"Bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb.. - İmişlidə NARAZILIQ
Bolge
Oxunub: 595
21 dek 2021 | 18:50
"Bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb.. - İmişlidə NARAZILIQ


İmişli rayonunun Cavadxanlı kəndinin sakinləri son günlər kənd ərazisindəki "Axmaz" adlandırdıqları gölün ətrafına yığışırlar. 18 hektar ərazini əhatə edən bu göl illər öncə bir şəxsin icarəsinə verilib. O zaman da kənd sakinlərinin etirazları olmuşdu. Yerli bələdiyyə isə gölü icarədardan geri almaq üçün məhkəmədə iddia qaldırmışdı.

DİA.AZ bildirir ki, sakinlərin demələrinə görə, sonra öyrəniblər ki, məhkəmə onların xeyrinə qərar çıxarıb. Bundan sonra bir müddət sakitlik yaranıb. Onların sözlərinə görə, amma bir də görüblər ki, ərazidə texnika işləyir, gölün kənarı hasarlanır. Məlum olub ki, icarədar təbii sututardan təkbaşına istifadə ilə bağlı hüquqi sənədlər əldə edib.

"Gölü bir şəxsin istifadəsinə vermək ədalətsizlikdir"
Kənd sakini Qabil Xəlilov gölün kəndlilər üçün əvəzsiz sərvət olduğunu vurğulayır: "Bu göl 1936-cı ildə Araz çayının yatağının dəyişməsi nəticəsində yaranıb. O vaxtdan bəri su anbarı kimi istifadə edilir. Yayda Araz çayında suyun səviyyəsi düşəndə 200 hektaradək sahədəki əkinlərimiz bu göl hesabına suvarılır. Arxlar quruyanda heyvanlarımız buradan su içir. Göldən balıq tutulur, quş ovlanır. Bunu bir şəxsin istifadəsinə vermək, kənarına hasar çəkmək özbaşınalıqdır, ədalətsizlikdir".

"Əsaslı şübhə var ki, bələdiyyə sədrimiz..."
Cavadxanlı kəndinin başqa bir sakini Səhliyar Fətullayev də deyir ki, gölün icarəyə verilməsi qanunsuz olub: "Bu göl vaxtilə Sədi Əzimov ad-soyadlı bir şəxsin icarəsinə verilib. Sonradan həmin qərar ləğv edilib. Üstündən üç il keçəndən sonra bu adamlar gedib ləğv edilmiş qərar əsasında həmin yeri dövlət qeydiyyatından keçiriblər. Bələdiyyəmiz onları məhkəməyə verdi. İnzibati-iqtisadi məhkəməsi camaatın xeyrinə qərar çıxardı. Biz bu yaxında xəbər tutmuşuq ki, bu qərarı iki il əvvəl apellyasiya məhkəməsi ləğv edibmiş. Bizdə əsaslı şübhə var ki, bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb".

Onların deməsinə görə, bu işdə tərəf olmadıqlarından məhkəmə qərarlarını da ala bilmirlər. Sakinlər bildirirlər ki, qapısını döymədikləri dövlət orqanı qalmayıb. Onlar Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olmuş, hazırda prezidentin köməkçisi işləyən Kərəm Həsənovun qəbulunda da olduqlarını, onun da gölə çıxarış verilməsinə təəccüb etdiyini deyirlər. Məhkəmə qərarını ədalətsiz hesab etdiklərindən yığışıb bir dəstə Ədliyyə Nazirliyinə gedəcəklərini də vurğulayırlar.

"Mən yorulub dayandım"
Amma Qaralar bələdiyyəsinin (Qaralar və Cavadxanlı kəndləri daxildir) sədri Şıxalı Gülməmmədov ona yönəlik ittihamları qəbul etmir: "Bu göl mən bələdiyyə üzvü olmazdan əvvəl icarəyə verilib. Onu əhalinin ümumi istifadəsinə qaytarılmasının ilk təşəbbüskarı da mən olmuşam. Hələ 2015-ci ildə gölün icarəyə verilməsinə dair müqaviləni ləğv etdik. Məhkəməyə müraciət edəndə də sakinlərin etibar etdiyi şəxsi vəkil tutduq. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tələbimizi təmin etdi. Amma apellyasiya məhkəməsində həmin qərar ləğv olunub təkrar məhkəmə baxışına qaytarıldı. Daha bundan sonra yorulub dayandım".

Bələdiyyə sədri dediklərinə onu da əlavə edir ki, ehtiyac yarandığı halda göldən əkinlərin suvarılmasına imkan verilməsi ilə bağlı icarədarla razılaşma əldə olunub. O, tez-tez sakinlərlə görüşdüyünü, mübahisənin danışıq yolu ilə həll etməyə çalışdığını söylədi.

"Deyirəm gəlin əl-ələ verib işləyək..."
Hazırda icarədar olduğu bildirilən Tofiq Hüseynov da narazıdır. O, icarə haqqı ödədiyi halda illərdir mülkiyyətindən istifadə edə bilmədiyini söyləyir. Onun vurğulamasına görə, dövlətin qayda-qanunu, icarə müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirir. Əlavə etməsinə görə, təkcə bu il 900 manat icarə haqqı ödəyib: "Amma üç ildir ki, göldən istifadəmə imkan verilmir. Burada quşçuluq təsərrüfatı yaratmaq, qaz və ördək saxlamaq istəyirəm. Bu, həm kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətin proqramına uyğundur, həm də kəndin bir neçə sakini üçün iş yeri ola bilər. Camaata deyirəm gəlin əl-ələ verib işləyək. Amma arada iki-üç qızışdırıcı adam var, qohumlarını da ətrafına yığıb maneçilik törədirlər. Burada qanunsuz ov edilir. Ona görə gölü dəmir torla əhatələmək istəyirəm".

İcra hakimiyyətindən deyilənlər...
İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirzə Quliyev də deyir ki, Cavadxanlı kəndinin bir qrup sakinini icra başçısı qəbul edib, onların şikayətləri araşdırılıb: "Biz baxdıq, icarədarın əlində göldən istifadə ilə bağlı qanuni sənədlər var. Onları ləğv etməyə səlahiyyətimiz çatmır. Amma camaatı da başa düşürük. Onlar göldən əkinlərini, heyvanlarını suvarmaq istəyirlər".
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər