Gəncə Apellyasiya Məhkəməsində vətəndaşların haqqını necə görməzdən gəlirlər - Prezidentə müraciət...
Bolge
Oxunub: 797
15 dek 2021 | 21:47
Gəncə Apellyasiya Məhkəməsində vətəndaşların haqqını necə görməzdən gəlirlər - Prezidentə müraciət...


Teref.az olaraq redaksiyaməzın poçtuna daxil olmuş bir qrup vətəndaşın Gəncə Apellyasiya Məhkəməsinin qanunsuzluqlarından Prezidnetə şikayətini təqdim edirik. Şikayətçilər axır ümid yerləri olan Prezidentə müraciət edərək yazırlar:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

SURƏTLƏRİ:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti , Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova
Azərbaycan Respublikası Məhkəmə -Hüquq Şurasınınsədri cənab Fikrət Məmmədova

Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə

Azərbaycaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri cənab Fuad Ələsgərova

"Azərbaycan" qəzetnin baş redaktoru Azərbaycan Respublikası Milli Məclisinin deputatı,cənab Bəxtiyar Sadıqova
Şəki Apellyasiya Məhkəməsinin sədri cənab Nuru Quliyevə

İsmayılov Nicat Məhərrəm oğlu –Ağdam rayonundan məcburi köçkün(şəxsiyyət vəsiqəsinin №-si14460890) nmayəndəsi İsmayılov Məhərrəm Musa oğl, Azərbaycan Respublikasının Əməkdar müəllimi (şəxsiyyət vəsiqəsinin №-si 09339029) Gəncə şəhəri, Turgenev küçəsi ev 22 , tel: 050 -324 -77 -15
Babayeva Rəsmiyyə Vaqif qızı – özüm və həyat yoldaşım II qrup əlil ( şəxsiyyət vəsiqəsinin №-si 07987267) Gəncə şəhəri, Xəmsə küçəsi , ev 41 tel: 050- 371- 54 -43
İsgəndərova Qətibə Cumalı qızı - təqaüdçü ( həyat yoldaşı rəhmətə gedib) ( şəxsiyyət vəsiqəsinin №-si 05380687) Gəncə şəhəri, 20 yanvar küçəsi, ev 121
Quliyev Əli Nuru oğlu -təqaüdçü ( şəxsiyyət vəsiqəsinin №-si 05910621) Gəncə şəhəri , Ş.İ.Xətai pr, ev 151, m 18 tərəfindən 8 il 7 aydan çox gedən haqsız məhkəmələr haqqında
Məlumat
Vaxtınızı aldığımız üçün Sizdən əvvəlcədən üzr istəyirik.
30 ildən çox idi ki, xalqımızın çox səbirsizliklə gözlədiyi gün-Qarabağ münaqişəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı, Zati-aliləri Cənab İlham Əliyevin müdrük siyasəti və qətiyətli iradəsi sayəsində Qələbə qazandı. Bütün xalqımız kimi biz, ailələr də bu münasibətilə Cənab prezidentimiz İlham Əliyev başda olmaqla bütün xalqımızı bir daha təbrik edirik.
Biz Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin hər bir vətəndaşına göstərdiyi qayğını hər an hiss edirik .
3 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı hər bir vətəndaş kimi bizlərədə göstəriləcək qayğı kimi qəbul edirik.
Ölkə vətəndaşlarının rifahı Prezident cənab İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. Buna görə möhtərəm Prezidentimizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Biz istəyirik ki, 8 il 7 aydan çox davam edən və bizə qarşı haqsız surətdə aparılan məhkəmə prosesləri haqqında Sizə məlumat verək.
8 il 7 aydan artıqdır ki, bizim torpaq mübahisəmiz üzrə məhkəmə prosesi gedir. Bu müddətdə son dövrədək Gəncə Apellyasiya Məhkəməsində gedən proseslər qərəzli, bir mənalı olaraq bizlərin “qəsdinə” dayanmış formada aparılıb. Gəncə Apellyasiya Məhkəməsi vaxtı ilə dələduzluqla ittiham olub 6 il həbs cəzası almış, qarşı tərəf olan Məmmədov Elşad Cəmil oğlunun və onun Gəncədə ki, pullu həvadarlarına himəyandarlıq göstərməkdədir.
2012-ci ilin 10-u may tarixində (Ümummilli Liderimiz Heydər Əliyevin ad günündə) digər imtiyazlı şəxslər kimi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində inşa ediləcək fərdi yaşayış evlərinin tikintisi üçün eskiz layihəsi üzrə Gəncə şəhər memarlıq və tikinti bölməsinin razılığına əsasən boş yerlərdə evlər tikdik. Evlərimiz Nizami rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə sonradan qeydiyyata alınmışdır . Evlərimiz tikiləndən 1 il sonra, yəni 2013-cü ilin iyun ayından Şərifov Faiq Şərif oğlundan alqı-satqı yolu ilə “torpaq almış” (ancaq saxtalaşdırılmış sənəd olub, torpaq olmayıb) Məmmədov Elşad Cəmil oğlu adlı şəxs bizi məhkəməyə verərək yerin ona məxsus olduğunu iddia etdi. Biz qeyd etdik ki, necə ola bilər ki, bu bir il ərzində minbir əziyyətlə ərazidə ancaq yaşlı ərik ağacları olan boş sahədə evlər tikdirən zaman heç birimizə hər hansı bir şəxs tərəfindən müraciət olunmayıb ki, burda kiminsə sahəsi var .
Məlum oldu ki, biz evi tikdirəndən sonra( bir il) 12.04.2013-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə Məmmədov Elşad Cəmil oğlunun adına çıxarış verilmiş, çıxarış verilərkən idarənin əməkdaşları tərəfindən yerində müayinə olunmuş, bu torpaq sahəsində bizlərə məxsus 6 yaşayış evinin tikili vəziyyətdə olduğu müəyyən edilmiş, Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsi (Gəncə Ərazi İdarəsi )arxiv işində də (forma 1), torpaq üzərində bizim tikili evlərimizin olduğu və mübahisəli olması barədə qeydiyyat aparılmışdır. Lakin, buna baxmayaraq yuxarıda qeyd etdiyimiz tarixdə (12.04.2013 –cü ildə) ev tikdirdiyimiz torpağ sahələrinə sənədlər verilməməli olduğu halda Elşad Məmmədovun adına qanunsuz çıxarış verilmişdir.
Elşad Cəmil oğlu Məmmədov 2013-cü ilin iyun ayında Gəncə şəhəri Nizami rayon Məhkəməsində evlərimizin sökülməsinə dair iddia qaldırdı. Məhkəmənin sabiq hakimi tələsik və heç bir araşdırma aparmadan, bizim iştirakımızı tam təmin etmədən müəyyən “maraq” daxilində evlərimizin sökülməsinə dair qətnamə çıxarmaqla 6 ailəni ciddi narahatçılıq və problemlər qarşısında qoydu. Bu zaman biz vəkilimiz vasitəsilə
Şərifov Faiq Şərif oğluna (qarşı tərəf Elşad Məmmədova torpaq satan şəxs ) torpaq vermiş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə müraciət edərək 03.06.2014-cü il tarixli 115-№-li aldığımız cavab arayışında bildirilmişdir ki, Göygöl rayon Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a saylı (xahiş edirik nömrəyə diqqət edin, nömrə bizcə rəqəm olmalıdır, “a” bəndi olmamalıdır, deməli sonradan işin içərisinə əlavə edilmiş sənəddir.) alqı-satqı qərarı ilə Şərifov Faiq Şərif oğluna 0,80 hektar torpaq sahəsi satılmışdır. Satılmış ərazi Yeni Gəncə qəsəbəsi “Əriklik” adlanan yeməkxananın şərq istiqamətindən yeməkxananın barısından “Məxməri” adlanan yeməkxana istiqamətinə “Əriklik” bağının şimal tərəfində mübahisəli (yəni bizim ev tikdirdiyimiz torpaq sahəsindən) torpaq sahəsindən kənarda, yəni keçmişdə boş olan kənd təsərrüfatına yararsız ərazidən verilmişdir.(Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin 03.06.2014-cü il tarixli 115-№-li arayışını məktubumuza əlavə edirik.)
Biz Gəncə Apellyasiya Məhkəməsinə şikayət ərizəsi verdik. Hakim Loğman Süleymanovun sədrliyi ilə işimizə baxan zaman iş dayandırıb. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə,Şərifov Faiq Şərif oğluna, Məmmədov Elşad Cəmil oğluna və Göygöl rayon Notariat Kontoruna qarşı çıxarışların və kadastrdan çıxarışların ləğv edilməsi iddiasına dair mülki iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etdik.Gəncə şəhər Nizami rayon məhkəməsi məhkəmə prosesində Məhkəmə Ekspertiza Mərkəzinin vasitəsilə ekspertiza təyin edib və eyni zamanda qarşı tərəfin nümayəndələri ilə birlikdə yerli baxış keçirdi.09 aprel 2015-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də aydın oldu ki, Şərifov Faiq Şərif oğlunun adında olan 0.80 ha torpaq sahəsi bizim tikdirdiyimiz evlərdən kənardadır . (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 09 aprel 2015-ci il tarixli ekspertiza rəyini məktubumuza əlavə edirik.)
Gəncə şəhər Nizami rayon məhkəməsi bütün bunları nəzərə alaraq bizim iddiamızı təmin etdi. Lakin bundan sonra qarşı tərəfin şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi, sədr Zərbəli Zərbəliyev (rəhmətə gedib.Allah rəhmət eləsin. ) , İspəndiyar Şəfiyev və Rəhman Muradov tərəfindən 15 noyabr 2015-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18.06.2015-ci il tarixli 2(044)-83/2015 saylı qətnamə ləğv edildi,iddia rəd edildi. Həmin məhkəmənin davamı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 19 may 2016-cı il tarixində bizlərin kassasiya şikayətini təmin etməmiş , Gəncə Apellyasiya Məhkəməsi MK-nın 23 noyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirmədən saxlamışdır. Belə məlum olmuşdur ki, bizim ev tikdirdiyimiz ərazi Şərifov Faiq Şərif oğlunun 0.80 hektar torpaq sahəsindəndir. Çox gülünc bir vəziyyət yarandı. Əgər bizim tikdirdiyimiz evlər Faiq Şərifovun 0,80 hektar sahəsindəndirsə onda niyə həmin qərar qüvvəyə minib, həmin 0,80 hektar sahədə Elşad Məmmədova torpaq verilmədi. Qeyd etməliyik ki, Faiq Şərifovun 0,80 torpaq sahəsi hələ 2006-2007-ci illərdə müxtəlif vətəndaşlara satılmışdır. (bunu sübüt edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 16.09.2017-ci il tarixli bizə verdiyi arayışından görünür.(Arayışı məktubumuza əlavə edirik. )
Hakim Loğman Süleymanovun sədrliyi ilə Gəncə Apellyasiya Məhkəməsində bu sözləri dəfələrlə demişik.Məhkəmənin gedişatında qarşı tərəf bildirdi ki, bizim torpaq 0,80 hektardan deyil. Bizim torpaq 0,51 hektarda yerləşir. Biz bu məsələləri araşdırdıq ki, Faiq Şərifovun əriklik adlanan bağda cəmi 0,80 hektar torpağı olub, bu torpaq yuxarda qeyd etdiyimiz kimi 2006-2007-ci illərdə müxtəlif şəxslərə satılıb. 0,51 hektar torpağı araşdıran zaman məlum oldu ki, Faiq Şərifov dövlət aktına saxtakarlıqla düzəliş edərək , torpağını 0,80 hektardan 1,31 hektara saxtakarlıqla düzəliş etmişdir. Həmin saxtakarlıq 2010-cu il 29 oktyabr tarixli Göygöl rayon Məhkəməsinin qərarı ilə (iş

№2(066)-358/2010) ləğv edilərək 25.04.2006-cı il tarixli JN-0497 nömrəli dövlət aktı 0,51 torpaq sahəsi üzrə etibarsız hesab edilmişdir. (iş №-2(066)-358/2010) Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinin 213.216-220.222.227.230-cu maddələrini rəhbər tutularaq , məhkəmə Şərifov Faiq Şərif oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qətnaməsini (Xanlar rayon (indiki Göygöl) məhkəməsinin qətnaməsini məktubumuza əlavə edirik.)
Sonrakı məhkəmələrdə bizə əvvəlcə iddia edirdilər ki , ev tikdirdiyimiz torpaqlar Göygöl (keçmiş Xanlar) rayonunun Quşqara bələdiyyəsinə məxsusdur. Lakin , Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 07 sentyabr 2016-cı il tarixli arayışından məlum olur ki, Gəncə ( keçmiş Kirovabad) Xalq Deputatların Sovetinin 21.07.1987-ci il tarixli (keçmiş SSRİ dönəmində) 12 №-li qərarı ilə 3№-li tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 10 hektar torpaq sahəsi ayrılmışdır . Gəncə Şəhəri İcra Hakimiyyəti Başçısının 20 dekabr 1995-ci il tarixli 2915 saylı sərəncamındaki çıxarışında da qeyd edilir ki, ayrılmış 10 hektar torpaq sahəsi 3№-li Tikinti-quraşdırma icarə trestinin 20.11.1995-ci il tarixli a/235 №-li məktubunu nəzərə alınaraq trestin işçilərinə fərdi yaşayış və bağ evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 2,3 hektar torpaq sahəsi ayırmışdır. (Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 07 sentyabr 2016-cı il tarixli arayışını məktubumuza əlavə edirik.) Bu da tam sübut edir ki,bizim ev tikdirdiyimiz torpaqlar həqiqətən Gəncə şəhərinə məxsusdur.
Loğman Süleymanov bizim müraciətimizdən sonra 17 mart 2017-ci il tarixli qərardadla həmin məhkəmədə iş üzrə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etdi. Bu ekspertiza Faiq Şərifovun (dövlət aktını Elşad Məmmədova satanın ) sənədlərinin saxta olmasını bir daha sübut etdi. Əvvəlcə ekspertizanın nəticələrini yarı-yarımçıq formada təqdim etsələrdə biz mütəxəsis rəyini əvvəldən rəsmi qaydada aldığımız üçün fakt qarşısında qaldılar, müxtəlif bəhanələr gətirdilər.
Loğman Süleymanov Məhkəmə prosesi zamanı hələ heç bir araşdırma aparmadığı dövürdə məhkəmənin gedişatında bizlərə dedi ki, Elşad Məmmədovun niyə pulunu vermirsiniz? Biz qeyd etdik ki , hansı pulunu verməliyik ki? İddia olunan məsələ haqqında heç bir araşdırma aparmadan sizin dedikləriniz bizə aydın olmadı.
Qeyd etdiyimiz ərazi bizim evlər tikdirdiyimiz torpaq sahəsindən 80-100 m aralıdır. Bu haqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 09 aprel 2015-ci il tarixli ekspertiza rəyində (09 aprel 2015-ci il tarixli ekspertiza rəyinidə məktubumuza əlavə edirik ) də qeyd edilir ki, bizim evlər tikdirdiyimiz torpaq sahəsi onların torpaq sahəsindən tam kənardadır. Biz Apellyasiya məhkəməsindən sonra vəkilimiz vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edərək Faiq Şərifovun adına olan 0,80 hektar və 0,51 hektar olan torpağlarının kimlərə satdığı haqqında rəsmi mütəxəssis rəyini əldə etdik, (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 16.09.2017-ci il tarixli məktubunu əlavə edirik) məktubdan da görünür ki, Elşad Məmmədova satılan torpaq sahəsi 0,51 hektar torpaqdan (məhkəmə qərarı ilə ləğv edilmiş “torpaq”) olmuşdurki, buda bir daha sübut edir ki, bizə iddia olunan torpaq sahəsi Göygöl rayon məhkəməsinin qüvvədə olan qərarı ilə 29 oktyabr 2010-cu ildə ləğv edilərək etibarsız hesab edilmişdir.
Bütün bu faktlara baxmayaraq Loğman Süleymanovun hansısa “maraq ”çərçivəsində məhkəmə prosesində ”canfəşanlığı”qarşı tərəfin xeyrinə həll olundu.
Ali məhkəmədə bizlərin eyni iş üzrə 3 məsələyə 1-ci məsələyə Ali Məhkəmənin hakimləri Əhməd Nurməmmədovun sədirliyi ilə 5 mart 2018-ci il tarixində, 2-ci məsələyə İlqar Hüseynovun sədirliyi ilə 30 mart 2018-ci il tarixində və 3-cü məsələyə Ali Məhkəmənin İnzibati- İqtisadi kollegiyasının hakimi Rahib Nəbizadənin sədirliyi ilə 20 iyul 2018-ci il tarixində işlərə baxılmış, (Ali məhkəmənin Mülki Kollegiyasının və İnzibati İqtisadi kollegiyasının qərarlarının məktubumuza əlavə edirik ) hər üç işdə


bizim verdiyimiz Kassasiya şikayətləri qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Ali məhkəmənin hakimi
İlqar Hüseynovun sədirliyi ilə baxılan işi Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. 02 oktyabr 2018-ci il tarixində həmin məhkəmənin gedişindən də bizə məlum olur ki, Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsi əsasında (iş №-2(066)-358/2010) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213.216-220.222.227.230-cu maddələrini rəhbər tutularaq , məhkəmə Şərifov Faiq Şərif oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qətnaməsini (Xanlar rayon (indiki Göygöl) məhkəməsinin qətnaməsini məktubumuza əlavə edirik.) 8 ildən (həmin zamanadək) artıq müddətdən qüvvədə olmasına baxmayaraq Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun himəyadarlıqı ilə həmin məhkəmənin hakimi İspəndiyar Şəfiyevin sədirliyi ilə Göygöl Rayon Məhkəməsinin 01.06.2018-ci il və 02.07.2018-ci il tarixli 2(066)-359/2010 saylı qərardadları (qarşı tərəfin müraciətləri) 01 avqust 2018-ci ildə ləğv edilib. Qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Məmmədov Elşad Cəmil oğlunun (qarşı tərəf) Göygöl Rayon Məhkəməsinin 29.10.2010-cu il tarixli , 2(066)-359 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilib (Göygöl rayon məhkəməsinin qüvvədə olan qərarından 8 il (həmin zamanadək) sonra !) və qərardaddan şikayət vermək olmaz qərarı verilib.
Gəncə Apellyasiya Məhkəməsində bundan sonra həmin iş üzrə məhkəmə prosesi başladı. Böyük çətinliklə bu məhkəmədə iştirakımız təmin olundu. Bundan sonra həmin məhkəmə prosesi bizim xeyrimizə olan faktlar (Elşad Məmmədova saxta dövlət aktı satan Faiq Şərifovun dövlət aktının 8 il əvvəl məhkəmə qərarı ilə ləğv edilməsi) qarşısında qalaraq bizim tərəfdən verdiyimiz məhkəmə şikayətinə əsasən Məmmədov Elşad Cəmil oğlunun reyestrdən çıxarış qeydiyyatının ləğv edilməsi tələbi qurtarana kimi bu məhkəmə prosesi təxirə salındı.
Bildiririk ki, bu qətnamə ilə mübahisələndirilmiş 0.51 ha torpaq sahəsi üzərində 2012-ci ildə bizim tikilmiş evlərimiz vardır .Nəzərə alsaq ki, Elşad Məmmədovdan əvvəl həmin torpaq sahəsininə aid sənədi (çünki torpaq sahəsi olmamışdır) ona düzəliş etdiyi saxta sənəd satan Faiq Şərifov 0.51 ha torpaq sahəsinə dair dövlət aktını saxtalaşdırmaqla öz adına sənədləşdirmiş və bu fakt Göygöl rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilərək öz təsdiqini tapmışdır.
02 oktyabr 2018-ci il tarixində Gəncə İnzibati-İqtisadi Məhkəməsində (hakim Rəşad Mamedov, hazırda Gəncə Apellyasiya Məhkəməsinin hakimidi) biz iddiaçılarla cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər Şərifov Faiq Şərif oğlu və Məmmədov Elşad Cəmil oğlu) qarşı reyestr qeydiyyatının ləğv edilməsi tələbinə dair işə məhkəmədə (xatırladırıq ki, 31 avqust 2017-ci ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Fikrət Hüseynov bu işə baxmış, Göygöl rayon Məhkəməsinin 29.10.2010-cu il tarixli qərarı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin bizim xeyrimizə olan rəylərini nəzərə almadan mümkünsüz hesab etmiş, 30 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iclasında hakim İlqar Hüseynovun sədrliyi ilə bu məsələyə baxılmış,Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 23 oktyabr tarixli 2-1(104)-515/2017 nömrəli qərardadı ləğv edilmiş işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ) baxılan zaman hakim Rəşad Mamedov bizlərin qarşısında qərar qəbul etmişdir ki, ekspertiza təyin edilsin (bir daha xatırladırıq ki, bu iş üzrə 3-cü ekspertizadı. Əvvəlki iki ekspertiza tam bizim xeyrimizə rəy verilmişdir.) və ekspertizanın əsas sualı ondan ibarət olsun ki, 12.04.2013-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən Elşad Məmmədova bizim əvvəlcədən tikilmiş evlərin altındakı torpağların üzərinə saxta çıxarış verilməsinə


qədər Elşad Məmmədova torpaq alqı-satqısı edən Faiq Şərifovun 0.51 ha torpaq sahəsinin yerinin müyyənləşdirilməsi olsun. Bizdə bu qərarnan razılaşdıq. Həmin qərardad bizə 18 oktyabr 2018-ci ildə çatdırıldı. Qərardadın qərar hissəsinə baxanda dəhşətə gəldik. Hakim Rəşad Mamedov bir sual qoyaraq bildirib ki, iddiaçılara məxsus Gəncə şəhər Əriklik bağı adlanan ərazidə yerləşən fərdi yaşayış evləri ”Hüquqların dövlət qeydiyyatı haqqında ” Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı 0157346 nömrəli 12.04.2013-cü il tarixli çıxarışa əsasən Məmmədov Elşad Cəmil oğlunun müllkiyyətində olan 0,209686 ha torpaq sahəsinin üzərində yerləşirmi? Hakim Rəşad Mamedova yəgin məlumdur ki , bu iş həmin müddətə qədər 6 ilə yaxın idi ki, gedir və əsas iş ondan ibarətdir ki, Göygöl rayonun 29.10.2010-cu il tarixli qərarı ilə ləğv edilmiş dövlət aktını sonradan saxtalaşdıraraq bizim tikili evlərimizin üzərinə vurublar .Bu sualın bu formada ekspertizasına heç bir ehdiyac duyulmur. Çünki işin içərisindədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Gəncə Layihə-Tədqiqat idarəsinin rəsmi arayışı vardır və arayışda qeyd olunur ki, həmin dövlət aktı 2 konturdan 497A(0.20 ha) və 497 (0.60 ha) konturlardan ibarət olmuşdur. Hal-hazırda mübahisə (bizim evlərimizin tikildiyi sahə) predmenti olan 497D(0.51) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır.
Sual oluna bilər ki, bu necə olur ki, həmin müddətdə 8 ilə (həmin zamanadək) yaxın (hal-hazırda ki, müddətdə 11 il) müddət keçdikdən sonra Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsi əsasında (iş №-2(066)-358/2010) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213.216-220.222.227.230-cu maddələrini rəhbər tutularaq , məhkəmə Şərifov Faiq Şərif oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab etmiş və bu etibarsız Dövlət Aktı ilə 12.04.2013-cü il tarixində yenidən saxtakarlıqla Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən bizim əvvəlcədən tikilmiş evlərin altındakı torpağların üzərinə saxta çıxarış alaraq Məmmədov Elşad Cəmil oğlu şikayət verərək yuxarıda qeyd etdiyimiz qərarı çıxatdırır.
Qeyd edirik ki, bu ləğv olunmuş dövlət aktıyla Elşad Məmmədov Faiq Şərifovdan aldığı sənəd saxtadırsa Elşad Məmmədov bu şikayəti verə bilməz.
Tapdıq Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri olduğu müddətdə bizim işlərimizə baxan , iclaslara sədirlik edən Zərbəli Zərbəliyev (vəfat edib , Allah rəhmət eləsin) hakimlər İspəndiyar Şəfiyev, Rəhman Muradov, sədirlik edən Loğman Süleymanov , hakimlər Ədil Məmmədov, Əlizamin Abdullayev , sədirlik edən Şəfiqə Əliyeva, hakimlər Rəhman Muradov , Ədil Məmmədov sədirlik edən Fikrət Mehdiyev, hakimlər Şamil Rzaquliyev, Nuru Quliyev, kassasiya şikayətimiz Ali Məhkəmədə qismən təmin edilib qayıdandan sonra sədirlik edən hakimlər Elçin Xasməmmədov , Əlizamin Abdullayev və başqaları bizim haqqımızda əlehimizə verdikləri qərarlara görə onları son dərəcədə günahkar hesab etmirik.Əsil günahkar onlara bu “sifarişi” verənlərdədir. Onların içində yaxşı insanlar çoxdur. Tam əminik ki, onları məcbur edirlər. Məhkəmələrin gedişində hakimlər bizə qarşı qərəzli mövqe göstərirlər. Faktı dedik də, bizə xəbərdarlıq edirlər. Deyirlər ki , sizi məhkəmə zalından çıxardacayıq. Qarşı tərəfin normal olmayan hərəklərinə göz yumublar.
Həttda bir məhkəmə prosesində Şəfiqə xanım Əliyeva etiraf etdi ki, Elşad Məmmədova torpağ satan Faiq Şərifov onun əri ilə qohumdur. Buna görə həmin prosesə baxmadı. Növbəti işlərin birində isə sanki o məcbur edilib bizim digər işimizə baxdı.
Biz qeyd etdik ki, hörmətli Şəfiqə xanım, Siz əvvəlki proseslərin birində özünüz etiraf etdiniz ki, Faiq Şərifov Sizin qohumunuzdur.Bütün bunlara baxmayaraq Şəfiqə xanım bizim işimizə baxdı və yenədə ədalətsiz qərar qəbul elədi.

Bizim bir nəfərimiz İsmayılov Nicat Məhərrəm oğlu Ağdam rayon məcburi köçkünü (şəxsiyyət vəsiqəsinin №-si14460890) nümayəndəsi İsmayılov Məhərrəm Musa oğlu (şəxsiyyət vəsiqəsinin №-si 09339029) Gəncə şəhəri, Turgenev küçəsi ev 22, Azərbaycan Respublikasının Əməkdar müəllimi Azərbaycan Respublikası Ali Məhkəməsini sədri cənab Ramiz Rzayevin 22 oktyabr 2018-ci il tarixində Ali Məhkəmədə, 17 may 2019-cu il tarixində bizlər Gəncə şəhərində qəbulunda olmuşuq. Ramiz müəllim Rzayevə yazmış olduğumuz məktubda göstərilən faktları təqdim etmişiq.
Məlum edirik ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Fikrət Məmmədovun 12 aprel 2019-cu il tarixində Bərdə şəhərində qəbulunda olmaq isdədik. Həmin günü bizi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Təşkilati –nəzarət baş idarəsinin rəisi Elçin Lütvəli oğlu Qasımov səmimiyyətlə qəbul etdi və biz onla 1 saat ərzində bu məsələləri müzakirə etdik . Elçin müəllim bildirdi ki, bu müddətdən sonra işinizə qanunla baxılacaq .
Lakin yenədə məhkəmələr tərəfindən bu və digər formada bizlərə qarşı bir tərəfli mövqe tam şəkildə davam etdirilirdi.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Fikrət Məmmədovun 14 iyun 2019-cu il tarixində Gəncə şəhərində qəbuluna müraciət etməyimizə baxmayaraq bizi nazirin qəbuluna buraxmadılar. Bizi Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Ənvər oğlu Hüseynov qəbul etdi , şikayət ərizəmizi Cavid müəllimə verdik.
05 aprel 2019-cu il tarixində Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Kənan Vəliyev (əvvəl bu prosesə hakim Rəşad Mamedov baxırdı, bir neçə ay əvvəl Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.) bir tərəfli mövqe tutdu hətda bizə dedi ki,Elşad Məmmədovun alqı- satqı müqaviləsi var niyə çıxarışı ləğv etməyə çalışırsız ? və s.Bu zaman biz yuxarıda qeyd etdiyimiz faktları bir-bir göstərərək xüsusi qərardad çıxarılması barədə vəsatət qaldırıb hakim Kənan Vəliyevdən üçüncü şəxslər Şərifov Faiq Şərif oğlu və Məmmədov Elşad Cəmil oğlunun əməllərində cinayət tərkibinin aşkar olunması barədə xüsusi qərardad çıxararaq, araşdırılması üçün müvafiq prokurorluğa göndərilməsini təmin etməsini xahiş etdik.
İkinci vəsatətlə ekspertizanın bundan əvvəlki hakim (Rəşad Mamedov )eyni iş üzrə təyin etdiyini hakim Kənan Vəliyevə xatırladaraq bir daha bu haqqda vəsatət verdik. Qeyd etdik ki, Göygöl rayon məhkəməsinin 2010- cu il 29 oktyabr tarixli qətnaməsi ilə ləğv olunmuş Şərifov Faiqin saxtalaşdırılmış 0,51 ha torpaq sahəsinin sənədi (çünki torpaq özü heç zaman olmayıb) 2013-cü ilə qədər yəni reyestrdən çıxarış verilənədək harada olmasını, tikinti-texniki və torpaqşünaslıq ekspertizasının aparılmasına vəsatət qaldırdıq.
Hər iki vəsatətimiz cavabsız qaldı, hakim Kənan Vəliyev bu vəsatətlərin adınıda çəkmədi . Sual oluna bilər ki, bu hakim vəzifəsinə yaraşan bir məsələdir ki, bizim verdiyimiz vəsatətlərin təmin olunub olunmaması haqqında heç bir cavab almadıq?
Lakin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəliyev bir neçə müddət öncə yəni 30 may 2019-cu il tarixindədə qərar verəndə nədən danışdığı, qarşı tərəfi can-fəşanlıqla müdafiə etməsi , hakim etiqasına uyğun olmayaraq bizlərin əleyhinə faktlar gəzməsi bizə aydın olmadığı üçün nümayəndələrimizdən biri İsmayılov Nicat Məhərrəm oğlunun nümayəndəsi Məhərrəm İsmayılov hakimə bildirdi ki, Siz Ali Məhkəmənin hakimi İlqar Hüseynovun sədirliyi ilə 30 mart 2018-ci il tarixində verilmiş qərara uyğun olaraq Gəncə İnzibati-İqitsadi Kollegiyasının 2017-ci il 23 oktyabr tarixli 2-1 (104)-515/2017 nömrəli qərardadının ləğv edilərək işə təkrar baxılması üçün bizim kassasiya şikayətimiz bizim xeyrimizə təmin olunan qərarına baxırsınız. Hakim Kənan Vəliyevə bir daha Ali Məhkəmənin İnzibati-İqitsadi Kollegiyasının qərarına baxdığı işin sürəti təqdim olundu. Hakimin apardığı söhbətlərin bu qərara aid olmadığını anladıq və bizim əleyhimizə qərar çıxartdı.

Bütün bu məsələlərdə bizlərin rəyi ondan ibarətdir ki, kimdirsə bu məsələlərə qanunsuz sürətdə müdaxilə edir, bizlərin talehi ilə oynayır. Artıq bizlərə xeyli müddətdi aydın oldu ki, bu məsələlərin başında Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun “maraqları” çərçivəsində hökmü dayanır.
Yuxarıda qeyd etdiyimiz kimi Gəncə Apellyasiya Məhkəməsinin demək olar ki, bütün hakimləri (hərbi kollegiyanın hakimləri istisna olmaqla ) bizim işimizə baxıb və qeyd etdiyimiz səbəblərdən bizə qarşı qərəzli mövqe tutublar.
Gəncə Apelyasiya Məhkəməsinin yuxarıda qeyd etdiyimiz kimi qərarlarının heç bir obyektivliyi olmadığı üçün son dəfə Ali Məhkəməyə müraciət edərək digər Apelyasiya Məhkəməsində işə baxılmasını xahiş etdik. Ali Məhkəmə xahişimizi nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işimizə baxılmasına icazə verdi. Şəki Apellyasiya Məhkəməsində (Əkbərov Mübariz Dosməmməd oğlu sədr olduğu dövrdə, hazırda Bakı Apellyasiya Məhkəməsinin sədridir.) bizim işlərə ədalətli baxıldı və qanun çərçivəsində bizim xeyrimizə olaraq məsələlərə hüquqi qiymət verildi. Bir daha Şəki Apellyasiya Məhkəməsinin qərarı onu gösdərdiki, həqiqətən də Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun bizlərə qərəzli münasibəti olmuşdur və davam edir.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi Şəki Apelyasiya Məhkəməsinin qərarından sonra Elşad Məmmədov Ali Məhkəmənin İnzibati Kollegiyasına şikayət vermişdir. Həmin şikayətə 22 sentyabr 2020-ci il tarixində Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi İlqar Hüseynovun sədrliyi ilə baxılmış və həmin günü biz tərəfin haqlı olduğu bir daha bildirmişdir. Hakim İlqar Hüseynov qeyd etmişdi ki, 06 oktyabr 2020-ci il tarixində qərar oxunacaq, gəlməsənizdə ola bilər. Lakin biz 06 oktyabr 2020-ci il tarixində saat 16:10-da keçirilən məhkəmədə iştirak edən zaman ayrı bir vəziyyətlə rastlaşdıq. Hakim İlqar Hüseynov qeyd etdi ki, Gəncə Apellyasiya Məhkəməsi 28 sentyabr 2020-ci il (II vətən müharibəsinin başladığı ikinci günü) tarixində belə qərara gəlib ki, Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli 2(066)-358/2010 nömrəli qətnaməsinə baxılsın. Biz qeyd elədik ki, necə ola bilər ki , Gəncə Apellyasiya Məhkəməsi özü verdiyi qərarı reyestrin (qarşı tərəf olan Elşad Məmmədovun adına verilmiş reyestrdən çıxarışın) ləğvi məsələsi qurtarmamış başlasın. Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi İlqar Hüseynov bu məsələni əsas götürərək Gəncə Apellyasiya Məhkəməsinin qaldırdığı yuxarıda qeyd etdiyimiz kimi Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli 2(066)-358/2010 nömrəli qətnaməsinə baxılıb qurtaranadək qərarını dayandırdı. Bu dayandırma haqqında Gəncə Apelyasiya Məhkəməsinin qərarı bizdə yox idi.
17 noyabr 2020-ci il tarixində saat 14:40-da Gəncə Apelyasiya Məhkəməsində yuxarıda qeyd etdiyimiz kimi Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli 2(066)-358/2010 nömrəli (həmin dövrdən 10 il sonra) qətnaməsinə baxılması nəzərdə tutulmuşdur. Biz bilirik ki, Gəncə Apelyasiya Məhkəməsinin sabiq sədri Tapdıq Mahmudov bizə qarşı qərəzli surətdə növbəti “tələ” hazırlamışdır.
2010-cu ildə Göygöl rayonu Quşqara Bələdiyyəsinin sədri Əliyev Şəmil Nəzir oğlunun cavabdeh Şərifov Faiq Şərif oğluna və 3-cü şəxs Göygöl Torpaq Şöbəsinə qarşı, torpaq şöbəsi tərəfindən verilmiş dövlət aktından 1,31 ha torpaq sahəsnin 0,51ha hissəsinin etibarsız hesab edilməsinə dair işə Göygöl Rayon Məhkəməsində baxılaraq,məhkəmənin 29.10.2010-cu il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh və 3-cü şəxs apelyasiya şikayəti verməmiş, qətnamə icraya yönədilmişdir.
2018-ci ildə, yəni 8 ildən sonra həmin qətnamədə guya maraqlarına toxunan şəxs qismində Məmmədov Elşad Cəmil oğlu (Şərifov Faiqdən saxta sənəd alan) adlı şəxs apelyasiya şikayəti vermiş, Göygöl Rayon Məhkəməsinin 01.06.2018-ci il tarixli , 2(066)-359/2018 saylı qərardadı ilə verilmiş kassiya şikayəti geri qaytarılmışdır.
Məhkəmənin həmin qərardadından Məmmədov Elşad Cəmil oğlu şikayət vermişdir. Göygöl Rayon Məhkəməsinin 02.07.2018-ci il tarixli həmin nömrəli qərardadı ilə onun şikayəti təmin edilməmiş , iş Gəncə Apelyasiya Məhkməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin həmin qərardadlarının əsaslandırma hissəsində qeyd edilmişdir ki, apelyasiya şikayəti verən Məmmədov Elşad Cəmil oğlu (saxta sənəd alan)həmin iş üzrə tərəf və maraqlarına toxunan şəxs deyildir, ona görə də onun həmin qətnaməni mübahisələndirmək hüquqi olmadığına görə şikayəti geri qaytarılmışdır.
Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.07.2018-ci il qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 01.06.2018-ci il və 02.07.2018-ci il tarixli 2(066)-359/2018 saylı qərardadları ləğv edilmiş , Məmmədov Elşad Cəmil oğlunun Göygöl rayon Məhkəməsinin 29.10.2010-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti hüquq və vəzifələrinə toxunan şəxs qismində icraata qəbul (!) edilmişdir. Çox təcüblüdür !
Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3463/2018-ci il nömrəli , 26.12.2018-ci tarixli qərardadı ilə həmin apelyasiya şikayəti üzrə icraat, eyni mübahisə üzrə iddiaçılar İsmayılov Nicat Məhərrəm oğlu və qeyrilərinin Gəncə İnzibati -İqtisad(hazırda Gəncə İnzibati məhkəməsi) Məhkəməsinin icraatında olan iddia ərizəsinə baxılıb yekun qərarı çıxardanadək dayandırılmışdır.
Biz iddiaçılar İsmayılov Nicat Məhərrəm oğlu və qeyrilərinin həmin mübahisə üzrə Gəncə İnzibati-İqtisad Məhkəməsinin icraatında olan işə həmin məhkəmənin qətnaməsi ilə nəticə verilmiş , bundan sonra həmin qətnamədən İsmayılov Nicat Məhərrəm oğlu və qeyrilərinin verdiyi apelyasiya şikayəti əsasında işə Şəki Apelyasiya Məhkəməsində baxılmışdır. Həmin iş hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasında kassasiya baxışı mərhələsində olmaqla yekun qərarı çıxarılmamışdır.
Həmin iddiaya mahiyyəti üzrə baxılıb yekun qərarın qəbul edilməsinə baxmayaraq , Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.09.2020-ci il tarixli (II Vətən müharibəsinin başlanmasının ikinci günü) qərardadı ilə həmin işin icraatı təzələnmiş, Elşad Məmmədovun apellyasiya şikayətinə baxılması 17.11.2020-ci il tarixə təyin edilmişdir.
Hesab edirdik ki, aşağıdakılara əsasən həmin işə Gəncə Apellyasiya Məhkəməsində obyektiv və qərəzsiz baxılmasına şübhə doğuran kifayət qədər əsaslar vardır. Ona görə də, həmin işə Gəncə Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən baxılması yol verilməz olduğuna görə , etirazımız qəbul olunaraq iş başqa apellyasiya məhkəməsinə verilməsi üçün , Ali Məhkəməyə göndərilməlidir.
Birincisi, onu qeyd edirik ki, Gəncə Apellyasiya Məhkəməsində yuxarıda qeyd etdiyimiz kimi həmin mübahisəyə müxtəlif vaxtlarda əvvələr baxılarkən , birmənalı olaraq hər dəfə Məmmədov Elşad Cəmil oğlunun (saxtalaşdırılmış sənəd alan) mövqeyi müdafiə edilmiş, onun haqsız tələblərini müdafiə edən qanunsuz qərarlar çıxarılmışdır. Əvvəlki məhkəmə proseslərində bir dəfə də , olsun Elşad Məmmədovun əleyhinə qərar çıxarılmamışdır.
Ona görə Gəncə Apelyasiya Məhkəməsinin həmin qərar və qətnamələrini qanunsuz hesab edirik ki, demək olar ki, Gəncə Apellyasiya Məhkəməsinin Elşad Məmmədovun xeyrinə çıxardığı qərarların hamısı (üç dəfə) Ali Məhkəmə tərəfindən qanunsuz hesab edilərək ləğv edilmişdir.
İkincisi, onu qeyd edirik ki, 2013-cü ildən başlamış eyni mübahisəyə artıq Gəncə Apellyasiya Məhkəməsinin demək olar ki, bütün hakimləri tərəfindən baxılmış və onlar artıq mövqeylərini bildirmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, bu mövqeylərin hamısı Elşad Məmmədovun mənafeinə uyğun olmaqla, bizə qarşı çox qərəzli mövqe olmuş və həmin mövqe əsasında qəbul edilmiş qərarlar yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir.
Üçüncüsü, onu qeyd edirik ki, hazırki iş üzrə də, Gəncə Apelyasiya Məhkəməsinin mövqeyi artıq məlumdur. Belə ki, həmin işə Göygöl Rayon məhkəməsində 2010-cu ildə baxılıb, qəbul edilmiş qətnaməsi qanuni qüvvə almasına baxmayaraq, qətnamə qəbul edilən vaxt da, həmin işə heç bir aidiyyətı olmayan, 3 ildən sonra, yəni 2013- cü ildə saxtalaşdırılmış sənədlər əsasında tam mübahisəli torpaq sahəsini alıb, tikilmiş evləri sökdürəcəyi hədəsi ilə pul qazanmaq istəyən bir (Elşad Məmmədov )şəxsi, heç bir məntiqi əsas olmadan , hüquq və vəzifələrinə toxunan şəxs kimi qəbul edib, 8 ildən (həmin dövrdə) sonra verilən şikayəti icraata götürən Gəncə Apellyasiya Məhkəməsinin mövqeyinin obyektivlikdən və qərəzsizlikdən uzaq olduğunu fikirləşmək sadəlövlük idi.
Bundan əlavə Gəncə Apelyasiya məhkəməsi 8 ildən(həmin zamanadək) sonra Göygöl Rayon məhkəməsinin qanuni qətnaməsini ləğv etməkdə maraqlı olduğunu əvvəlcədən biruzə vermişdir. Belə ki, dayandırma qərarında həmin mübahisə üzrə başqa bir iddianın iddiaya baxılıb yekun qərar çıxarılanadək, dayandırılması qeyd edilsə də, həmin mübahisəyə Ali Məhkəmədə baxılıb qiymət verilməsini gözləmədən, Ali Məhkəmə proseslərinin gedişatı mərhələsində, 2 ildən (həmin vaxtdı) sonra icraatın heç bir əsas olmadan təzələnib, baxışa təyin edilməsi hazırki iş üzrə obyektiv və qərəzsiz baxılıb, qərar qəbul ediləcəyinə ciddi şübhələr yaradır.
Bütün bu məsələlərdən aydın olur ki, Gəncə Apellyasiya Məhkəməsinin sabiq sədri Tapdıq Mahmudov qanunlara hörmət qoymadan , çox gobud şəkildə qarşı tərəfə müəyyən” maraq” çərçivəsində himayədarlığını davam etdirirdi.
Göygöl rayonu Quşqara Bələdiyyəsi cavabdeh Şərifov Faiq Şərif oğluna və 3-cü şəxs Göygöl Torpaq Şöbəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək “Torpağın Mülkiyyət Hüququna dair‚ JN-0497‚ kod 50806018 nömrəli Dövlət Aktına əsaən Şərifov Faiq Şərif oğlunun mülkiyyətində olan 1.31 ha torpaq sahəsinin 0.51 ha hisəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi” və cavabdeh Şərifov Faiq Şərif oğlunun mülkiyyətində Göygöl rayonunun Quşqara Bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54 “a” nömrəli qərarına əsasən alqı-satqı yolu ilə satılmış 0.80 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Göygöl Rayon Məhkəməsi‚ məhkəmənin icraatında Göygöl rayonu Quşqara Bələdiyyəsinin cavabdeh Mirqədirova Leyla İbrahim qızına qarşı JN-0491 nömrəli Dövlət Aktının qismən etibarsız hesab edilməsi üzrə mülki iş olduğundan‚ həmin işlər Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən 2(066)-358/2010 nömrə altında birləşdirilmişdir.
Göygöl Rayon Məhkəməsinin (hakim E.Həsənova) 29 oktyabr 2010-cu il tarixli‚ 2(066)-358/2010 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş‚ cavabdehlər Mirqədirova Leyla İbrahim qızının adına verilmiş torpağa mülkiyyət hüququna dair 07.04.2006-cı il tarixli JN-0491 Dövlət Aktı 0.72 ha torpaq sahəsi üzrə‚ Şərifov Faiq Şərif oğlunun adına verilmiş Torpağa Mülkiyyət Hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 nömrəli Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət edilmişdir.
Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli‚ 2(066)-358/2010 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan Məmmədov Elşad Cəmil oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir.
Göygöl Rayon Məhkəməsi Məmmədov Elşad Cəmil oğlunun‚ həmin iş üzrə tərəf və maraqlarına toxunan şəxs olmadığına görə‚ eyni zamanda onun həmin qətnaməni mübahisələndirmək hüququ olmadığına görə apelyasiya şikayətini geri qaytarmışdır.
Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.07.2018-ci il (qərar qəbul ediləndən 8 il sonra ) qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 01.06.2018-ci il və 02.07.2018-ci il tarixli 2(066)-359/2018 saylı qərardadları ləğv edilmiş‚ Məmmədov Elşad Cəmil oğlunun Göygöl Rayon Məhkəməsinin 29.10.2010-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti‚ hüquq və vəzifələrinə toxunan şəxs qismində icraata qəbul edilmişdir.
Bundan sonra biz Gəncə Apelyasiya Məhkəməsinin bütün hakimlərinə etiraz etmişik.Ali Məhkəmənin 01 dekabr 2020-ci il tarixli qərarı ilə etiraz təmin edilmiş və iş baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.
Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-410/2021 nömrəli 02 fevral 2021-ci il tarixli, qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş‚ Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli‚ 2(066)-358/2010 nömrəli qətnaməsi qismən‚ yəni “Şərifov Faiq Şərif oğlunun adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair‚ 25.04.2006-cı il tarixli‚ JN-0497‚ Kod 50806018 nömrəli Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və cavabdeh Şərifov Faiq Şərif oğluna münasibətdə iş üzrə icraata xitam verilmişdi
Tərəflərə (o cümlədən‚ hüquqlarına toxunulan şəxslərə) hazırki mübahisənin həlli bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək‚ həll olunmadığı təqdirdə mübahisənin həlli üçün məhkəmənin aidiyyatı üzrə‚ Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur.
Hesab edirik ki‚ məhkəmənin həmin qərardadı maddi və prossesual hüquq normalarının düzgün tədbiq edilməməsi ilə çıxarıldığından‚ aşağıdaki əsaslara görə ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün, yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməlidir.
Birincisi biz onu qeyd edirik ki‚ Gəncə Apelyasiya Məhkəməsi 8 ildən sonra Elşad Məmmədovun‚ guya hüquqlarına toxunan şəxs kimi qəbul edib‚ onun şikayətini icraata götürməklə‚ tam qanunsuz və əsassız olmasına qərardad çıxarmasına baxmayaraq‚ qərardaddan Ali Məhkəməyə şikayət verilməsi nəzərdə tutulmadığı üçün‚ həmin qanunsuzluq açıq qalmışdır.
Biz apelyasiya şikayətinə etirazımız da‚ Gəncə Apelyasiya Məhkəməsinin həmin qərardadının qanunsuzluğu ilə bağlı qeyd etmişik ki‚ məhkəmə istinad etdiyi MPM-nın 357.1 və 357.2 maddələrini düzgün tətbiq etməmiş və düzgün təsfir etməmişdir.Belə ki‚ həmin işə Göygöl Rayon Məhkəməsində 2010-cu ildə baxılıb‚ qəbul edilmiş qətnamə proses iştirakçıları tərəfindən mübahisələndirilməyib qanuni qüvvəsini almasına baxmayaraq‚ qətnamə qəbul edilən vaxtda‚ həmin işə heç bir aiddiyyəti olmayan‚ 3 ildən sonra‚ yəni 2013-cü ildə saxtalaşdırılmış sənədlər əsasında tam mübahisəli torpaq sahəsini alıb‚ tikilmiş evləri sökdürəcəyi hədəsi ilə pul qazanmaq istəyən bir şəxsi‚ heç bir məntiqi əsas olmadan‚ hüquq və vəzifələrinə toxunan şəxs kimi qəbul etmək qanunsuzluqdur.MPM-nın 357.2 maddəsinin tələbi və məntiqi ilə hər hansı bir mülki mübahisəyə baxılarkən‚ qəbul edilmiş qətnamə həmin vaxtı‚ hüquq və vəzifələrinə toxunan və işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarını nəzərdə tutur.Mübahisə edilməz fakt odur ki‚ 2010-cu ildə mübahisəyə baxılarkən və qətnamə qəbul edilərkən‚ Elşad Məmmədov adlı şəxsin həmin mübahisə ilə bağlı hüquq və vəzifələri olmadığı üçün‚ o‚ işə cəlb edilməmişdir.Yuxarıda da qeyd etdik ki‚ 2010-cu ildə mübahisəyə baxılarkən‚ həbsdə olmasına baxmayaraq Şərifov Faiq Şərif oğlu cavabdeh qismində işə cəlb edilmişdir.Həbsdən çıxdıqdan sonra‚ Faiq Şərifov həmin qətnamədən apelyasiya şikayəti vermək hüququ olduğu halda bunu etməmiş‚ məqsədli olaraq Elşad Məmmədovla danışıb razılığa gələrək artıq üstündə tikili evlər olan‚ torpağı saxtalaşdırılmış sənədlər əsasında Elşad Məmmədova satmışdır.
Şəki Apellyasiya Məhkəməsi qərardadında daha bir qanunsuzluq edib göstərmişdir ki‚ guya Elşad Məmmədovun uzun illər əvvəl qəbul edilmiş qətnamədən‚ buraxılmış prosessual müddətin uzadılmasına dair ərizə verməsinə ehtiyac yoxdur.Çünki‚ guya o‚ məhkəmənin həmin qətnaməsinin mövcudluğundan xəbər tutan kimi‚ dərhal apelyasiya şikayəti vermişdir.Bildiririk ki‚ Elşad Məmmədovun Göygöl rayon Məhkəməsinin həmin qətnaməsindən artıq neçə ildir ki xəbəri vardır.Çünki‚ onun iştirak etdiyi əvvəlki məhkəmə proseslərində qəbul edilmiş qətnamə və qərarlarda Göygöl Rayon Məhkəməsinin həmin qətnaməsinə də‚ istinad edilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin Kollegiyası Göygöl Rayon Məhkəməsinin qətnaməsini ləğv edib‚ icraata xitam verərkən gəldiyi nəticə ondan ibarət olmuşdur ki‚ iş üzrə mübahisə predmeti Şərifov Faiq Şərif oğlunun adına verilmiş Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı olduğuna görə‚ və həmin akt müvafiq inzibati orqan tərəfindən verildiyinə görə‚ aktın mübahisələndirilməsi ümumi məhkəməyə deyil‚ inzibati məhkəmələrin səlahiyyətinə aiddir.Mülki Prosessual Məcəllənin 217.2 maddəsinin tələbinə əsasən‚ iş hazırda apelyasiya məhkəməsində baxılarkən qüvvədə olan prosessual hüquq normalarının tələbinə əsasən‚ həmin işə inzibati icraat qaydasında baxılmalıdır.Bu səbəbdən də apelyasiya kollegiyası işin icraatına xitam verərək bizə‚ inzibati icraat haqqında qanunun tələbləri əsasında müraciət etmək hüququmuzu izah etmişdir.
Şəki Apellyasiya Məhkəməsinin Kollegiyası gəldiyi həmin nəticəni qanunsuz hesab edirik.Biz apelyasiya şikayətinə etirazımızda da göstərmişik ki‚ həmin dəlil‚ müzakirə mövzusu ola bilməz.Çünki‚ həmin mübahisəyə Göygöl Rayon Məhkəməsində 2010-cu ilin avqust-oktyabr aylarında baxılarkən Azərbaycanda İnzibati-İqtisad Məhkəmələri fəaliyyət göstərməmiş‚ həmin məhkəmələrin fəaliyyəti 2011-ci ildən başlamışdır.
