsində olan otaqlar günbəzlərin üstünə açılmış xüsusi bacalar vasitəsilə işıqlandırılır.
Yaşlı nəslin nümayəndələrinin sözlərinə görə, hamam zamanında səhər saat 6-dan günorta 2-dək qadınlara, 2-dən sonra isə kişilərə xidmət edirmiş. Hazırda yalnız nömrələri istifadə olunan hamamın artıq 25 ildir ki, ümumi şöbəsi işləmir. Bu səbəbdən də abidənin təmir-bərpa işlərinə ehtiyac var. Tarixi keçmişimizi özündə əks etdirən bu memarlıq incisi həm də turizmin inkişafı üçün dəyərli potensialdır.
İnanırıq ki, hamamın istifadəyə yararlılığının qorunub saxlanması onun həm gələcək nəsillərə çatdırılmasını, həm də turizm məqsədləri üçün istifadəsini təmin edəcək.
Osman Nərimanoğlu
Demokratik.Az

Qazax İHB İsrafil ağa hamamının fəaliyyətini niyə dayandırdı? - GİLEY
Qazax İHB İsrafil ağa hamamının fəaliyyətini niyə dayandırdı? - GİLEY
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib