Zəngilanda xərclənən İnam Kərimovun və ya kiminsə şəxsi vəsaitidirmi ki... - ekspert etiraz etdi
Bolge
Oxunub: 639
6 yan 2022 | 21:43
Zəngilanda xərclənən İnam Kərimovun və ya kiminsə şəxsi vəsaitidirmi ki... - ekspert etiraz etdi



"Ötən ilin son günlərində Zəngilanda “Ağıllı kənd”i tikənlər etiraz aksiyası keçirdilər. Hadisə ilə bağlı çox yazıldı-pozuldu, ona görə də mən detallara varmaq istəmirəm, diqqətinizi bir məqama çəkmək istəyirəm. O məqama ki, dövlət vəsaitlərinin şəffaf xərclənməsi ilə birbaşa bağlıdır".


AFN xəbər verir ki, bu haqda iqtisadçı ekspert Qalib Toğrul yazıb. O, qeyd edib ki, etiraz aksiyası ilə bağlı “Turan” İnformasiya Agentliyi məlumat yayıb. İşin sifarişçisi olan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri, görün “Turan”a nə deyir: “Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlayan və subpodratçıları işə götürən baş podratçının adını açıqlaya bilmərəm".

Xub, açıqlama! Amma əsaslandır, görək, niyə açıqlamırsan? Zəngilanda xərclənən nazir İnam Kərimovun və ya kiminsə şəxsi vəsaitidirmi, sən onu açqlamamaq lüksünə (səlahiyyətinə) sahib olasan?

Kənd Təsərrüfatı Nazirliyindən “nümunə” götürən baş podratçı da məsələ ilə bağlı “aparıcı” adlandırdığımız KİV-lərdə açıqlama verməyə məcbur oldu. Ancaq o da adını açıqlamadı. İctimai vəsaitləri xərcləyənlərin belə davranışları insanda qarışıq duyğular yaradır: Bilmirsən, güləsən, yoxsa ağlayasan.

O “aparıcı” KİV-lərimiz də bir başqa həngamədir, açıqlama verən şirkətin adı olmadan, nöqtəsinə-vergülünə toxunmadan tam mətni çap edirlər. Təbii ki, aydındır, nəyin müqabilində edirlər bunu. Bu arada onu da deyim ki, FB-a girməyə peşman olursan, “ustad”ın biri bir qəpikdir. Bəs, hara baxır, bu “ustad”lar, bilmirlər ki, belə məsələ ilə bağlı rəsmi, eyni zamanda anonim (!) məlumat dərc etmək jurnalistikanın prinsiplərinə ziddir?

Yeri gəlmişkən, dünən iri un və çörək istehsalçıları da bəyanat veriblər, bəyanatın altında birinin də adı yoxdur. Yenə qabaqlar belə durumlarda “Karat”ı, “Gilan”ı, “Neon”u qabağa verirdilər. Bəyanatı təqdim edən bir sayt lap gül vurub: “Dünən adlarını gizli saxlayan Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıblar”

Kimsə deyə bilər ki, onlar adlarını açıqlamağa borclu deyillər, özəl şirkətlərdir, özləri bilərlər. Birincisi, o müraciəti, bəyanatı, adını nə qoyursunuz, qoyun, mahiyyət dəyişmir, o şəkildə yaymaq KİV-in bədbəxtçiliyidir. İkincisi, 2020-ci ildən başlayaraq dövlət un istehsalçılarına ictimai vəsaitlər hesabına müxtəlif dəstəklər - subsidiyalı kredit, subsidiya verir, hələ ƏDV-dən azad olunmanı demirəm. Ən azı dövlət dəstəyini aldıqlarına görə adlarını gizlətməməlidirlər.

Bütün bu yazılan və yazılmayan neqativliklərin fonunda ictimai vəsaitlərin xərclənməsi ilə bağlı olduğumuzu nöqtəni təyin eləməyə çalışıram".
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb