Naxçıvan səhiyyəsində BAZAR AÇIBLAR - "Artıq neçə gündür ki..."
Bolge
Oxunub: 294
21 fev 2022 | 19:49
Naxçıvan səhiyyəsində BAZAR AÇIBLAR - "Artıq neçə gündür ki..."



Naxçıvandakı dövlət xəstəxanaları bir neçə gündür ki, rəsmi olaraq pullu xidmətə başlayıb. Artıq xəstəxanalara giriş - iynə vurulmasından, yara sarğısına kimi pullu olub. Bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Onlar deyir ki, artıq təcili yardım çağırmaq üçün də pul ödəməli olacaqlar. Bu qayda artıq Kəngərli Rayon Mərkəzi Xəstəxanasında da tətbiq olunmağa başlayıb.
Rayon sakinlərinin dediyinə görə, xəstəxanaya giriş üçün 17 manat, həkim müayinəsi üçün 10 manat, bir iynəni vurmaq üçün 2 manat, sistem qoşmaq üçün rəsmi qaydada 10 manat tələb olunur. Təcili tibbi yardım çağırmaq üçün isə, məsafədən asılı olaraq 15 manatdan başlayan ödəniş edilməlidir.
Uzun müddətdir ki, yataq xəstəsi olan rayon sakinlərindən biri deyir ki, artıq tibb bacılarına, xəstələrə evdə xidmət göstərmək də qadağan olunub:
"Mən özüm xəstəxanaya gedə bilmirəm. İndiyə kimi həkim iynə-dərmanımı yazırdı, tibb bacıları gəlib, evdə vururdu, biz də yüngülvar hörmət edirdik. Bu dəfə çağırdıq, həmişə gələn tibb bacısı dedi ki, bizə evlərə getməyə qəti qadağa qoyulub, gərək xəstəxanaya gələsiniz. Getdik xəstəxanaya, dedilər giriş 17 manatdı. Əlavə həkimin yoxlaması, iynə, sistem də pullu olub. Mənə sistem qoşulmalıydı, 10 manat istədilər. Hər ay 5-6 sistem, 20-30 iynə vurdurmalıyam. 200 manata kimi pul edir. Kasıb adamlarıq, mən özüm pensiya ilə dilanıram, boğazacan da borc içindəyəm. Bundan əlavə hər dəfə yataqdan durub, xəstəxanaya getmək zülümdü mənə. Qısacası deyirlər ki, yıxılın, ölün. Xəstəxanadan deyirlər ki, bizlik deyil, bu göstəriş Səhiyyə Nazirliyindən gəlib".
Digər rayon sakini Mahmud Ömərov isə deyir ki, ağır xəstəsi üçün təcili tibbi yardım çağıranda, ona xəstəxanadan bu xidmətin artıq pullu olduğunu bildiriblər:
" Həmişə çağıranda pulsuz gəliblər. İnsaf üçündə deyim ki, çağıran kimi təcili də gəlirlər. Bu dəfə çağıranda dedilər ki, 20 manat ödəməlisiniz. İmkanımız yox idi. Xəstəyə də təcili həkim müdaxiləsi lazım idi. Hesabladım ki, taksi bundan ucuz başa gələr. 10 manat verib, taksi ilə getdik. Ancaq, xəstəxanada dedilər 17 manat girişə ödəməlisiz, 10 manat müayinəyə. Artıq baxmırlar ki, təcilidi, ya ölürsən. Pulunu ödəmədən baxmırlar. Qohumlar gəldi, pulu ödədi, ondan sonra xəstəmizə baxdılar. Qohumlar biraz gec gəlsəydi, bəlkə də xəstəmuzə itirərdik. Xəstəxananın qabağı xəstə ilə doludur. İçəri buraxmırlar ki, pul ödəyin sonra. Heç kimdə də bu imkan yoxdur. Xəstəxanaya girib, çıxmaq üçün üst-üstə ən azı 50 manata yaxın pul lazımdı".
Məsələyə münasibət öyrənmək üçün Kəngərli Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Oradan heç bir açıqlama verə bilməyəcəklərini, məsələylə bağlı Naxçıvan MR Səhiyyə Nazirliyi ilə əlaqə saxlamalı olduğumuzu bildirdilər. Nazirlikdən isə suallarımızı cavablandırmaq istəmədilər.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər