Potensial təhlükənin üstündə yaşayırıq - AKTUAL
Bolge
Oxunub: 371
25 fev 2022 | 20:21
Potensial təhlükənin üstündə yaşayırıq - AKTUAL


Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina uçub.

Məlumata görə, hadisə "City Garden" layihəsinin inşa olunan binalarından birində baş verib. "Kristal Abşeron" şirkəti inşasını həyata keçirdiyi “City Garden Nərimanov” layihəsi ilə bağlı rəsmi açıqlama yayıb. Şirkətin açıqlamasında bildirilir:

"Nərimanov rayonunda inşa olunan “City Garden Nərimanov” yaşayış kompleksi haqqında Kütləvi İnformasiya Vasitələrində inşası davam edən yaşayış binasının uçması ilə bağlı yayılan məlumatlar tam əsassızdır. Belə ki, qeyd edilən ərazidə inşa edilməkdə olan texniki təyinatlı qeyri-yaşayış binasında sonradan layihə üzrə köklü dəyişikliklər edildiyi üçün yığılmış beton qəliblərinin sökülmə prosesi başladılıb. Sökülmə zamanı podratçı şirkətin işçilərindən 1 nəfər yüngül xəsarət alıb”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb. FHN-in əməkdaşı Bəxtiyar Tağıyev bildirib ki, hadisənin baş verdiyi ərazidə "City Garden" şirkəti tərəfindən binanın tikintisi aparılır:

“Tikinti gedən prosesdə binanın ikinci mərtəbəsində beton verilən zaman qəlibləmələrdə boşluqların olduğu hiss olunub. Bu zaman qəlib qaçıb və uçqun baş verib. Bildirilir ki, 3 nəfər yüngül xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər”. Onu da vurğulayaq ki, bu, Bakıda baş verən ilk hadisə deyil. Belə ki, 2007-ci il avqustun 28-də Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda "Mütəfəkkir" MMC tərəfindən yeni inşa edilən 16 mərtəbəli yaşayış binası tamamilə uçub ki, nəticədə uçqun altında qalan 25 nəfər tikinti işçisi dünyasını dəyişib, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Hazırkı hadisə ilə bağlı tikinti şirkəti informasiyanı əsassız adlandırsa da FHN təsdiq edir. Ümumiyyətlə, binalarla bağlı tikinti normativlərinə necə əməl olunur? DİA.AZ-ın məlumatına görə, tikintidə təhlükəsizlik üzrə mütəxəssiz Samir Nəbiyev Cebhe.info-ya bildirdi ki, tikintidə bəzi təhlükəsizlik tədbirləri var:

“Tikintidə ilk öncə binanın özülünün, fundamentinin qurulacağı yerdəki torpaq suxurları öyrənilməlidir. Yəni nümunələr götürülür, torpağın kateqoriyaları təsbit olunur, hansı formada tikintiyə icazə veriləcək həddi keçmədiyi təqdirdə tikinti həyata keçirilə bilər. Çox güman ki, torpaq nümunələri götürülməyib, hansı kateqoriyaya şamil olunacağını bilməyiblər və ona görə də təxmini bir bina inşa edilib ki, nəticəsi də göz qabağındadır”.

Ekspertin sözlərinə görə, illər öncə sövet dövründə “texnadzor” var idi və texniki nəzarəti həyata keçirirdi:

“İndi yeni terminologiyalar yaranıb. Onlar “keyfiyyətə nəzarət”, “keyfiyyətə təminat” adı ilə bir çox şirkətlərdə mövcuddur. O, “texnadzor”un işini icra edir. Materiallar şirkətə daxil olduğu təqdirdə hansı standarta cavab verməlidir, hansı şəkildə uyğunluğu yoxlanmalıdır? Bizim qanunvericiliyə görə, bir sıra materiallar uyğunluq sertifikatı tələb edir. Uyğunluq sertifikatı əldə etdikdən, lazımi materiallar standartalara cavab verdikdən sonra bu proses həyata keçirilir. Sadəcə , bu məsələdə dövlət nəzarəti yoxdur. Yalnız FHN-in bəzi agentlikləri var, hətta özəl şirkətlər də tərəfindən betonun nümunələri vaxtaşırı yoxlanılır. Beton vurulduqdan sonra sıxma, döymə, sınma testləri həyata keçirilir ki, betonun hansı formada olduğu təsbit olunsun. Bundan başqa, həmin torpaq sürüşmə zonası hesab olunurmu, o torpağın dayanıqlığının hansı kateqoriyaya aid olması ilə bağlı elementlərə fikir verən yoxdur”.
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib