Naxçıvanda din adamlarının pulunu kim yeyir - İDDİA
Bolge
Oxunub: 316
11 fev 2022 | 20:44
Naxçıvanda din adamlarının pulunu kim yeyir - İDDİA


Naxçıvanın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi rəhbərliyi, dini icmalara ayrılan maddi dəstəyi mənimsəyir. Teref.az yazır ki, bu barədə “Gündəlik Naxçıvan”a bir qrup dindarlar məlumat verib. Şikayətçilər deyir ki, onlara ayrılan pulun yarıdan artığı mənimsənilir. Naxçıvan məscidlərinin birində imam köməkçisi işləyən, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən dindarlardan biri deyir ki, hər ay ona adi kağıza qol çəkdirib, cəmi 100 manat pul verirlər:
"Mənim maaşım 300 manatdan artıqdır. Maaşımız əslində karta yatırılmalıdır. Biz kart üzü görmürük. Adımıza olan kartı ciblərinə qoyub, hər ay pulu çəkirlər. Bir kartın pulunu çəkib 2-3 adam arasında bölüşdürürlər, qalan kartlardakını da ciblərinə qoyurlar. Mən agentliyin bütün tapşırıqlarını təlimat üzrə yerinə yetirir, məciddə fəaliyyət göstərir, hətta vaxtı-vaxtında iməciliklərdə də iştirak edirəm. Mənim halal pulum niyə kəsilməlidir? Mən tək deyiləm, Naxçıvanda bütün dindarların başına bu oyunu açırlar".
Bu yaxınlarda Agentliyin keçmiş əməkdaşı İntiqam Quliyev də öz Facebook səhifəsində buradakı haqsızlıqlarla bağlı məlumat vermişdi. Babək rayon Nehrəm kəndindən olan İntiqam Quliyev deyir ki, bu haqsızlıqlara etiraz etdiyinə görə, aldığı 150 manatı da kəsiblər:
“Mən orta məktəb illərindən başlayaraq kəndimizdə dini fəaliyyət göstərmişəm. Milli, mənəvi və dini dəyərlərimizi təbliğ etmiş, dövlətimizin bütün dini tədbirlərində iştirak etmişəm. 2019-cu ilin yanvar ayından 2020-ci ilin avqust ayınadək imam müavini kimi 150 manat yardım almışam. Təbii ki, plastik kartla deyil, Babək rayon dini icma sədrinin gətirdiyi ad və soyadlarimiz yazılmış A4 vərəqinə imza atmaqla. Sonradan öyrəndim ki, dövlətimizin verdiyi yardım daha çoxdur. Bu müddət ərzində dini icma sədrinə dəfələrlə etiraz etsəm də, heç bir faydası olmadı. Dedi ki, dini qurumun rəhbərinin də bundan xəbəri var. 10 il MTN- də işləyib, sənin ona gücün çatmaz. Sonda uydurma bəhanə ilə yardımı dayandırdılar".
Naxçıvan Dini Qurumlar İş üzrə Dövlət Agentliyi 2017-ci ildə Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında yaradılıb. Bununla bağlı sərəncamı Vasif Talıbov verib.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...