"Oğlu şərlənərək həbsə atılan ana ölkə rəhbərliyindən kömək istəyir" Sabunçu Rayon Polis İdarəsindən şikayət...
Bolge
Oxunub: 523
30 okt 2021 | 22:29
"Oğlu şərlənərək həbsə atılan ana ölkə rəhbərliyindən kömək istəyir"  Sabunçu Rayon Polis İdarəsindən şikayət...


Oğlunun şərlənərək həbs olunmasını qeyd edən Göyçay rayonu Şıxbəy kənd sakini Məcidova Pakizə Piri qızı mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə və hüquq mühafizə orqanlarına müarciət edir.

"Bu şikayətimdə yazıb bildirirəm ki, övladım Məcidov Orxan Eldar oğlu Sabunçu Rayon Polis İdarəsi tərəfindən şərlənərək həbsə atılıb.Hansı oğlum Orxanın heç bir cinayət törətmədiyini şərlənərək həbsə atılmasını təsdiq edən konkret və mötəbər subutlar var.Buna baxmayaraq Orxana ağır işgəncə verib törətmədiyi cinayəti zorla boynuna qoymaq istəyirlər.

Belə ki, oğlum Orxan Bakı şəhəri Sabunçu rayonunda yerləşən "İvanovka" adlı kafedə işləyirdi.Onunla həmin kafedə işləyən Xəlilova Aysel İsimxan qızının övladı Məryəm ora tez-tez gəlirdi.O anasının əxlaqsız hərəkətlərindən bezdiyi üçün oğlum Orxana deyib ki, rayona evinizə getsən mənidə özünlə apar əks halda mən bezmişəm körpüdən qatarın altına atıb özümü öldürəcəm. Oğlum Orxan vaksinasiya olmaq üçün Göyçaya evimizə gələndə Məryəm onunla məcburi şəkildə gəlib.Hətda Məriyəmin anası mənə zəng edib dedi ki, qızım Orxanla sizə gedib onları apar mollaya kəbinlərini kəsdir.Mən ondan Məryəmin yaşını soruşanda dedi ki, 8-ci sinifdə oxuyur 14 yaşının içindədir.Mən ona dedim ki, ay xanım sən dəlisən nəsən 14 yaşlı uşaqla kəbin kəsmək olmaz.Buna görə Məryəmin anası tez gedib Sabunçu Rayon Polis İdarəsinə şikayət edib deyib ki, Məcidov Orxan azyaşlı qızımı aparıb onun bakirəliyini pozub. Buna görə 03 oktyabr 2021-ci il tarixdə oğlumu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları gəlib həbs edib aparıb ona ağır dözülməz işgəncələr veriblər. Məqsədləri o olubki oğlum Orxan desin ki, azyaşlı Məryəmin bakirəliyini pozub.Oğlum etmədiyi cinayəti boynuna almayıb.Ekspert keçirilib və Məryəmin bakirə olması təsdiq olunub.Bundan sonra böhtanın keçə bilməyəcəyini görən polislər əxlaqsız Aysel Xəlilova ilə əlbir olub oğlum Orxanın azyaşlı Məryəmə qarşı əxlaqsız hərəkətlər etməsini qeyd ediblər.
Qeyd edim ki, azyaşlı Məryəm bizdə qaldığı müddətdə mənim yanımda olub mənimlə bir yerdə yatıb mən onu balam kimi 2 gün evimizdə saxlamışam.Əxlaqsız Aysel Xəlilovanın məqsədi azyaşlı qızı Məryəmi oğlum Orxana ərə vermək olmuş, mən buna qarşı çxdığım üçün övladımı şərləmişdir.

Hətda bizdə olduğu müddətdə azyaşlı Məryəm öz xətti ilə yazıb bildirmişdir ki, ailəmizdəki problemlərdən bezmişəm buna görə mən Sabunçu rayonunda yerləşən qırx pilləkən körpüsündən özümü atmaq istəyirdim buna görə Orxana zəng edib dedim ki, məni özünlə evinizə aparmasan intihar edəcəyəm, buna görə Orxan mənə söz verdi ki, səni ailəmin yanına aparacam.Mən özüm gəlmişəm Orxan mənə qarşı heç bir tərbiyəsizlik etməyib o mənə bacısı kimi yanaşıb münasibət göstərib.

Sabunçu RPİ-si həmin əlyazmanı subut kimi qəbul etmək istəmir. Məqsəd nəyi bahasına olur olsun oğlum Orxana qarşı qondarma ittihamı həyata keçirib onu məhkum etdirməkdir.
Qeyd edimn ki, Xəlilova Aysel İsimxan qızı əxlaqsızlıqla məşğul olur.Onu Sabunçu Rayon Polis İdarəsi açıq-aşkar himayə edir.
Ayselin məqsədi qızını oğlum Orxana ərə vermək olmuşdru ancaq mən buna qarşı çıxdığım üçün polislərlə əlbir olub oğlumu şərlədərək həbsə atdırmışdır.

"Oğlumun barəsində qanunsuz açılmış cinayət işi saxtakarlıqla istintaq edilir, ona ağır işgəncə veriblər".

Oğlum Orxan xəstəlikdən əziyyət çəkir.Buna görə o uzun illərdir ki, 2-ci qrup əlildir.Həyat yoldaşım onkoloji xəstədir, kiçik oğlumda əlildir.Bizim ailəyə qarşı edilən bu qanunsuzluq vəzifə cinayətidir.

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən Mehriban xanım Əliyevadan, Baş Prokuror cənab Kamran Əliyevdən və Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm şərlənərək həbsə atılmış oğlum Orxanın barəsində açılmış cinayət işinin istintaqının obyektiv aparılmasını təmin edib onun həbsdən azad olunmasına köməklik göstərəsiniz".

Yazıda adları qeyd edilən şəxslərində mövqeyini dərc etməyə hazırıq...

İnformasiya şöbəsi
kendtv.info

Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO