Mingəçevir şəhər icra hakimiyyətindən Azərinfo.az saytının bölgə müxbiri Mübariz Nağıyevin ünvanına məktub daxil olub
Bolge
Oxunub: 1 019
27 noy 2021 | 01:34
Mingəçevir şəhər icra hakimiyyətindən Azərinfo.az saytının bölgə müxbiri Mübariz Nağıyevin ünvanına məktub daxil olub



Mingəçevir şəhər icra hakimiyyətindən Azərinfo.az saytının bölgə müxbiri Mübariz Nağıyevin ünvanına məktub daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik.

Azərinfo.az saytının bölgə müxbiri Mübariz müəllimə

Məlumat üçün bildiririk ki, Mingəçevir şəhərindən 1-ci Qarabağ müharibəsində 322, aprel döyüşləri zamanı 4,vətən müharibəsi zamanı 52 şəhid olmuşdur. Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların adlarının əbədiləşdirilməsi şəhər icra hakimiyyətinin sərəncamı ilə həyata keçirilmişdir. Dörd milli qəhrəmanın, dörd "Azərbaycan bayrağı"ordenli şəhidin, 5 nəfər 1-ci Qarabağ müharibəsi şəhidinin, 4 aprel şəhidinin adına küçə verilmişdir. 12 orta məktəbin,1şəhər stadionunun, 1 mədəniyyət evinin, 1 parkın, 1 peşə məktəbinin və 1 sürücülük məktəbinin adları şəhid adları ilə əbədiləşdirilmişdir. Bundan əlavə 1-ci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların adlarına 113 şəhid bulağı tikilmişdir. Vətən müharibəsində şəhid olan 52 şəhiddən 29 nəfərin adına şəhid bulağı tikilmiş, 26 nəfərə xatirə lövhəsi qoyulmuşdur. Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların adlarına şəhid bulağının tikilməsi və xatirə lövhəsi qoyulması barədə müraciətlər davam edir və bu müraciətlərə müsbət münasibət bildirilir.
Mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Şəhid ailələri və qazilərə həmişə diqqət və qayğı göstərilir, onların müraciətləri zamanı şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən qəbul olunur və lazım gəldikdə şəhər İcra Hakimiyyəti başçısının qəbuluna aparılır və onlara müvafiq köməkliklər göstərilir.
Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin dəfni təşkil edilmiş, şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına onların qəbirlərinin üstü götürülmüş, ətrafı abadlaşdırılmış, bundan əlavə şəhərdə qeydiyyatda olan 50 şəhidin hər birinin ailəsinə 1000 (min)manat vəsait köməklik edilmişdir.
Şəhər icra hakimiyyətinin büdcədənkənar vəsaiti hesabına müstəqillik günü və 31 dekabr həmrəylik günü ilə əlaqədar birinci Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 200 manat, eyni zamanda vətən müharibəsində həlak olan şəhid ailələrinə və 43 nəfər qazilərə isə yeni il bayramı ilə əlaqədar 200 manat vəsait ödənilmişdir. Bununla bərabər 2 şəhid anası Həsənova Nəhayətin və ağır yaralı olan qazilərdən Quliyev İlqarın və Muradov Orxanın yaşadıqları mənzilə istilik sistemi çəkilmişdir. Milli qəhrəman Malik Əsədovun qızının evi təmir edilmiş, Qarabağ müharibəsi əlili İlham Məmmədovun evinə istilik sistemi çəkilmişdir. Şəhid ailəsi Orucov Əmirin evində təmir işləri aparılmış, qazi Tural Seyfullayevin yaşadığı yataqxanada ona hamam otağı düzəldilmişdir. Dövlət və milli bayramları ərəfəsində vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailələrinə ərzaq yardımı edilmiş bəzi şirkətlərə isə həmin ailələrə ərzaq yardımı verilməsi üçün siyahı təqdim etmişdir. Bu il zəfər gününün ildönümü ilə bağlı 255 şəhid ailəsinə 212 nəfər birinci Qarabağ və vətən müharibəsi əlillərinə şəhər icra hakimiyyətinin sərəncamı İlə hər bir ailəyə 60 manat vəsait ödənilmişdir. Bu günə qədər 3 şəhid ailəsi üzvü uşaq bağçasında işlə təmin edilmiş, 9 nəfər, şəhər icra hakimiyyətinin tabeliyində olan qurumlarda işə götürülmüşdür. Ümumilikdə 16 nəfər şəhid ailəsi üzvü 9 nəfər vətən müharibəsi iştirakçısı işlə təmin edilmiş, 10 nəfər qazinin sənədləri 5+supermarketin yeni açılacaq filialında işə götürülməsi üçün market rəhbərliyinə təqdim edilmişdir. Gələcəkdə də bu kateqoriyadan olan insanların birinci növbədə işlə təmin edilməsi üçün tədbirlər həyata keçirilir.
Eyni zamanda müraciətlərinə uyğun olaraq vətən müharibəsində həlak olan şəhidlər, ailələri və əlillik dərəcəsi müəyyən edilmiş qazilərdən 42 nəfəri şəhər icra hakimiyyətində mənzil novbəliyinə götürülmüşdür.

Hörmətlə Mingəçevir şəhər icra hakimiyyəti
Başçısı aparatının Vətən
Müharibəsi iştirakçıları və
Şəhid ailələri ilə işin təşkili
Şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib