Keçmiş icra başçısının dövləti “səhv” çıxarmaq cəhdi – Arif Qasımova yüksək vəzifə vəd olunub?
Bolge
Oxunub: 246
4 fev 2022 | 20:24
Keçmiş icra başçısının dövləti “səhv” çıxarmaq cəhdi – Arif Qasımova yüksək vəzifə vəd olunub?



Teref.az yazır ki, Bakı şəhəri Nizami rayonunun sabiq icra başçısı Arif Qasımovun əlindən bezən sahibkarlar saytımıza müracitə edərək yazırlar:
Hörmətli Teref.az, xahish edirik ki, bu yazıya saytınızda yer verəsiniz.
Bununla Arif Qasımovun əlindən zara gələnlərə yardımçı olarsınız. Əvvəlcədən təşəkkür edirik.
Vəzifə səlahiyyətlərini aşdığına, vəzifədən sui-istifadə etdiyinə, korrupsiyaya bulaşdığına, dövlət əmlakını taladığına və bu kimi digər oxşar hallara görə tutduğu postdan uzaqlaşdırılan çox icra başçısı görmüşük. Neçəsi hazırda dəmir barmaqlıqlar arasındadır. Yəni dövlət, malik olduğu səlahiyyətlərdən şəxsi maraqlı üçün istifadə edib özünə topdağıtmaz səltənət quran, biznes imperiyası yaradan, sahibkarları, iş adamlarını rüşvət ödəmək məcburiyyəti qarşısında qoyan məmurlara – icra başçılarına həmişə öz tərs üzünü göstərib. Bu prinsipial yanaşma bu gün də davam etdirilir!
Teref.az yazır ki, bunu saytımıza məqalə göndərən müəllif yazır. Müəllif daha sonra yazır:
Özündən əvvəlki və ya qonşu rayondakı icra başçısının məhz törətdiyi qanunsuz əməllərə görə həbsə atılması faktından dərs çıxarmayan, davranşlarına çəki-düzən vermək həvəsinə düşməyən məmurlar da görmüşük ki, sonradan özləri biabırçı tərzdə vəzifədən uzaqlaşdırılıblar. Məsələn, Bakı şəhəri Nizami rayonunun sabiq icra başçısı Arif Qasımov kimi. Bu adam tutduğu vəzifədən doğrudan da rüsvayçı bir tərzdə qovuldu. Xatırlayırsınızsa, Arif Qasımov Nizami rayonunda hektarlarla torpaq ərazisini qanunsuz şəkildə satmasına, onlarla restoranlara və digər ticarət obyektlərinə sahib olmasına baxmayaraq, bir qədər də irəli gedib Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevanın Nizami rayonu ərazisində məhz sakinlərin istirahətini təmin etmək məqsədilə ərsəyə gətirdiyi parkda özü üçün yeni bir restoran tikdirmişdi. Hansı ki, o yerdə körpələr oynamalı idi. Parkda Leyla xanım Əliyevann təşəbbüsü ilə idman meydançası, uşaqlar üçün müxtəlif oyun qurğuları, yaşlı nəslin təmsilçiləri üçün isə müvafiq guşələr qurulmuşdu. Arif Qasımov kimi dövlət əmlakına xor baxan, “torpaq alverçisi” kimi ad çıxaran bir məmura isə bütün bunlara gərək yoxdur. Onun kimilər restoran, kababxana, pivəxana və daha nə xanalardan başqa heç nə düşünmürlər. Bax elə buna görə də parkın düz ortasında özünə restoran tikdirib biznes zəncirinə daha bir halqa əlavə etmək istəyirdi. Gözünə döndüyümüz Azərbaycan Dövlət Televiziyası (AzTV) isə ərazidə çəkiliş aparıb Arif Qasımovu cümlə aləmə rüsvay etdi. Ölkədə elə bir Kütləvi İnformasiya Vasitəsi qalmadı ki, Arif Qasımovun əndazə tanımayan qanunsuz əməlləri, Leyla xanım Əliyevanın yaratdığı göz oxşayan parkı kabab tüstüsünə bürümək ehtirası barədə xəbər yayımlamasın. Bunun ardınca möhtərəm

Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Arif Qasımov tutduğu vəzifədən uzaqlaşdırıldı. Təsadüfi deyildi ki, bu xəbəri demək olar bütün media orqanları öz oxucularına, “Arif Qasımov vəzifədən qovuldu” şəklində təqdim etdilər. Arif Qasımov mətbuat üçün tanış isim idi. Adına jurnalistlər tez-tez rast gəlirdilər. Korrupsiya əməlləri, qanunsuz torpaq satışı, tikinti şirkətlərinin incidilməsi, onlardan müxtəlif bəhanələrlə rüşvət yığılması və sair bu kimi qanunsuz fəaliyyət nümunələri Arif Qasımovun adı ilə birgə müşayət olunurdu. Odur ki, onun vəzifədən qovulması kimi təqdimatlar tutduğu əməllərə tamamilə adekvat idi. Hər halda rüşvətxor məmur obrazından söhbət düşəndə Arif Qasımovun adı birincilər sırasında yada düşürdü.

