“İşimiz rüşvət üzərində qurulmuşdu”
Bolge
Oxunub: 311
6 fev 2022 | 13:22
“İşimiz rüşvət üzərində qurulmuşdu”


Külli miqdarda rüşvət ittihamı ilə həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə ötən gün məhkəmə prosesi keçirilib.

RiaTVaz qafqazinfo-ya istinadən xəbər verir ki, İH-nin Hüquq şöbəsinin müdiri Rahib Zahidov deyib ki, Vilyam Hacıyevin verdiyi tapşırıqları icra edib: “Torpaq, mənzil, tikintiyə icazə almaq, torpaq təyinatını dəyişdirmək istəyən adamları mühasibatlığa yönləndirmişəm. Mən tapşırıqları icra etmişəm. Sərəncam layihəsini, müqavilələri hazırlayırdım. Burada həm qanuni, həm qanunsuz əməllər olurdu. Elə adamlar vardə ki, pul alınıb mənzil verilirdi, bəziləri öz növbəsi ilə alırdı.
Biz etiraz edə bilmirdik. Vilyam Hacıyev deyirdi ki, “rəhbər mənəm, nə deyirəmsə, edin”.
Evlər üçün pul otaqların sayına görə alınırdı. Məsələn, 2 otaqlı mənzil üçün 10 min, 3 otaqlı üçün 18 min pul verilirdi. Məsələn, 200 hektarlıq sahənin təyinatını dəyişdirmək üçün 20 min manat verildiyi yadımdadır. Adamlar pulu mənim yanımda mühasibə verirdi. İşimizi itirməmək üçün Vilyam Hacıyev nə deyirdi edirdik”.
Daha sonra İH-in baş memarı Nazim Rəsulov dindirilib. O qeyd edib ki, rayonda təmir-tikinti işlərinə nəzarət edib: “Mən sənədlərdəki uyğunsuzluqlarla bağlı irad bildirəndə Vilyam Hacıyev deyirdi ki, “mən başçıyam, nə deyirəmsə, elə”. Vilyam Hacıyev hər həftə sahibkarlardan pul yığırdı. Tikintisi aparılmayan şeylər üçün büdcədən pul ayrılırdı. İşimiz rüşvət üzərində qurulmuşdu. Vəzifədə qalmaq üçün məcbur rəhbərə xidmət edirdim. İşimi itirməkdən qorxurdum.
Məsələn, vətəndaş müraciət edirdi ki, həyətyanı sahədə tikinti aparmaq istəyir. Mən də bu barədə başçıya məlumat verirdim. Başçı əraziyə uyğun olaraq məbləği deyirdi. Biz də vətəndaşa deyirdik”.
Baş memar bildirib ki, İcra Hakimiyyətinin yeni binasının tikintisi üçün bünövrə tamamlanmamış podratçı şirkətə 4 milyon manat köçürülüb: “Vilyam Hacıyevə dedim ki, belə olmaz. Sonra bu, mənim üstümdə qalacaq. Görülən işlər şişirdilmiş şəkildə göstərilirdi. Üstəlik, bir sənədə icra başçısı qol çəkibsə, mən onu ikinci dəfə geri qaytara bilməzdim. Hətta qaytardığıma görə məni 2 dəfə işdən çıxarmaq da istəyiblər”.
V.Hacıyev hər iki şahidin ifadəsinə etiraz edib və ittihamlarla razılaşmayıb.
Proses fevralın 7-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər