Üzrü qəbahətindən betər - Prezidentin yoluna “ağac düzən” İH-in gülməli cavabı...
Bolge
Oxunub: 259
4 fev 2022 | 20:48
Üzrü qəbahətindən betər - Prezidentin yoluna “ağac düzən” İH-in gülməli cavabı...



Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı yerli icra hakimiyyətinin hərəkəti ilə bağlı sosial şəbəkədə yayılan videodakı faktlar çox düşündürücüdür. Açıq-aydın görünür ki, yol kənarına küknar ağaclarını dibçəklərindəcə gətirib, görüntü veriblər, Prezidentin səfəri başa çatan kimi isə maşına yığıb aparırlar.

İcra Hakimiyyətinin mediaya verdiyi açıqlama isə bu yerli məmurların iş görmək yox, növbəti söz oyunu və aldatmasından başqa bir şey deyil. Əvvəlcə elan edirlər ki, “araşdırma aparılır”, daha sonra bildirirlər ki, görüntülər ağacların əkilməsini mütəxəssislər məsləhət bilmədiyi üçün çıxarılıb başqa əraziyə köçürülərkən çəkilib, ağacların dibçəkdə olduğunu “dərk edəndən” sonra isə növbəti açıqlamada “düzəliş edirlər”, guya ağaclar gətirilib, əkən anda mütəxəssislər özlərini təng-nəfəs yetiriblər, “əkicilər”in əlindən tutublar, yerin daşlıq olduğunu və ağacların tutmayacağını deyib and-aman ediblər və İH də bu rəyi rəhbər tutaraq, ağacları başqa yerə aparıb; əvəzində orada gül kolları əkəcək.

Bu cavabın özünə inansaq belə, yenə İH-in qeyri-peşəkarlığı üzə çıxır və lətifəni xatırladır: Günlərin birində bir dovşan meşədə dayanmadan qaçır. Tülkü bu haləti görüb soruşur ki, nə baş verib? Dovşan deyir, meşəyə adamlar gəlib, kimin 3 qulağı varsa, kəsirlər. Tülkü soruşur, ta niyə narahatsan, axı sənin iki qulağın var? Dovşan da qayıdır ki, bunlar əvvəlcə kəsirlər, sonra sayırlar.

Siz ağac əkməyə başlayandan sonramı mütəxəssisə müraciət edirsiniz? Ağacları gətirib, yer qazıb əkməyə başlayanda niyə mütəxəssis gəlməlidir ki? Əvvəlcədən mütəxəssislər yerə baxış keçirə, hansı yerdə ağac əkməyin daha münasib olduğu haqda rəy verə bilməzdilərmi?

İkincisi, küknar və şam ağacları qumun içində belə bitir. O ağaclara yüngülcə qulluq etmək kifayətdir ki, daşı dəlib keçsin. Siz hansı məntiqlə bu cavabı hazırlamısınız?

Üçüncüsü, məgər ağac yalnız münbit torpaqda, meşədə əkilməlidir? Ərazi daşlıqdırsa, daşlardan təmizləyin, ağac əkilərkən çıxan daşları kənara qoyun, yerinə münbit torpaq tökün. Bunu etmək üçün qətiyyən peşəkarlara, mütəxəssislərə müraciət etməyə gərək də yoxdur: sadəcə, ağac necə əkilməlidirsə, o cür də etmək gərəkdir.

Dördüncüsü, küknar-şam ağacının “daşlıq olduğu üçün” bitmədiyi yerdə gül kolları əkmək istəyirlər. Gül daş üstündə bitir məgər?

Gəncə - Azərbaycanın ikinci böyük şəhəri, Cümhuriyyətin ilk paytaxtı, füsunkar təbiəti və gözəlliyi olan bir məkandır. Prezident İlham Əliyevin bu şəhərə verdiyi önəm 18 illik prezidentliyi dönəmində bu şəhərə 18 dəfə səfər etməsindən aydın deyilmi? Bu şəhərə bir milyard sərmayə bahasına su xəttinin çəkilməsi həyata keçirilir, abidələr bərpa olunur, şəhərdə sosial-iqtisadi layihələr, obyektlər tikilir, yollar yenilənir... Prezidentin bu qədər qayğısı fonunda iki cüt bir tək ağac əkməyi bacarmamaq nə deməkdir?

İcra başçısı – Prezidentin yerdəki nümayəndəsi, təmsilçisidir və özünü Prezidentə layiq aparmağı bacarmalıdır. Bu oyunları Bakıdakı rəhbərlik görməyə bilər, ancaq yerli sakinlər görür və yerli məmurlara bu addımlarına görə münasibəti formalaşır.

Öz rəhbərini aldatmaq üçün dibçəkdə ora-bura ağac daşıyan yerli məmurlara sakinlərin hansı inamı ola bilər? //axar.az//
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest