Şok görüntülər !!! Neftçalanın İcra başçısı maşınla adam vurdu...? - VİDEO
Bolge / Video
Oxunub: 644
28 okt 2021 | 00:53
Şok görüntülər !!! Neftçalanın İcra başçısı maşınla adam vurdu...? - VİDEO


DogruXeber.az: - Şənbə günü axşam saatlarında yerli sosial medialarda belə bir məlumat yayıldı ki, "Neftçalanın İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb".

Məlumatlarda bildirilir ki, o "idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

Baş verən hadisə ilə bağlı bir neçə mənbədən redaksiyamıza bildiriblər ki, başçı Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib."



Sözügedən hadisə barəsində məlumatlar bir gecədə çox sürətlə, demək olar bütün sosial medialarda yayımlandı. Lakin, "nə hikmətsə" həmin məlumatları paylaşan saytların bəziləri elə hadisənin səhəri günü nəyinki təkzib yayımladılar, hətta, "yalan məlumat" dərc edənləri qınadılar da. Bəziləri isə ümumiyyətlə xəbəri saytlarından sildilər.

"DogruXeber.az" informasiya agentliyi hər zamankı kimi obyektivliyi qoruyaraq, hadisə barəsində məlumatları dərc etmədən əvvəl dəqiqləşdirilməsi üçün kiçik bir araşdırma etdi.

Araşdırmalarımız zamanı etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə İcra başçısı Mirhəsən Seyidov şənbə günü axşam saatlarında Neftçala rayon Kürqarabucaq kənd sakini, kənddə "Alim" adı ilə tanınan, əsl adı isə Həsənov Vahid Nüsrət oğlu olan, yaşlı şəxsə idarə etdiyi "tayota Camry" markalı minik avtomobili ilə xəsarət yetirib. Həmçinin, zərərçəkmiş şəxsə məxsus, bir neçə xırdabuynuzlu heyvanlara da ağır xəsarət yetirib. Hətta, heyvanlardan bəziləri tələf olub.

Sakinlərin sözlərinə görə, İcra başçısı hadisəni törətdikdən sonra hadisə yerini tərk edib.

Onsuz da qəza hadisəsi törədib, bir neçə canlıya xəsarət yetirərək cinayət edən sürücü, hadisə yerini dərhal tərk etməklə daha bir qanun pozuntusuna “imza atıb”.

Kənd sakinləri tərəfindən hadisə yerinə polis və Təcili Tibbi yardım çağırılıb. Eləcə də hadisəni törədən avtomobilin dövlət nömrə nişanı da məhz sakinlər tərəfindən polisə bildirilib.

QEYD: Mənbə onu da bildirir ki, İcra başçısı Mirhəsən Seyidov Salyan şəhərində yaşayır.

Bundan əlavə aldığımız daha bir məlumatda bildirilir ki, xəsarət alan şəxsin özü və yaxınları baş vermiş hadisəni gizlətməkdə israrlıdırlar ki, bunun da müxtəlif səbəbləri ola bilər.

Həmçinin, artıq görüntülərin ələ düşməməsi üçün həmin ərazidəki yol nəzarət kameralarının qeydə aldığı görüntülərin "təmizlənməsi" prosesinə başlanıldığı da bildirilir.

P.S: Əldə etdiyimiz məlumatlar barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Neftçala rayon İcra Hakimiyyətinin internet səhifəsində qeyd edilən telefon nömrələri vasitəsilə İcra Hakimiyyətinin birinci müavini Şaiq Məmmədova zəng etdik. Lakin, təssüflər olsun ki, iş günü və iş saatı olmasına baxmayaraq zəngimizə cavab verən olmadı.

Daha sonra idarənin ümumi telefon nömrəsinə zəng etdik. Telefona cavab verən xanım müavinlərin şəhidin il mərasimində olduğunu bildirdi və bizim əlaqə nömrəmizi qeyd etdi ki, aidiyyəti şəxslər özləri sonra bizimlə əlaqə saxlayacaq.

Lakin, təəssüflə bildiririk ki, Neftçala rayon İcra Hakimiyyəti tərəfindən bizimlə əlaqə saxlayan olmadı.

Məlumatı dərc etmədən öncə dəqiqləşdirmək üçün ertəsi gün yenidən Neftçala rayon İcra Hakimiyyəti başçısının ikinci müavini Burcalı Ağayevin mobil telefonuna, cavab vermədiyi təqdirdə isə iş otağındakı telefon nömrəsinə zəng etdik. Burcalı müəllim də heç bir telefona cavab vermədi.

Bundan sonra biz İcra Hakimiyyətinin internet saytında yerləşdirilən əlaqə nömrəsi vasitəsilə ümumi şöbəyə zəng etdik. Dəstəyi qaldıran Nigar adlı xanım bizə cavab verdi ki: "bununla bağlı saytlarda təkzib verilib. Ona görə daha sizi "abratnı" yığmadım".

Görünür İcra Hakimiyyəti mətbuatın suallarından yayınmağa çalışır və bu da belə düşünməyə əsas verir ki, baş vermiş hadisə ilə bağlı yayılan məlumatlar doğrudur və sözügedən idarənin əməkdaşları da olayı ört-basdır etməyə çalışır.
Redaksiyamız hərkəsin söz haqqını tanıyır.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi