Qalmaqallı icra başçısı YOLA SALINIR... - Həbsinə gəlincə isə...
Bolge
Oxunub: 451
20 dek 2021 | 17:46
Qalmaqallı icra başçısı YOLA SALINIR... - Həbsinə gəlincə isə...



Hələ 2012-ci ildə Samuxa icra başçısı göndərilərkən iddia olunurdu ki, Alı Qocayev əslində həbs olunmalı idi, sadəcə olaraq keçmiş spiker Oqtay Əsədov onu xilas etməklə yanaşı, yenidən vəzifə təyinatına nail oldu. İndi isə artıq vaxtın yetişdiyini deyə bilərik... Gec də olsa...

DİA.AZ-a hökumətdəki mənbələrdən daxil olan informasiyada bildirilir ki, yaxın vaxtlarda görəvdən alınacaq icra başçıları sırasında hazırda Samuxa başçılıq edən Alı Qocayevin də adı var.

Mənbənin dia.az-a söylədikləri: "Alı Qocayev əslində onu gözləyən aqibətdən məmnun qalacaq. Çünki planda həbs yoxdur..."

Qeyd edək ki, yerli KİV-də Alı Qocayevin sərvətinin əhəmiyyətli hissəsini ölkədən kəanara çıxardığı haqda iddialar da səsləndirilib.

***

DİA.AZ xatırladır ki, Qocayev Alı İbrahim oğlu 27 iyul 1947 ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.1954-1965-ci illərdə Çaylı kənd orta məktəbində təhsil almışdır.
1965-ci ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsinə daxil olmuş, 1974-cü ildə həmin institutu bitirərək, elektromexanik - mühəndisi ixtisasına yiyələnmişdir.
Əmək fəaiyyətinə 1966-cı ildə Bakı Radio zavodunda elektrik montyoru kimi başlamışdır.1968-1992-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsində elektrik montyoru, sex rəisi, Bakı şəhəri Sunasos Stansiyaları və Su Anbarları idarəsinin baş mühəndisi və sonra həmin idarənin rəisi vəzifələrdə çalışmış, 1992-1997-ci illərdə Bakı Su Kəməri İstehsalat İdarəsinin rəisi vəzifəsində işləmişdir .
1974-75-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1997-2000-ci illərdə Abşeron Regional Su Cəmiyyətinin vitse-prezidenti , 2000-2004-cü illərdə Bakı şəhər İcra Hakimiyyti Bakı Kanalizasiya İstehsalat Birliyinin Baş direktoru, 2004-2005-ci illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifələrində işləmişdir.
06.04.2005-ci il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli 2182 saylı Sərəncamı ilə Samux rayon İcra Hakmiyyətinin başçısı təyin edilmişdir.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir.Üç övladı , yeddi nəvəsi var.

***

Yuxarıda iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu