“Tovuzun icra başçısı dedi ki, kiminsə torpağını alın verin buna...” - Şəhid atası...
Bolge
Oxunub: 522
18 dek 2021 | 16:41
“Tovuzun icra başçısı dedi ki, kiminsə torpağını alın verin buna...” - Şəhid atası...


“Ailədə iki oğlum var, Sənan və Kənan. Mən özüm də birinci Qarabağ döyüşlərinin iştirakçısıyam, veteranam. Həyat yoldaşım isə Füzuli rayonundan məcburi köçkündür. Sənanda buna görə hərbiyə maraq oyandı. 2015-ci ildə əsgər getdi, 2016-cı il Şanlı aprel döyüşlərində iştirak etdi. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirdi”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində şəhid olan kəşfiyyatçı Sənan Ələsgərovun atası Əkram Ələsgərov deyib. Şəhid atası Sənanın Bəyləqanda xidmət etdiyini bildirib:

“Sənan Beyləqanda xidmət edirdi. Vətən müharibəsi zamanı isə sentyabrın 29-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldu. Sənandan sonra yaxşı heç nə yoxdur. Övlad itirmək çox çətindir. Bu dərdi çəkməyə artıq gücümüz qalmayıb. Bircə onunla təsəlli tapırıq ki, Sənan vətən uğrunda şəhid olub”.

Şəhid atası Tovuz rayon İcra Hakimiyyətindən də narazılıq edib:

“O qədər problemimiz var ki. Onlardan biri bizim ailənin torpaqla təmin olunmamasıdır. Mən özüm Qarabağ savaşının iştirakçısıyam heç torpaqla təmin edilməmişəm. İndi də oğluma görə bizim ailəni torpaqla təmin etmirlər. Biz səkkiz sot torpaqla təmin olunmalıydıq ki, dövlət tərəfindən orda ev tikilsin. Bununla bağlı cənab Prezidentin sərəncamı var. Bir neçə gün öncə bununla bağlı Dövlət Sosial Müdafiə Fondundan mənimlə əlaqə saxladılar. Soruşdular ki, ev tikmək üçün torpaq sahəniz varmı? Dedim ki, yoxumuzdur. Tovuz rayon İcra Hakimiyyətindən də bizə deyirlər ki, sizə veriləcək torpağımız yoxdur. İcra başçısı Məmməd Məmmədovla bir neçə dəfə görüşmüşəm və bu problemi deyəndə deyib ki, “gedin kiminsə torpağını alın verin buna”.

Daha sonra Dövlət Məşğulluq Mərkəzindən bizə gəldilər. Ailəmizi işlə təmin etmək üçün avtoyuma avadanlıqları verilməli idi. Bununla bağlı beş gün kursa da getdim. O avadanlıqları alıb bir yerdə qoyub işlədəcəkdim. Onunla həm mən, həm də orda işləyən adamın ailəsi evinə çörək aparacaqdı. Amma hələ ki, o avadanlığı da vermədilər”.

Qeyd edək şəhid Sənan Ələsgərov 1996-cı ildə Tovuzun Alakol kəndində anadan olub. Vətən müharibəsində şəhid olduqdan sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu