Vətəndaşın və qurumların Ekskavator MAXİNASİYASI Daşkəsən sakinini Bakıda küçələrdə qoyub - VİDEOŞİKAYƏT
Bolge / Video
Oxunub: 634
22 dek 2021 | 23:39
Vətəndaşın və qurumların Ekskavator MAXİNASİYASI Daşkəsən sakinini Bakıda küçələrdə qoyub - VİDEOŞİKAYƏT


Daşkəsən sakini neçə gündür ki, Bakıda küçələrdə yatıb qalmaq məcburiyyətində qalıb.Vətəndaş Səfər Məmmədovun "Demokratik TV"-yə bildirdiyinə görə, bir müddət əvvəl (01.12.2020-ci ildə) Bakı sakini Oqtay Qurbanovdan VOLVO markalı, AZ16-T-277 dövlət nömrə nişanlı yükləyici EKSKAVATOR alıb. Sonra, texnikanı sənədləşdirərək Gəncəyə gətirib, lakin, qısa zaman sonra ekskavatorda ciddi nasazlıq halları aşkarlanıb, dəfələrlə təmir edilsə də heç bir faydası olmayıb.

Məmmədovun sözlərinə görə, adıkeçən Oqtay Qurbanov əslində ona qarşı dələduzluq edib, onu bu yolla aldadıb, texnikanı nasaz halda ona 53 min manata satıb. İndi isə nə ekskavatoruna sahib çıxmır, nə də əməlli təmir etdirib düzəltdirmir. Əksinə, ona hədə-qorxu gəlir, alıcını təhdid edir.

Maddi imkanlarının olmadığını deyən şikayətçi ekskavatorun hazırda Bakıda servisdə təmirə dayandığını, özünün də məcburiyyətdən paytaxt küçələrində gecələdiyini, pulsuz qaldığını deyir. Qurbanov isə nə aldığı pulu geri qaytarmır, nə də ekskavatorun təmirində maraqlı deyil.

Səfər Məmmədovun dediklərindən və sənədlərdən o da aydın olur ki, ekskavatorun texniki pasport göstəricilərində sənədi verən orqan Kəlbəcər rayon (DAİM) Dövlət Aqrar İnkişaf Mərkəzidir. Eləcə də Oqtay adlı şəxs yaşadığı Qaradağ rayonu Qobustan qəsəbəsindəki evində bir neçə ekskavator da var ki, sənədsizdir, onların da açıq satışını həyata keçirir.

Diqqət çəkən iddiaya görə, vətəndaş Oqtay Qurbanov Göygöl Meliorasiya və Su Təsərrüfat idarəsinə məxsus sənədsiz olan texnikasını da öz evindən satışa çıxarıb. Maraqlıdır, görəsən kimdir? Adi vətəndaş kimi onun arxasında kim durur ki, o, müxtəlif dövlət qurumlarının mülkiyyətindəki ağır texnikaları belə asanlıqla əldə edib satışa çıxarır, satarkən də texnikalara rəsmi sənəd düzüb-qoşa bilir?...



Oqtay Qurbanovla da qarşı tərəf kimi münasibət öyrənə bildik. Qurbanov isə açıqlamasında alıcıya qarşı müəyyən iradlar səsləndirib, texnikanın təmirində şikayətçinin özünün məşğul olmalı olduğunu bildirdi. Digər məsələlərə münasibət bildirməkdən isə dolayısıyla yayındı.

İnanırıq ki, şikayətçinin DİN rəhbərliyinə və digər dövlət qurumlarının rəhbərinə çağırışı eşidiləcək, şikayətçinin iddialarına aydınlıq gətiriləcək. Oqtay Qurbanovun əməllərinə hüquqi qiymət veriləcək...

Demokratik.Az
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər