İnam Kərimov fermerlərə ƏL UZATMASA... - Tovuzlu fermer HƏYƏCAN TƏBİLİ ÇALIR...
Bolge
Oxunub: 278
20 dek 2021 | 20:44
İnam Kərimov fermerlərə ƏL UZATMASA... - Tovuzlu fermer HƏYƏCAN TƏBİLİ ÇALIR...


Qərb bölgəsində bir vaxtlar gəlirli kənd təsərrüfatı sahələrindən olan istixanlar indi tənəzzül dövrünü yaşayır. Buna səbəb fermerlərin min bir əziyyətlə becərdiyi məshsullarını sata bilməməsidir. Onlar istixana şəraitində becərdikləri məhsula yerli bazarlarda tələbatın az olmasını, ixrac zamanı isə dəyərindən qat-qat aşağı qiymətə düşməsini deyirlər. Tovuzun Düz Qırıqlı kəndindən olan fermer Səlahəddin Rzayev uzun illərdir 2 hektar sahədə istixana şəraitində pomidor yetişdirərək xarici bazarlara satıb. Hazırda məhsul yığımı olduğunu deyən fermer belə davam edərsə, bu dəfəki məhsulun istixanadan topladığı sonuncu pomidorlar olacağını deyib:

"Məhsulumu Rusiyaya, əsasən Moskva bazarlarına göndərirəm. Hazırda məhsulun bir kiloqramının ərsəyə gəldiyi xərcdən qat-qat aşağı qiymətə satırıq. Rublun dollara nisbətində fərqlər var, dollar bahadır. Nəticədə maya dəyəri 1 manat 50 qəpikdən bahaya gələn pomidor 70-80 qəpiyə satılır. Bu da iki hektar istixanadan 70-80 min dollar ziyanla üzləşmək deməkdir", -deyə fermer bildirib.
Fermer ziyanın digər səbəblərini də istehsal üçün lazım olan məhsulların qiymətinin durmadan bahalanmasında görür:

"Son 2-3 ildə yanacaq resursları 120 faiz bahalaşıb. Gübrə və pestisidlərin qiyməti də onun kimi, günü-gündən artır. Fəhlələrə yüksək maaş veririk. Nəticədə sahibkar pul qazanmır. Ona görə də tamamilə ləğv etmək fikrindəyik. Bu gün də əkdiyimizə görə peşmançılıq hissi keçiririk", - deyə təsərrüfat rəhbəri bildirib.

Fermerlər bildirir ki, Tovuzda hazırda cəmi 4 istixana qalıb. Onların sözlərinə görə qonşu Şəmkir rayonunda da analoji vəziyyət müşahidə edilir. Fermerlərin hamısının borc içində olduğunu söyləyən Xasay Hüseynov hazırda 500 min dollar başa gətirdiyi istixanasının hissələrini söküb satmaqla borclarını ödəməyə çalışdığını deyib:

"İstixanamı 500 min dollara ərsəyə gətirmişdim. 85 ar istixanamı, 3 ar şitilxanamı məcbur olub ləğv etdim. Borclarım azaldıb yerində üzüm bağı salmaq istəyirəm. Bu sahədə rentabellik yoxdur daha. Bazarımız Rusiyadır. Yol haqqı bahadır, gömrükdə məhsul günlərlə qalır xarab olur, dəyərini itirir. Ona görə də istixana sahiblərinin 80-90 faizi müflis oldu. İndi borcumuzu verə bilmirik. Gübrəyə borclu, işçiyə borclu, qaza borclu, hələ də borcum var", - deyə fermer gileylənib.
Təcrübəli fermerlər bu sahədə geriləmənin qarşısını almaq üçün istixanalara subsidiya tətbiqi, güzəştli tədbirlərin görülməsinin çıxış yolu olduğunu bildirirlər.dia.az
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO