Nizami RİH baxımsız həyəti şəhid parkına çevirməyə maliyyə tapmır?
Bolge
Oxunub: 494
7 dek 2021 | 20:47
Nizami RİH baxımsız həyəti şəhid parkına çevirməyə maliyyə tapmır?


Vətən savaşı şəhidi Oqtay Baxşəli oğlu Ağabəyovun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti , 67 -75 saylı və Bəhruz Nuriyev , 2-12 saylı binaların sakinləri dövlətin və hökumətin 1-ci şəxslərinə, Bakı şəhəri icra hakimiyyəti və Nizami rayon icra hakimiyyətinin rəhbərliyinə kollektiv müraciət edib məhəllədəki baxımsız həyətin şəhidin adına park kimi abadlaşdırılmasını diləyiblər. Sakinlərin diləyi ali orqanlardan Nizami RİH -ə göndərilsə də, hələ də icra hakimiyyətinin baş(çı)sız başbilənləri şəhid adının əbədiləşdirilməsinə tələsmir. “Tənbəlliyin” əsası kimi maliyyənin olmadığını şəhid anasına bildirən icra hakimiyyəti yetkililəri, deyəsən, həyətin abadlaşdırılmasına sərəncam verilməsinə maliyyə tələb olunmamasından xəbərsizdirlər.

BŞİH başçısı Aparatının ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əhmədov 12.11.2021-ci tarixli cavabla sakinlərin kollektiv müraciətlərinin Nizami icra hakimiyyətinə 2 dəfə zəruri tədbirlərin görülməsi üçün göndərildiyini bildirib. Beş günə bir ay tamam olacağına baxmayaraq, hələ də rayon icra hakimiyyəti yuxarı orqanın göndərişinə “çəm-xəm” eləyir. Sakinlər isə şəhidin adının əbədiləşdirilməsi və həyətin abadlaşdırılmasına nail olmaq üçün İDEA Ətraf mühitin mühafizəsi İctimai Birliyinin sədri, Heydər Əliyev fondunun vitse-prezidenti, xanım Leyla Əliyevaya müraciət etmək fikrindədirlər. Keçmiş başçı Arif Qasımovun rayon ərazisində İDEA-nın təşəbbüsü ilə abadlaşdırılan parkı “bərbadlaşdırmasına” görə görəvindən alınması rayon rəhbərliyinə görk olmayıb, deyəsən. Yoxsa, məhəllə sakinlərinin özlərinin şəhid adına salacaqları parka nə maliyyə gərəkir ki? ! Yəqin , bu həyəti də , Qarabağ qazisinə Xətai məhkəməsinin 2 qətnaməsi ilə 150 ay qabaq verilən Bəhruz Nuriyev -10-dakı qeyri-yaşayış sahəsini məhkəmə qərarından 2 il sonra rayon sakini olmayan 14 yaşlı uşağa(?-M.B. ) satdıqları kimi, kiməsə satıblar. Maliyyə çətinliyi də aldıqları “avansı” qaytara bilməmələrindən qaynaqlanır.

44 günlük Vətən savaşının igid oğlu Oqtay Baxşəli oğlu isə yaşadığı Babək prospekti, 73 saylı binanın birotaqlı mənzilindən boylanır görüşünə gələnlərə. Bir çağlar oylaq etdikləri həyətin abadlaşdırılması şəhidin özünün də ürəyincə və adına layiq olar.

Məğrur Bədəlsoy
Teref.az

Nizami RİH baxımsız həyəti şəhid parkına çevirməyə maliyyə tapmır?
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür