"Millət ac qalsa da olar, təki məmur tox olsun"... - VİDEO
Bolge / Video
Oxunub: 326
3 dek 2021 | 12:08
"Millət ac qalsa da olar, təki məmur tox olsun"... - VİDEO



Tanıdığım savadlı, peşəkar bir həkim deyirdi: - "Sağalmayan xəstəlik yoxdur". Doktor bu ifadəni işlədərkən, yəqin ölkəmizdə çox məmurların, istər dövlət idarələrində çalışan, istərsə də özəl şirkətlərdə, müəssisələrdə çalışan səlahiyyətli şəxslərin yoluxduğu bir xəstəliyi unutdu.

"Rüşvətxorluq".

Əslində bunu həm də pis vərdiş də adlandırmaq olar.

Bəli, nə yazıq ki, sıravi vətəndaşların işinin düşdüyü çox səlahiyyət sahibləri bu pis vərdişin artıq aludəçisinə çevriliblər. Elə bu səbəbdən də nə ölkə başçısının xəbərdarlıqları, nə də həbslər onları bu vərdişlərindən çəkindirə bilmir.

Əlacı yalnız təmiz vicdan olan bu xəstəlik zatən vicdanlı insanlara yoluxmur da. Vicdanının bəlli qiyməti olan səlahiyyət sahibləri onların vicdanını nəğd satın alan vətəndaşlara qarşı son dərəcə "diqqətli və mülayim" olurlar. Hissə-hissə ödəniş etmək istəyən, yaxud "səxavət" uman vətəndaşlara qarşı isə olduqca sərt aqressiya nümayiş etdirirlər.

Nə yazıq ki, sözügedən "xəstəliyə yoluxmuş" nümayəndələr demək olar, ölkənin hər yerində fəaliyyət göstərən bütün idarələrdə var. Eləcə də Yardımlı rayonunda.

Onu da qeyd edək ki, əslində sözügedən "xəstəliyin daşıyıcıları" hamısı biri-biriylə əlaqəli, biri birindən asılı olur.

Məsələn, indi sizə bir vətəndaşın narazı olduğu məlumatı təqdim edəcəyik, sonunun hara gedib çıxdığını özünüz də görəcəksiniz.

Belə ki, Yardımlı rayon, Separadi kənd sakini Rövşən Dadaşov "DogruXeber.az" informasiya agentliyinə müraciət edib.

Vətəndaş müraciətində bildirir: - "5 azyaşlı övladım var. Heç yerdən gəlirim yoxdur. Ailəmin dolanışığını təmin edə bilmirəm. Ünvanlı sosial yardım almaq üçün dəfələrlə sənədlər, arayışlar toplayıb təqdim etmişəm, imtina gəlib. Axırda məndən rüşvət istədilər ki, onun müqabilində ünvanlı sosial yardım düzəltməkdə kömək etsinlər. Mən də vermədim. Çünki, onsuz da imkanım yoxdur. Camaatın uşağı məktəbə "sapoçqi" ilə gedir, mənim uşaqlarım rezin qaloşla. Yoldaşları onlara gülür buna görə. Çox xahiş edirəm aidiyyəti qurumlardan. Komissiya göndərilsin, gəlib mənim şəraitimi, yaşayışımı görsünlər. Əgər mənə ünvanlı sosial yardım düşürsə, versinlər. Düşmürsə, niyə rüşvət istəyirlər, onu izah etsinlər.
Yardımlı rayonunda özbaşınalıq, rüşvətxorluq baş alıb gedir."


Qeyd: Yeri gəlmişkən Yardımlı rayon Təhsil şöbəsində, həmçinin Mərkəzi rayon Xəstəxanasında nələr baş verir, bu barədə növbəti yayımlarımızda məlumat verəcəyik.

Gördüyünüz kimi Yardımlı rayon, Separadi kənd sakini Rövşən Dadaşovun də hamı kimi, narazılığı Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Yardımlı rayon şöbəsindəndir. Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən. Hansı ki, ölkə əhalisinin bəlkə də 99% -ni narazı salan, xalqa problem yaratmaqdan başqa bir işə yaramayan bu qurumun rəhbəri bütün bunlara baxmayaraq, hələ də "nazir" vəzifəsini icra etməkdə, daha doğrusu o adı daşımaqda davam edir.

Əslində, bizim "nazir tutduğu vəzifədən azad edilsin" - deyə bir tələbimiz yoxdur. Ancaq, əgər cənab Sahil Babayev (eləcə də digər məmurlar) bu vəzifəni qəbul edibsə, zəhmət çəkib o vəzifənin tələblərini də yerinə yetirməlidir.

Əslində, ölkənin demək olar ki, hər yerində Rövşən Dadaşov kimi acınacaqlı durumda olan ailələr var və təəssüflər olsun ki, çoxdur. Lakin, elə Rövşənin özünün də vurğuladığı kimi onlara ünvanlı sosial yardım, yaxud həqiqi əlilliyi olan şəxslərə pensiya verilməsi müqabilində, onlardan fantastik məbləğdə rüşvət tələb olunur. İmkanı olan o məbləği verib, işini düzəltdirir, Rövşən kimi imkansızlara isə, yalnız oturub onların haqqını yeyənləri və yedizdirənləri izləmək qalır.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına, eləcə də digər sosial medialara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barəsində kifayət qədər vətəndaş müraciətləri daxil olur. Hansı ki, onlar media vasitəsilə ölkə başçısına müraciət edirlər.

Bəlkə, ölkə başçısı onların səslərini belə eşidər, mövcud problemləri aradan qaldırar deyə, bir ümiddir media vasitələri. Bu da ölkə adına, aidiyyəti qurumlar adına utanclıqan və acı gülüşdən başqa heç bir şey qazandırmır.

Əksinə, şəxsi adlarına da, qurum adına da, ölkə adına da başıaşağılıq gətirir.

Xalq susduqca hüquqları daha da tapdanır, haqqları yeyilir, danışdıqda düşmən eşidir. Yəni, hər iki halda olan xalqa olur. Heç bir halda, heç bir reaksiya sözügedən səlahiyyətli şəxslərin qüruruna toxunmur.
Əsas odur cibləri doludur.

Allah hər dövrün şairi Mirzə Ələkbər Sabirə rəhmət eləsin.
Deyir: "Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!"

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...