Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Bolge
Oxunub: 506
2 dek 2021 | 17:46
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO


Ölkə rəhbərinin ayrı-ayrı vaxtlarda imzaladığı sərəncamlar əsasında, Bakı şəhərinin rayonlarına təyin olunan bəzi icra başçılarının qol qoyduqları qanunsuzluq əməlləri, daim geniş ictimaiyyətin müzakirə etdiyi əsas mövzulardan biri olur. Buna baxmayaraq icra başçısı vəzifəsini daşıyan həmin şəxslər ya açıq şəkildə, ya da ki, gizlincə qarşılarına qoyduqları məqsədlərini “çin etmək” üçün minbir hoqqalardan çıxırlar. Belə bir səbəblər üzündəndir ki, paytaxt Bakı şəhərinin ərazilərində olmazın qanunsuzluqların baş verməsinin canlı şəkildə şahidi olmaq mümkün olur. Qeyd edək ki, paytaxtın əraziləri içərisində daha böyük qanunsuzluqların, özbaşınalıqların tüğyan etdiyi rayonlardan biri, bəlkə də lap birincisi Nəsimi rayonudur. Çünki, Asif Əsgərov bu rayona icra başçısı təyin olunduğu ilk günlərdən rayonun küçə və döngələrində, bir qədər boş olan ərazilərində satmadığı torpaq sahələri qalmadı. Əksər yaşılıqlar məhv olundu, həmin yerlərdə villalar, hündür mərtəbəli yaşayış evləri və s. inşa olundu. Bir sözlə, Asif Əsgərov Nəsimi rayonunun bir qədər boş olan ərazilərinə, yaşılıqlarına qarşı “qatillik etdi”. Nyus.az-ın əldə etdiyi məlumatlara görə, indi isə bu şəxs dövlət qurumlarına məxsus binalara “əl gəzdirmək”lə məşğul olur və belə işlərdə bacanağı Zaur adlı şəxs ona “qara kassir”lik edir. Məsələn, redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, bir müddət bundan öncə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev-52 ünvanında yerləşən, Nəsimi MKTB-nin 33 saylı mənzil-kommunal istismar sahəsinə məxsus ərazinin bir hissəsi satılıb və həmin yerdə iki mərtəbəli tikilinin inşaası həyata keçirilib. Çatdırılan məlumatlarda o da bildirilir ki, inşaası həyata keçirilmiş yeni tikilinin ümumi sahəsi 150 kvm-dən çox olsa da, həmin tikiliyə yalnız 15 kvm-lik rəsmi sənəd əldə etmək mümkün olur. Belə bir səbəbdən də, bu tikilidə inşaat işləri hələ ki, dayandırılıb. Başqa bir məlumata görə, 33 saylı mənzil-kommunal istismar sahəsinə aid ərazinin satışa çıxarılmasında və “jirnı müştəri”nin tapılmasında, adı çəkilən bu dövlət qurumunda rəis vəzifəsini daşıyan 67 yaşlı Əliyev Mirnazir Miryusif oğlu adlı şəxsin xüsusi rolu olur. Elə ki, bu məsələ ilə bağlı ona sual verib cavab əldə etmək istədik, o halda o, “Müəllim, biz kimik ki, yer sataq, pul qazanaq. Rayonun icra başçısı var, bu işlər daim onun nəzarəti altında olur. Yəni, biz nə yer sata bilərik, nə də ki, başqa işlərlə məşğul ola bilərik. Yaxşı olar ki, mənim dediklərimi özünüz yaxşı başa düşəsiniz”. Belə bir cavablardan sonra ortaya maraqlı və düşündürücü sual da çıxır. Görəsən 67 yaş həddinə çatmış (Allah ömür versin) Mirnazir Əliyevin, uzun illər ərzində oturduğu “kreslo”sundan hələ də “bərk-bərk yapışması”na səbəb nədir? Məgər, bu şəxsi əvəzləyəcək gənc, savadlı, enerjili kadrmı yoxdur? Yoxsa, həmin “kreslo”nu daşımaq 33 saylı mənzil-kommunal istismar sahəsinin rəisi vəzifəsini daşıyan Mirnazim adlı şəxsin adına rəsmləşdirilib? Bəlkə də ola bilər?

Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfael Mehralıyevin də, belə bir əməllərdə xüsusi marağı, əldə edəcəyi hansısa məbləğdə gəlirləri var. Əgər bu belə olmasa o halda o, Nəsimi RİH-nin başçısı Asif Əsgərovu və Nəsimi MKTB-nin 33 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Mirnazir Əliyevi, birbaşa özünəməxsus “Domokl qılıncı” ilə cəzalandırıb, hər iki şəxsi yerlərində oturtmağı bacarardı. Deməli, Rəfael Mehralıyev 33 saylı mənzil-kommunal istismar sahəsinə məxsus ərazinin bir hissəsi satışa çıxarılmasında maraqlı olub ki, tərəflər belə bir əmələ qol qoymağı bacarıblar.

Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO


Nyus.Az-a çatdırılan başqa bir ilginc məlumatlarda o da bildirilir ki, Asif Əsgərov Bakı şəhərinin Səbail rayonunda icra başçısı vəzifəsini daşıyarkən o, bu rayonun Xəqani küçəsi-105A ünvanında “EDELSS” adlı gözəllik salonu alır. Amma, həmin salonu öz adına rəsmiləşdirməkdən “vaz keçir”. Qeyd edək ki, Asif Əsgərov əksər qohum-əqrəbalarına qarşı olduqca diqqətcil olduğundan, alicənablıq nümayiş etdirdiyindən o, aldığı həmin salonu yaxın qohumunun işlətməsinə qərar verir. Bu da onu təsdiq edir ki, Nəsimi RİH-nə rəhbərlik edən bu şəxs, rayon ərazisində yaşayan hər kəsə eyni gözlə baxmır. Yəni, Asif Əsgərov tam əksəriyyətə uzaq məsafədən mikraskopla baxsa da, özününkülərə yaxın məsafədən açıq gözlə baxmağı bacarır.

Araşdırmamız davam edir, mövzuya qayıdacağıq.

Nyus.Az

Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Bakıda üç vəzifə sahibi 33 saylı “JEK”ə qarşı “terror ediblər”- İLGİNC FAKTLAR - FOTO
Bu gün, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Bu gün, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Bu gün, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Bu gün, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Bu gün, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...