Bir şagird ki, ustadına kəm baxa…
Bolge
Oxunub: 286
4 fev 2022 | 22:22
Bir şagird ki, ustadına kəm baxa…



Yaxud Ağstafa Təhsil şöbəsi müəllimləri cinayətə sürükləyir

Azərbaycan xalqının tarixi böyük şəxsiyyətlər, alimlərlə zəngindir. Əgər bir xalqın bu qədər ziyalısı, dahi şəxsiyyəti varsa, demək onların həyat yoluna öz elm çırağından nur bəxş edən müəllimi var. Bəli, bu xalqın müəllimi də qürurverici və fərqlidir. Nədir bu fərqlilik? Var savadlı şagird yetişdirmək, var savadlı övlad yetişdirmək. Bax, bizim müəllimi fərqləndirən cəhət də məhz budur. Şagirdə valideyn nəvazişi göstərmək bizim müəllimə məxsus olan bir xüsusiyyətdir. Bunun nəticəsidir ki, Azərbaycan xalqında hər zaman müəllimə qarşı böyük ehtiram hissi olub. Haqqında bəhs edəcəyimiz Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovanı müəllimlərdən fərqləndirən cəhət isə maraqlıdır. Mətanət xanım peşəsinin vurğunu olmaqla yanaşı həm də bütün insani keyfiyyətləri özündə birləşdirən bir ziyalıdır. Onun bir pedaqoq və təhsil müəsisəsinin rəhbəri kimi üstün keyfiyyətlərindən bəhs etmədən öncə bir olayın mahiyyətinə varmaq istərdik. Cumhuriyyet.az olaraq sosal şəbəkədə yayılan səs yazısı və bu ətrafda görünməyən məqamları araşdırdıq.

Puç olan əsassız şikayət

Bir müddət əvvəl Mətanət Məmmədovadan Təhsil Nazirliyinə şikayət edilmişdi . Şikayət müəllimlər – Vüsalə Məmmədova, İradə Nağıyeva, Lətafət Rüstəmova, Şəhla Məmmədova və Lalə Abdullayeva tərəfindən ünvanlanmışdı . Şikayət məktubunda irəli sürülən ittihamlar araşdırılıb və heç bir əsasa, dəlil sübuta söykənmədiyindən Mətanət Məmmədovanın vəzifəsindən uzaqlaşdırılmasına da yetərli olmayıb.

Müəmmalı səs yazısı

Bundan sonra isə məlum səs yazısı saxta profil üzərindən (saxta adla) sosial şəbəkəyə ötürülüb.
Bu səs yazısı ilə bağlı da maraqlı məqamlar var. Belə ki, direktor Mətanət Məmmədovadan Təhsil Nazirliyinə ünvanlanan şikayət zamanı direktora aid səs yazısı da şikayətçilərin əlində olubmu, olubsa həmin müddət nədən sosial şəbəkədə paylaşılmayıb? Əgər olmayıbsa, necə ola bilib ki, direktor ondan şikayət edən şəxslərdən biri Vüsalə Məmmədova ilə sonradan kabinetində rahat şəkildə danışa bilib? Sizcə, bu mümkün ola bilərdimi?!

Məqsəd nə olub?

Böyük ehtimalla, şikayət məktubu nazirliyə ünvanlandığı müddətdə şikayətçilərin əlində səs yazısı da olub, sadəcə yayımlamaq istəmədikləri “səs yazısı”nı növbəti mərhələyə saxlayıblar, hansı ki, şikayət məktubu direktoru “bitirməyəcəyi” təqdirdə dövrüyəyə buraxılacaq – kimi düşünməyə əsas yaradır. Bu isə hardasa fikir yürütməyə rəvac verir ki, “prosses” idarə edilən olub. Bəs bu idarəçi kimdir?

Təhsil Şöbəsinin çirkli oyunları

Maraqlıdır şikayətçi müəllimlər “problemin” aradan qaldırılması üçün ilk əvvəl direktorun özünə yazılı və ya şifahi müraciət etməyiblər. Görəsən, müəllimlər şikayətlərini birbaşa rayon təhsil şöbəsinin müdirinə ünvanlaya bilməzdimi? Çünki istənilən rayon təhsil şöbəsinin müdiri müəllimlərin Təhsil Nazirliyinə şikayət etməsini istəməz? Belə ki, həmin şikayət məktubu təhsil şöbəsi müdiri üçün də mənfilərlə yekunlaşa bilər! O zaman necə olub ki, özü də zamanla Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin müəllimi işləmiş, orada böyümüş, məlum şikayətçi müəllimləri yaxından tanıyan Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalov Təhsil Nazirliyinə ünvanlanan şikayət məktubunun göndərilməsindən xəbərsiz olub və ya buna etinasız yanaşıb? Bundan əlavə Təhsil Şöbəsinin şikayət məktubundakı imzasından imtina edən müəllimə təzyiq göstərməsi də işin arxasında kimin durduğunu göstərir.

Məqsəd nədir?

Bütün bunlar deməyə əsas verir ki, həm şikayət məktubu, həm də səs yazısı adları məlum şəxslərin işi deyil, bu işin arxasında idaredici şəxs və ya şəxslər olub. Bu hal isə direktor olmaq üçün rüşvəti əvvəldən verib, “torba” tikməyə daha yaxın bir “uşaq oyuncağı”na bənzəyir. Belədirsə, bu hal cəmiyyət, Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin müəllimləri üçün çox təhlükəlidir.

Müəllimlər cinayətə sövq edilir

“Məktəb direktoru məndən 3 saat dərsin pulunu tələb etdi” ittihamı konkret olaraq cinayətdə ittihamdır. Kimisə əsassız yerə, hansısa cinayətdə ittiham etməklə, onun barəsində hüquq mühafizə orqanlarına bilə-bilə yalandan şikayət etmiş şəxs, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər şikayətçinin cinayət hadisəsi ilə bağlı, öz ərizə və izahatında qeyd etdikləri təsdiqini tapmazsa və onun şikayət etməkdə məqsədi bilə-bilə yalan xəbərçilik etmə faktı sübuta yetirlməyibsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmamalıdır. Bu məsələ, yüzlərlə azyaşlı uşaqların təhsil aldığı məktəbdə ictimailəşdirildiyinə görə, daha da ciddi şəkildə araşdırılıb, təqsirkar şəxslərin barəsində tədbir görülməlidir ki, bu xoşagəlməz hadisələr növbəti dəfə baş verməsin.

Gizli səs yazısının fəsadları

İndi isə yayılan səs yazısı ilə bağlı hüquqi məqamlara diqqət yetirək. şəxsin razılığı olmadan ona məxsus hər hansı bir səs, yaxud video yazısının yaymaq olmaz. Qanunvericilik də öz növbəsində kiminsə səs və yaxud video yazısının kütləvi informasiya vasitələrində yayılmasına görə birbaşa olaraq nə cinayət, nə də inzibati məsuliyyət nəzərdə tutub. Elə bir məlumatı yayan şəxs intizam və ya mülki-hüquqi məsuliyyətə cəlb edilə bilər. Səs yazısı böhtan xarakterlidirsə o zaman cinayət məsuliyyəti (C.M. 147-ci maddə) yaranmış olur.

Kimə qarşı qara piar aparılır

Bütün sadalananlardan sonra hədəf götürülən Mətanət xanım haqda da oxucuları məlumatlandırmağa ehtihac var. Mətanət Məmmədova 1979-cu ildə Qazax rayon Yenikənd tam orta məktəbini bitirdikdən 2 il sonra Azərbaycan Dövlət universtitetinin Fizika fakültəsinə qəbul olunub. 1987- ci ildə həmin universtiteti bitirərək Botanika institutunun Fizika, Kimya və Biologiya mərkəzinə təyinatla işə qəbul olunub. 1995-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq doğma kəndinə köçüb və adı çəkilən məktəbdə iş fəaliyyətinə başlayıb. 1995 – 1999-cu illərdə məktəb direktorunu təşkilatçı məsələr üzrə müavini və 2000- ci ildən bu günə kimi məktəbin Direktoru vəzifəsində çalışır. Mətanət xanımın direktor kimi fəaliyyətini tək bir fakt ortaya qoyur. Ötən il bu məktəbi 22 nəfər bitirib və onlardan 17 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunub. Bir kənd məktəbi üçün bu çox yüksək bir göstəricidir. Bir faktı da diqqətə çatdıraq ki, bu günkü təhsil şöbəsinin müdiri də Mətanət xanımın şagirdi olub. Bir şagird ki, ustadına kəm baxa…
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər