"Oğlum qaz yandıra bilmir, ödəməyə pulu yoxdur..." - Vətəndaş SƏFALƏT İÇİNDƏ...
Bolge
Oxunub: 268
1 fev 2022 | 20:23
"Oğlum qaz yandıra bilmir, ödəməyə pulu yoxdur..." - Vətəndaş SƏFALƏT İÇİNDƏ...


Astara rayonu Suparibağ kənd sakini Bibixanım Əliyeva yoxsulluq və işsizlikdən əziyyət çəkdiklərini bildirir. O, əlağacı ilə gəzir. DİA.AZ xəbər verir ki, narazı vətəndaş ailəsinin durumunu belə anladır: "Ərim Ağarəhim Əliyev xəstəliyə görə 260 manat pensiya alır. Gəlinim, baldızım, oğlanlarım, nəvələrim - hamımız bir yerdə 10 nəfərik. Hamımız bu pensiyaya baxırıq. 10 nəfərin içində bir nəfərin də olsun daimi işi yeri yoxdur. Hər evin 100 manatdan çox qazpulu borcu var. Oğlumun işıqpulunu mən verirəm. Nəvələr evdə olmayanda qazı söndürürük. Oğlum qaz yandıra bilmir, ödəməyə pulu yoxdur".

Onun deməsinə görə, pay torpaqları da qazanc gətirmir. Əlavə edir ki, torpağı becərmək üçün əllərində vəsaitləri yoxdur: "Biz iş istəyirik. Bununla bağlı məşğulluq idarəsinə getdim, dedilər ki, iş yoxdur. Bizdə beş nəfər əməkqabiliyyətli ailə üzvü var. Onlar nə etsin? Əlağacı ilə nə qədər bu idarələri gəzim? Oğlumun iki uşağı var, evdə çörək olmayanda ağlayırlar".

Bibixanım Əliyevanın böyük oğlu Həsən Əliyev sözə qarışır. Əlini, ayağını göstərir: "Mən yaxşı qidalansam, belə arıq olmaram. Sümüklərim görünür. Balalarım da bu gündə. Məşğuluq idarəsinə işlə bağlı müraciət etmişdim. Deyirlər ki, mal-qara verəcəklər. Gözləyirik, yoxdur. Mağazaya 400 manat borcum var, oradan keçə bilmirəm. Hər gün xəbər göndərir. Haradan gətirim?! Bu ölkədə fəhləlik yoxdur? Evbəev gəzib iş axtarıram".

Ailənin kiçik üzvü, 14-yaşlı Musa Əliyev isə yaxşı oxuduğunu söyləyir: "Valideynlərim çətinliklə də olsa, məktəb ləvazimatlarımı qaydaya salırlar. Deyirlər ki, sən bizim kimi bədbəxt olma, oxu. Dəftər, kitab olmayanda başqalarından alıb oxuyuram".

Astara Rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Quliyev də deyir ki, həmin ailənin problemləri var: "Həsən Əliyevin atası əlildir, anası əlağacı ilə gəzir. O da xəstədir, ancaq pensiya almır. İki uşağı var. Kasıb ailələrdir. Həmişə onlara yardım edilir. Son illərdə bizdən yardımları götürüb veriblər sosial xidmətlərə. Yeni ildə, Qurban bayramında ona yadım edilir. Həsən Əliyevi təxminən iki il bundan əvvəl məşğulluq şöbəsinə göndərmişdim ki, növbəyə götürsünlər, iş versinlər".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Astara rayon şöbəsində isə şikayətlə bağlı bunları bildirdilər: "Biz vətəndaşın məlumatını verə bilmərik. Özü gəlib ala bilər. Astara rayonunda 170 nəfərə özünüməşğulluq çərçivəsində xidmətlər göstəriləcək. Vətəndaşın adı orda varsa, ona da xidmət ediləcək". Şöbədən H.Əliyevə təqdim edilən sənəddə isə onun işaxtaran kimi qeydiyyata alındığı göstərilib.

Rəsmi məlumata görə, Astara rayonunda 3 min 528 nəfər işsiz kimi qeydə alınıb. Amma iş üçün müraciət edənlərin sayı daha çoxdur. Bu rayonun 110 min civarında əhalisi var.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...