Bütün bu qoyduğumuz məsələlər əsasında Ali Məhkəmənin Mülki Kollegiyasında hakim Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi ilə 27 may 2021-ci il tarixdə qərar qəbul edilərək İddiaçı Göygöl Rayon Quşqara Bələdiyyəsi və bizlər tərəfində verilmiş kassasiya şikayəti təmin edildi.
Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (107)-410/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qərardadı ləğv edildi və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərildi.
İş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra, hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlu tərkibdə 2 dəfə məhkəmə qarşı tərəfin gəlməməsi ilə əlaqədar təxirə salınmaqla 27 oktyabr 2021-ci il tarixində məhkəmə qət etdi ki, hüquq və vəzifələrinə toxunan şəxs Məmmədov Elşad Cəmil oğlu (qarşı tərəf) tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilsin, Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli , 2 (066)-358/2010 nömrəli qətnaməsi ləğv edilsin . Sözün əsl mənasında biz başa düşmədik ki, hakimlər kollegiyası nəyi nəzərdə tutaraq 11 ildən sonra bu hakimləri və Şəki Apellyasiya Məhkəməsinin sədri Quliyev Nuru Nadir oğluna teleqrama vuraraq məhkəmə prosesinin gedişatında (bu işə baxılanda 2-ci dəfə təxirə salınan zaman) təhqiramiz sözlər yazan qarşı tərəf olan Elşad Məmmədovun hansı haqq işinə görə onun xeyrinə həll olundu. Həmin dövrdə Elşad Məmmədov yazmışdı ki, Nicat İsmayılovun nümayəndəsi Məhərrəm İsmayılov məhkəməyə baxan hakimləri və Şəki Apellyasiya məhkəməsinin sədri Nuru Quliyevi pulla alıbdır. Belə teleqramaların sayını 2-ci proses zamanı hakim (sədrlik edən) Ələddin Məcidov özü qeyd etdi ki, 5 dəfə gəlib. Biz indidə, anlamırıq ki, hans “faklar və maraqlar” əsasında qarşı tərəfə qarşı belə canfəşanlıq edilir. İşin içərisində yuxarıda qeyd elədiyimiz ekspertiza rəyləri , reyestr xidmətinin verdiyi rəsmi arayışlar və s. bir daha sübut edir ki, bizlərə qarşı 9 ilə yaxın müddətdə davam edən əsassız təzyiqlərin başında müəyyən “maraqlar” əsasında duran hakimlər(dəmir əllər) olub və bunlar indidə var.
Bir məsələ bizim üçün daha təcüblüdür .Məhkəmələrdə olduğumuz müddətdə bir daha özümüz üçün müəyyən etdik ki, məhkəmə sədrlərinin müdaxiləsi olmadan hakimlər sərbəst qərar qəbul edə bilmirlər.
Qeyd etməliyik ki, Şəki Apellyasiya Məhkəməsinə hal-hazırda sədrlik edən Nuru Quliyev əvvəlcə Gəncə Apellyasiya Məhkəməsinin sabiq sədri Tapdıq Mahmudovun işlədiyi dövrdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, sonra sədr müavini olub, belə çıxır ki, Tapdıq Mahmudovun bizə qarşı yönələn “işlərini” müəyyən maraqlar daxilində indi də, Nuru müəllim davam etdirir .
Bunu danılmaz faktla (Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsi əsasında (iş №-2(066)-358/2010) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213.216-220.222.227.230-cu maddələrini rəhbər tutularaq , məhkəmə Şərifov Faiq Şərif oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız
hesab edilməsi qətnaməsini) sübut edə bilərik ki, baxılan bu işin indi ləğv edilməsi bir daha sübut etdi ki, qeyd etdiyimiz məhkəmə qərarı Gəncə Apellyasiya Məhkəməsində 6 il əvvəldən müzakirə predmenti olmasına baxmayaraq , bizim işlərə baxılan zaman birdəfə də olsun bu faktda əsaslanıb bizim xeyrimizə qərar qəbul edilməyib.
Qeyd etməliyəm ki, biz elə başa düşürük ki, 11 il öncə Göygöl rayon məhkəməsinin ləğv etdiyi saxta sənədi Şəki Apellyasiya Məhkəməsində 2 dəfə baxılmasına baxmayaraq 1-ci dəfə ləğv edilməsi İnzibati İqtisadi Məhkəmə adı ilə (2010-cu ildə İnzibati İqtisadi Məhkəmənin fəaliyyəti olmamışdır, 2011-ci ildən başlamışdır) 2 -ci dəfə hakim Ələddin Məcidovun rəhbərliyi altında heç bir əsas olmadan 11 ildən sonra saxta torpaq sənədinin ləğvini legallaşdırılmasını biz belə başa düşür ki, Azərbaycan məhkəmə prosesində anti -rekordur və Ginesin rekordlar kitabına salınmalıdır.
Bizdə belə bir sual yaranır . 9 ilə yaxın müddətdə bizə qarşı şər böhtan ataraq ikinci dəfə saxtalaşdırılmış sənədlə qarşı tərəf nə etmək istədikləri bizlərə məlumdur . Onlar nəyin bahasına olur olsun bizdən yüksək miqdarda pul tələb edir . Bu işdə bizə verilən məlumata görə Elşad Məmmədov və onların həvədarlarına Ali Məhkəmənin Mülki Kollegiyasında vəzifə tutan (etika xətrinə hələlik adını çəkmək isdəmirik ) şəxs dayanır. Belə çıxır ki, “Bu dəmir əl ” qarşı tərəfin saxtakarlığını müdafiə edəcək. Biz buna inanmırıq.
Biz Cənab Prezdentimizə və Allahımıza inanırıq. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı, Zati-aliləri Cənab İlham Əliyevin müdrük siyasəti və qətiyətli iradəsi sayəsində Dəmir yumruq saxtakarlara qarşı qəti şəkildə yönələcək .
Hörmətli Prezident ,
Sizdən israrla xahiş edirik bizləri və yaxud bizlərdən bir nəfərimizi qəbul edəsiniz. Sizlərə deyiləsi məktubda yaza bilmədiyimiz çox sözümüz var . Sizə minnətdarlığımızı bildiririk.

Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk.
Vaxdınızı aldığımız üçün üzr istəyirik.
Qoşma: Sənədlərin surətlərip
Şəxsiyyətinizə dərin hörmətlə ,
İsmayılov Nicat Məhərrəm oğlu –məcburi köçkün(şəxsiyyət vəsiqəsinin №-si14460890) nümayəndəsi İsmayılov Məhərrəm Musa oğlu (şəxsiyyət vəsiqəsinin №-si 09339029) Gəncə şəhəri, Turgenev küçəsi ev 22, Azərbaycan Respublikasının Əməkdar müəllimi
tel: 050 -324 -77 -15
Babayeva Rəsmiyyə Vaqif qızı – özüm və həyat yoldaşım II qrup əlil ( şəxsiyyət vəsiqəsinin №-si 07987267) tel: 050- 371- 54 -43
İsgəndərova Qətibə Cumalı qızı - təqaüdçü ( həyat yoldaşı rəhmətə gedib) ( şəxsiyyət vəsiqəsinin №-si 05380687)
Quliyev Əli Nuru oğlu -təqaüdçü ( şəxsiyyət vəsiqəsinin №-si 05910621)

08.12.2021-ci il
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...