İsmayıllının Kalvacay ərazisində misli görünməmiş QƏTLİAM - Bu cinayəti KİMLƏR TÖRƏDİB?! - FOTO+VİDEO - Bu cinayəti KİMLƏR TÖRƏDİB?! - FOTO+VİDEO
Bolge
Oxunub: 1 029
11 dek 2021 | 13:46
İsmayıllının Kalvacay ərazisində misli görünməmiş QƏTLİAM - Bu cinayəti KİMLƏR TÖRƏDİB?! - FOTO+VİDEO - Bu cinayəti KİMLƏR TÖRƏDİB?! - FOTO+VİDEO


Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir.

Kecən yazımızda xəbər verilmişdik ki, Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan Əsədov Adil Əsəd oglu redaksiyamıza bildirirdi ki, Şamaxı rayonunun Dədə-günəş meşəbəyliyinin 2 saylı meşə dolayının 6 və 7-ci kvartalları, ona bitişik meşə ərazisi əsil soyqırıma məruz qalıb. Həmin ərazidən 300 kub odun cıxarılıb. Dədə-günəş meşəsinin 9 saylı meşə dolayısının 0.50 hektar böyütmə bagı və 35 hektar meyvə bagında olmuş 2500 dəmir borudan cəmi 30-u qalıb. Bütün bu materiallar idarə rəisinin və sahə rəsi Xanmusanın həyətlərinə daşınıb.

Şikayətci həmcinin qeyd edirdi ki, meşəbəyi Şakir Bəşirovdan 14 min manat 300 kub "odun pulu"nu idarə rəisi Əfqan Qəribov alıb və 2 saylı meşə dolayının 6-7-ci kvartalları, ona bitişik ərazi soyqırıma məruz qalıb. Bu azmış kimi sahə rəisi Xanmusa da əlavə olaraq 600 manat alıb. Üstəlik Ekologiya işçisi İdraka da 700 manat verən Şakir öz ərizəsini yazaraq işdən çıxıb. Bu qanunsuzluq barədə o, Nazirliyə və Korrupsiyaya Qarşı Mübarizə idarəsinə yazılı izahat verib və bu cirkli işlərin başında məhz Departament rəhbəri Namiq Xıdırov və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədovun dayandıgıni bildirib. Həmcinin Namiq Xıdırov Əfqan Qəribovun müavini Kamil adlı şəxsin və Xanmusanın iştirakı ilə Qarabağa kömək adıyla sahibkarlardan adambaşına 500-dən 2500 manat arası pul yığaraq mənimsəmişdir.

Şikayətci 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədovun Əfqan Qəribov ilə bir yerdə işlədiyini, yaxın dost olduglarını, Əfqan Qəribovun bütün qanunsuz işlərini Akif Məmmədovun ört-basdır etdiyini vurgulayırdı.

Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan Əsədov Adil Əsəd oglu Qaynarxett.az-a yenidən müraciət edərək 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədovun qol qoydugu yeni faktlar barədə məlumat vermişdir.

Şikayətci bildirir ki, Akif Məmmədov rəis təyin olunduqdan çox keçməmiş Oğuzda meşə gözətçisi işləyən qardaşı Valeh Məmmədovu sahə rəisi təyin etdirib. Valeh Məmmədovu bölgədə hamı yaxşı tanıyır. O, burada hec kimi saymır, necə deyərlər at oynadır. Onun meşələrdən oğurluq yolu ilə odun daşıyan maşınlarının qarşısını kim kəsə bilər? Bir kəsilmiş ağacın diametrini hesablaya bilməyən bu adama qardaşı böyük bir ərazini həvalə edib, sahə rəisi təyin etdirib. Hazırda İsmayıllıda, Oğuzda və ətraf rayonlarda Məmmədov qardaşlarının ondan çox taxta-şalban və qapı-pəncərə sexi var. Hələ onlara aylıq haqq verən cox sayda gizlin fəaliyyət göstərən sexlərin sayı məlum deyil. Bu sexlərin harada yerləşiyini, kimlər işlətdiyini, qanunsuz yolla kömür, torpaq daşıyanları dögru-dürrüst hər ay haqq yıgıb Akif müəllimə catdıran Rauf və Ramazan adlı şəxslər bilirlər. Xatırladaq ki, 1 maşın materialın dəyəri təxminən 6 min manatdır. Akif müəllim gözdən pərdə asmaq ücün 30 maşından 1-nə cərimə yazır və cəriməni də özü ödəyir.

"Yadınızdadırsa kecən ilin iyul ayında İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Valeh Məmmədovun tabeliyində olan Qalınçaq kəndinin ərazisində yerləşən meşə sahəsində narkotik plantasiyası aşkar edilmişdi. Əraziyə baxış zamanı oradan ümumilikdə 2457 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdü. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən AR CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi də başlamışdı. Nə oldu sonu?!"

Şikaətci bildirir ki, ən dəhşətli cinayət Kalvacay ərazisində yerləşən meşə ərazisində baş verir. Belə ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov "Evrascon” şirkəti ilə əlbir olaraq burada əsl meşə qətlimı həyata keciriblər:

"Təxminən ilyarım olar ki, Muganlı - İsmayıllı yolu cəkilir. Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması istiqamətində işlər davam edir. Bu cox yaxşı. Ancaq yolun Kalvacay ərazisində nə baş verib. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov "Evrascon” şirkəti ilə birgə qəribə bir "yenilik" kəşf ediblər. Belə ki, yol tikintisində istifadə edilən torpaq tikinti ərazisinə maşınlarla daşınıb gətirilməli oldugu halda onlar dag yüksəkliyindən torpaq materialını sürüşdürmək yolu ilə əraziyə gətiriblər. Nəticədə eni təxminən 3 klometr meşə zolagı torpaq axıtması zamanı məhv olub. Təxminən müftə 750 min pul qazanmaq eşqi onları sevindirsə də, təbiətə baha başa gəlib, əsl meşə soyqımı yaşanıb. Cənab nazir, bu meşə qətliamının bədəlini Akif Məmmədovdan sorgulayan tapılacaqmı?!

R.S

Şikayətci Adil Əsədovun redaksiyamıza təqdim etdiyi digər faktları dəqiqləşdirdən sonra dərc edəcəyik. Bizi izləyin!

BİA.AZ



İsmayıllının Kalvacay ərazisində misli görünməmiş QƏTLİAM - Bu cinayəti KİMLƏR TÖRƏDİB?! - FOTO+VİDEO - Bu cinayəti KİMLƏR TÖRƏDİB?! - FOTO+VİDEO
İsmayıllının Kalvacay ərazisində misli görünməmiş QƏTLİAM - Bu cinayəti KİMLƏR TÖRƏDİB?! - FOTO+VİDEO - Bu cinayəti KİMLƏR TÖRƏDİB?! - FOTO+VİDEO
Bu gün, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Bu gün, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür