Cəlilabad Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayevin QANUNSUZ ƏMƏLLƏRİ- O DA HƏBS OLUNA BİLƏR…
Bolge
Oxunub: 441
10 yan 2022 | 22:50
Cəlilabad Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayevin QANUNSUZ ƏMƏLLƏRİ- O DA HƏBS OLUNA BİLƏR…


Cəlilabad Təhsil Şöbəsinin Baş mühasibi Rəşad Salmanov narkotik maddə ilə həbs olunub…

Təhsil şöbəsinin müdiri xidməti avtomobillə qaydaları niyə POZUR…?

Cəlilabadda, hətta sovet dövründə təhsilin səviyyəsi yüksək olub. Texniki fakültələrdə xeyli sayda Cəlilabad məzunları təhsil alırdı.
Müstəqillik DÖNƏMİNDƏ elə bilki bu rayonun təhsilinin başına daş düşdü.
Rayonun Təhsil şöbəsinin bir müdiri var idi, Vidadi Dövlətov. Rüşvətxorun və korrupsionerin yekəsi olması cəhənnəmə…
Bu adam dünyaya uşaq gətirməyə gedən, yəni dekret məzuniyyətinə gedən xanım müəllimlərə deyirdi ki, dekret pulunun yarısı mənimdir…
Bu adamdan soruşan yox idi ki, ay adam, bu qadının əvəzindən sən doğacaqsan ?
Sən körpəni əmizdirəcəksən ?
Bəlkə, sən körpəyə qulluq edəcəksən ?
Bir sözlə, belə rüsvayçılıq görünməyib.
Bu hələ harasıdır ?
Təsəvvür edirsiniz, Cəlilabad Təhsil Şöbəsinin Baş mühasibi Rəşad Salmanov narkotik maddə ilə həbs olundu. Nəticədə TŞ-nin müdiri Vidadi Dövlətov vəzifəsindən getdi.
Və 2019-cu ildə Cəlilabad Təhsil Şöbəsinə təzə nazəndə müdir gəldi:
Bəli, Qərənfil Əhmədova Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsinə təyin olundu.
Qərənfil xanım da gələn kimi özünü rüşvətə və korrupsiyaya möhkəm dirədi.
Qərənfil xanım əvvəlki müdirdən gözüaçıq idi, tələm-tələsik mətbuat işçiləri ilə dil tapmağa, bazarlıq etməyə başladı ki…
Mediaya informasiya sızmasın. Hətta Qərənfil xanım TŞ-nin iclaslarında mobil telefonları qadağan etmişdi, elə bil GESTAPO idi.
Nə isə…2021-ci ildə Qərənfil xanım da Cəlilabad TŞ-nin müdiri vəzifəsindən getdi. Və…
İndi görək, Cəlilabad Təhsil Şöbəsinin müdiri kimdir ?
Deməli, https://jalilabad.edu.gov.az/ saytında yazılıb:
Ağaxan Çapar oğlu Ağayev
1976-cı ildə Cəlilabad rayonunda anadan olub.
1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 2011-2014-cü illərdə Lənkəran Dövlət Universitetində riyazi analiz ixtisası üzrə magistr təhsili alıb. 1997-2003-cü illərdə Cəlilabad rayonu Abazallı kənd tam orta məktəbində riyaziyyat müəllimi, 2003-cü ildən Cəlilabad Rayon Təhsil Şöbəsində metodist, 2014-cü ildən isə aparıcı məsləhətçi vəzifəsində çalışıb.
Təhsil nazirinin 21 yanvar 2021-ci il tarixli, K-52 nömrəli əmri ilə "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi verilib.
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2021-ci il tarixli, 84 nömrəli əmri ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilib.
Bax, əsas SİRR burda gizlənib.
Axı, Cəlilabadın icra başçısı kimdir ki, Rayon Təhsil Şöbəsinə müdir təyin edir ?
Məgər icra başçısı Təhsil Nazirinin səlahiyyətini mənimsəyib ?
Bax, Cəlilabadda bu idarəetmə sistemi pozulub. Başa düşdünüzmü ?
Nə isə…7 aydır Çaparoğlu Ağaxan Ağayev Cəlilabad TŞ-nin müdiridir.
Amma yazının girişində qeyd etdik ki, rayonunda bəxti təhsil sahəsində heç gətirmir. Bir-birini əvəzləyən təhsil şöbəsinin müdirləri korrupsiyanın ən nadir, ən inanılmaz növlərini özləri ilə gətirir və məhz bunada Cəlilabad təhsilində rast gəlinir.
Bu gün ölkə mediası yazır ki, Cəlilabadın Təhsil şöbəsinin müdiri xidməti avtomobillə qaydaları belə POZDU…
Belə yerdə deyiblər ki, hara çapırsan, ay Çaparoğlu..?
Hələ bu harasıdır ?
Cəlilabad müəllimləri qan ağlayır. Niyə ?
Cəlilabada yeni təyin edilmiş icra başçısı Rafiq Cəlilov məktəblərdə kitab və qəzetləri məcburi qaydada satdırır. Direktorlardan və müllimlərdən pul yığılılır.
Yerdə qalanlar təfərrüatlardır. Özünüz nəticə çıxardın. /Gundelik-baku.com/
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib