Abdin Fərzəliyevin Masazırdakı təhlükəli tikintidən XƏBƏRİ YOXDUR
Bolge
Oxunub: 305
18 fev 2022 | 22:50
Abdin Fərzəliyevin Masazırdakı təhlükəli tikintidən XƏBƏRİ YOXDUR


Abşeron rayonu Masazır qəsəbəsində fərdi evlərin ortasında aparılan layihədənkənar tikinti ilə bağlı məlumat vermişdik. Söhbət qəsəbənin Rəsul Rza küçəsində aparılan tikintidən gedir. Həmin ünvanda fərdi evlərdə yaşayan sakinlərin qanunsuz tikintinin dayandırılması ilə bağlı şikayət və etirazlarını ictimailəşdirmişdik.

Məsələ yenidən aktuallaşıb. Səbəb rəsmi qurumlar tərəfindən dayandırılan tikintinin yenidən davam etdirilməsidir.

Bununla bağlı Bizim.Media-ya müraciət edən narazı sakinlər qanunsuz tikintinin dayandırılmasında israrlıdırlar.

Abdin Fərzəliyevin Masazırdakı təhlükəli tikintidən XƏBƏRİ YOXDUR


Çünki yeni tikilinin təqdim olunan layihəsi ilə reallıq üst-üstə düşmür. Layihə planında 3 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da, ərazidə daha çox mərtəbə qaldırılması üçün hüdudlar salınıb. Üstəlik fərdi yaşayış evləri arasında inşa edilən binanın həyət evləri ilə ara məsafəsi gözlənilməyib.

Sakinlərin bildirdiyinə görə 14 nəfər sözügedən ünvandakı tikintinin dayandırılması ilə bağlı bütün aidiyyəti qurumlara rəsmi məktubla müraciət ediblər. Amma müraciətlərinə hər hansı reaksiya yoxdur. Hətta narazı sakinlər bu yaxınlarda Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsınə yeni təyin olunan baş məslhətçi Elvin Quliyevlə də görüşüblər. Amma qurum rəsmisi sakinlərin şikayətlərinə nə məhəl qoyub, nə də problemi həll edəcəyinə söz verib.

Məsələ ilə bağlı Elvin Quliyevlə əlaqə yaratmağa çalışdıq. O, gün ərzində zənglərimizə cavab verməyib.

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bizim.Media-nın qaldırdığı məsələni araşdıraraq, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi sənədlə icazə verilən binanın layihədən kənar tikildiyini təsdiqləmişdi. Həmçinin qanunsuz tikilinin dayandırılması ilə bağlı yerli icra hakimiyyətinə də müraciət etmişdi. Amma tədbir görülməyib.

Növbəti dəfə Bizim.Media-ya açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov yerli səviyyədə şəhərsalma nəzarətini yerli icralar həyata keçirdiyini xatırladıb:

"Biz məsələyə qarışıb prosesin dayandırılması üçün aidiyyəti üzrə müraciət edirik. Sonra həmin orqanlar bunu nəzarətdə saxlamalıdır. Bununla bağlı yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə yarada bilərsiz. Niyə qarşısı alınmır?”, - deyə qurum rəsmisi qeyd edib.

Masazır qəsəbə icra nümayəndəsi Şahlar Həsənov isə bildirib ki, tikinti işinin davam etdiyindən xəbərsizdir:

"Abşeron Rayon İcra Hakimiyyətinin 3 mərtəbə tikinti ilə bağlı layihə sərəncamı var. Buna baxmayaraq tikintini dayandırmışdıq. Bu günlərdə xəbərim yoxdur. Çünki başqa ərazilərdə təmizlik və abadlıq işləri aparırıq. Hər halda məsələ ilə yenə maraqlanaram və tikinti gedirsə dayandırarıq. Etiraz edən sakinlər yenə müraciət edə bilərlər. Onların müraciətinə baxılacaq”.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər