Mingəçevirdə 7 əlilin pensiyası niyə kəsilib? - GİLEY
Bolge
Oxunub: 248
19 yan 2022 | 16:47
Mingəçevirdə 7 əlilin pensiyası niyə kəsilib? - GİLEY


Eşitmə və nitq qüsuru olan 7 Mingəçevir sakininə əlillik pensiyasının verilməsi dayandırılıb. DİA.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, Mingəçevirdə eşitmə və nitq qabiliyyətindən məhrum olanların sayı ümumilikdə 334 nəfərdir.

Onlardan 7-nin əlillik pensiyasının dayandırılması və təkrar müayinələrdən keçmələrinə rəğmən, həmin şəxslər aylardır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məsələ ilə bağlı hər hansı addım atılmayıb.

Pensiyası dayandırılan qüsurlu şəxslərin əksəriyyəti ikinci qrup əlillərdir. Onların arasında, ailələrində müharibə veteranı olan şəxslər də var.

Belə ki, eşitmə və danışıq qabiliyyətindən məhrum olan Mehdi Məmmədovun oğlu Anar Məmmədov Vətən Müharibəsinin iştirakçısıdır və Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif olunub.

Pensiyası kəsilən şəxslərdən Mehdi Məmmədov məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb:

“15 yaşımdan əlillik pensiyası alıram. Kəsilənə kimi, 130 manat pensiya alırdım. Pensiyamı dayandırdılar və mən prosedura uyğun olaraq təkrar müayinədən keçdim. Amma pensiyamla bağlı hələ də məlumat verilməyib. Bu isə məni və ailəmi sıxınıtı ilə üz-üzə qoyur. Bir sualım var; eşitmə və nitq qüsurlu şəxslər üçün təkrar müayinə nə demək olduğunu kimsə izah edə bilərmi? Nə vaxtdan anadangəlmə bu cür qüsuru olan şəxslərinin dili açılan yaxud qulağı eşidib ki, bizi təkrar müayinədən keçirirlər? Tutalım ki, müayinədən də keçdik. Bəs pensiyamız niyə bərpa olunmur?"

Qaldırılan məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazırliyinə də müraciət etdik.

Bizim.Media-nın sorğusuna operativ reaksiya verən qurum əməkdaşları dərhal Mingəçevirdən daxil olan şikayətin detallarını yoxlayaraq redaksiyamıza cavab yolladılar:

“İlk növbədə bildiririk ki, “əlilliyə görə pensiyanın kəsilməsi” ifadəsi düzgün deyil, əlilliyə görə sosial ödəniş (pensiya və ya aylıq müavinət) əlillik müddəti ərzində verilir. Əlillik müddəti bitdikdə həmin ödənişin verilməsi də dayandırılır. Təkrar qiymətləndirmədən sonra əlilik müddəti uzadıldığı halda sosial ödəniş davam etdirilir.

Eyni zamanda, təkrar əlillik təyinatı əvvəlki əlillik müddətinin bitdiyi tarixdən sonrakı 6 ay ərzində aparıldıqda, həmin 6 aya qədərki müddət də əlillik dövrünə aid edilir və sosial ödəniş də əvvəlki əlillik müddətinin bitdiyi tarixdən bərpa olunaraq ödənilir.

Mingəçevir şəhər sakini Məmmədov Medti Göygöz oğlunun əlillik müddəti 2021-ci ilin iyul ayında başa çatıb. Vətəndaşın onun əlillik müddətinin uzadılması ilə bağlı təkrar müayinədən keçdiyi barədə iddiası doğru deyil, o təkrar müayinədən keçməyib, onunla bağlı səhiyyə müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (forma 88) də daxil edilməyib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vətəndaşın atası Göygöz Məmmədovla əlaqə saxlayıb, ona oğlu Mehdi Məmmədovun əlilliyinin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən müvafiq qaydada forma 88 (göndəriş) ilə müraciət edilməli olduğu bildirilib, müvafiq prosedur qayda izah edilib. Göndəriş daxil edildiyi halda Mehdi Məmmədovun əlilliyi qiymətləndiriləcək və müvafiq əsas olduğu halda bu dəfə əlilliyi müddətsiz təyin olunacaqdır.

Mingəçevir şəhər sakini Rəhimov Müşfiq Məhərrəm oğlunun da əlillik müddəti 2021-ci ilin iyun ayında başa çatsa da, onun əlillik müddətinin uzadılmasına dair səhiyyə müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş (forma 88) daxil edilməyib. Elektron sistemə həmin göndəriş daxil ediliyi halda, qanunvericiliyə uyğun olaraq onun əlilliyi ilə bağlı müvafiq qərar veriləcək”.

Əlavə şərhə ehtiyac görmədən bildirək ki, bəzən vətəndaşlarımız hər şeydən narazılqı edərək, günahı əlaqədar qurumları üstünə atmağa cəhd edirlər.

Ondan başqa, yerlərdə belə vacib prosedurlarla bağı ciddi maarifləndirmə işinə ehtiyacın olduğu da üzə çıxır. Eyni zamanda müsair texnologiyaların tətbiqi fonunda bələdiyyələrin təkmilləşdirilməsi və bələdiyyə sistemində əlsiz-ayaqsız, köməyə ehtiyacı olan vətəndaşlarla iş üzrə şöbənin formalaşdırılmasına da zərurət yaranıb.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...