Arif Qasımov həm də o adamdır ki, vəzifədən qovulandan sonra da Nizami rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin, ticarət obyektlərinin yaxasından əl çəkmədi. Təsəvvür edin, adam rüsvayçı formada işdən qovulduğu halda, tikinti şirkətlərinin rəhbərlərinə deyirdi ki, bəs mənim adamlarım müxtəlif vəzifələrdə çalışırlar, əgər əvvəlki qaydada “öhdəliyinizi” yerinə yetirməsəz, qohumlarımın, dostlarmın vasitəsilə sizə daha ağır bədəl ödətdirəcəm. Hətta yenidən vəzifəyə gələcəyini və onun işsiz halında sözünü eşitməyənlərdən qisas alacağını iddia edirdi. Hətta deyirdi ki, onun adamları Nizami rayon İcra Hakimiyyətində hələ də müxtəlif vəzifələr tuturlar. Özünün getməsinə baxmayaraq, komandası (Oxu mafiyası) onun əmrlərinə tabedir. Bir sözü ilə istənilən obyekti sökdürər, istənilən yeni binanın tikintisini dayandırar.

İndi Arif Qasımov yeni bir şaiyə ilə “qiymətini” saxlamağa şalışır. Bu dəfə yaxın ətrafı vasitəsilə iş adamları arasında belə söhbətlər yaydırır ki, guya onun vəzifədən qovulması səhv olub və guya indi dövlət Arif Qasımova yeni və daha yüksək vəzifə verilməsində maraqlıdır. Başqa sözlə, belə təsəvvür yaratmağa çalışır ki, sanki dövlət Arif Qasımova görə peşman olub və indi buraxılmış “səhvin” aradan qaldırılması istiqamətində iş aparılır. Adam bu qədər vəzifədə olub, amma hələ də dərk eləmir ki, dövlət heç vaxt səhv addım atmır! Dövlət yalnış qərar qəbul eləmir! Dövlət hansısa sıradan bir məmurun, özü də qanunsuz əməllərinə görə işdən qovulmuş adamın gələcək taleyinə görə narahat olmur! Dövlətin heç vaxt Arif Qasımov adında problemi ola bilməz!

Arif Qasımovun bu dəfə dövləti “səhv” çıxarmaq niyyəti sözsüz ki, yenə də onun qanunsuz yığımlara hərisliyindən irəli gəlir. Yenə də iş adamlarına, ona vaxtı ilə “haqq” ödəmiş şirkət sahiblərinə təzyiq etməyə çalışır. Amma fərqinə də varmır ki, dövlətin “səhv addım” atdığını iddia etməyin özü belə dövlətə qarşı çıxmaqdır. Sədaqəti, səmimiliyi, dövlətə və hakimiyyətə bağlılığı olsaydı, oturub-durub deməliydi ki, dövlət düz edib, dövlətin qərarları mübahisələndirilə bilməz! Amma o, bunun əksinə olaraq dövləti qınamaq həvəsinə düşüb. Yəni bu adam işdən çıxarılmasının guya səhv olduğunu iddia edəcək qədər yolunu-izini itirib. Əslində isə işdən qovulandan sonra həbsə atılmamasını dövlətin böyük lütfü kimi qiymətləndirib, gününü şükr etməklə keçirməliydi...
Məqalə müəllifi axırda qeyd edir:
Arif Qaslmov kimi biabırçı tərzdə işdən qovulmuş, vəzifədə olarkən ancaq qanunsuz əməllərilə ad çıxarmış, hər hansı intellektə, dərin zəkaya, təşkilatçılıq məharətinə, yeni texnologiyalarla işləmək bacarığına malik olmayan, bir qədər də qaba, köntöy bir adam gələcəyi quran yeni komandanın tərkibində niyə yer alsın ki? Arif Qasımova daha yüksək vəzifə verilməsi hansı zərurətdən irəli gələ bilər axı? Normal məntiq deyir ki, Qasımovun yenidən vəzifəyə gətirilməsi heç bir halda mümkün deyil. Onun özü nə qədər desə də ki, məni “ehtiyatda” saxlayıblar və istənilən anda vəzifə başına gedə bilərəm, hamı yaxşı bilir ki, dövlətin ehtiyatında kifayət qədər yüksək intellektə malik, yeni dövrün tələblərinə cavab verən, təşkilatçılıq bacarığı ilə seçilən, dövlət maraqlarını bütün digər maraqlardan üstün tutan, insanlarla işləmək, ünsiyyət qurmaq imkanlarına sahib olan o qədər gənc kadrları var ki. Gələcəyi quran, inkişafı hədəfləyən, fəaliyyətini yeni çağırışlar əsasında formalaşdıranların sırasında Arif Qasımov kimi torpaq dəllallarının nə işi ola bilər? Əlbəttı ki, heç bir işi. Standartlar çoxdan dəyişib! Bunu Qasımovun özü də yaxşı bilir. Sadəcə xislətinə uyğun olaraq yenə də özü barədə “vazkeçilməz” obrazı yaratmaqla illərdir qurduğu rüşvət şəbəkəsini “ayaqda” saxlamağa çalışır. Amma boş cəhdlərdir, “Məndən qorxun”, “Mən qayıdacam” işmarışları ilə çox da uzağa gedə bilməyəcək. Yaxşı olar ki, Qasımovun özü qorxsun ki, dövlətin “səhv addım” atması barədə söhbətləri DÖVLƏTİN qulağına çata bilər...
Xalid Quliyev.
Teref.az
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest