ASTARA TƏHSİL MÜDİRİ RƏŞAD HƏSƏNOV HƏBS OLUNUB?
Bolge
Oxunub: 299
13 dek 2021 | 22:50
ASTARA TƏHSİL MÜDİRİ RƏŞAD HƏSƏNOV HƏBS OLUNUB?


Astara rayonundan şok effekti doğuran xəbərlər gəlməkdədir. Belə ki, ölkədə ən bərbad təhsil müdirlərindən biri kimi tanınan və haqqında ciddi rüşvət və maxinasiya iddiaaları olan Rəşad Həsənovun dekabrın 10-da dövlət qurumu tərəfindən saxlanılması xəbəri yayılıbdır. Verilən məlumatda, Həsənovun səhər saatlarında işə gələrkən qandallanaraq maşına oturdulub aparıldığı deyilir.

Məsələni dəqiqləşdirmək üçün gün ərzində RTŞ-yə edilən zənglərin cavabsız qalması şübhələri artırdı. Görəsən, 110 minlik bir rayonun təhsil idarəsi gün ərzində fəaliyyətini niyə dondurub, yaxud dondurmayıbsa, nədən gizlənilir?

Doğrudur, media orqanlarından birinin yaydığı məlumatda qeyd olunurdu ki, məsələ barədə təhsil müdirinin məsləhətçisi olan Elçin Mirzəzadə ilə əlaqə saxlanılıb və o, həbs xəbərini inkar edib. Amma, bu, hələ göstərici sayıla bilməzdi. Çünki, əgər belə bir şey yoxdursa, Təhsil idarəsi niyə çıxıb, rayonda yayılan bu şok xəbəri inkar etmir və məsələyə açıqlama gətirmir?

Olay ilə bağlı rayon ziyalılarının nümayəndəsi, təhsil eksperti Zaur Hüseynovun fikirlərini aldıq. O, yayılan xəbərin doğru olduğunu və birbaşa Təhsil şöbəsindəki qaynaqları tərəfindən təsdiqləndiyini bildirdi.

Qeyd edək ki, Həsənovun tezliklə işdən çıxarılacağını rayon ziyalıları bir müddət idi ki, gözləyirdilər. Ehtimal olunurdu ki, icra hakimi Qəzənfər Ağayev özünün sadiq “qulu” olan Həsənovu, son zamanlardakı dramatik kompromatlardan sonra “qurban verib”, “bəlanı” önləyəcək.

Hər halda, sentyabr ayında “Təhsil Araşdırmalar Mərkəzi” tərəfindən mediaya təqdim olunan və cəmiyyətdə şok effekti doğuran “Rüşvət alma” sujetindən sonra, İctimai Televiziya da məsələyə əl qoymuş və Astara təhsili barədə 7 dəqiqəlik tənqidi sujet hazırlamışdı. Hansı ki, İTV-nin birbaşa Prezident Adminstrasiyasına bağlı olduğunu nəzərə alanda, bu, Astara Təhsil müdiri və İcra hakiminin, ölkə rəhbərliyi tərəfindən “topun ağzına qoyulduğu” təəssüratı yaratmışdı.

P.S. Doğrudur, xəbər yayılandan sonra Həsənovun adını daşıyan feysbuk profilindən paylaşım edilsə də, bu, hələki heç nəyi göstərmir, çünki paylaşımı başqası da edə bilər.

Məsələylə bağlı araşdırmamız davam edir.
İTV-nin Astara təhsilinin dəhşətli vəziyyəti barədə sentyabrda yayınladığı 7 dəqiqəlik sujeti təqdim edirik:

Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı