Zəngilan məhkəməsinini Gülsarə Kərimovna problemi... VİDEO
Bolge / Video
Oxunub: 701
21 okt 2021 | 17:24
Zəngilan məhkəməsinini Gülsarə Kərimovna problemi... VİDEO


Ağamirzə Məmmədov məndən 1 quzu rüşvət alaraq söz verdi ki, məhkəmədə sənə kömək edəcəm...

Gülsarə Kərimovna heç icra başçısını da saya salmır...
Dəfələrlə Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna, məhkəmənin baş məsləhətçisi Vüsalə Atakişiyeva, məhkəmə sədrinin köməkçisi Ağa Mahmudov, Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov barəsində yazaraq ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ali Məhkəmənin və Ədliyyə Nazirliyinin rəhbərliyinə baş verən qanunsuzluqlarla bağlı müraciət etmişik.
Qısaca məlumat üçün qeyd edək ki, Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna uzun müddət Türkmənistan Respublikasının vətəndaşı olub. Yəni əcnəbi ölkənin vətəndaşının Azərbaycanda məhkəmə sədri olması qanunlarımıza ziddir.
Digər tərəfdən Gülsarə Kərimovna dövlət dilimizi bilmədiyi üçün ciddi problemlər yaranır.
Məhkəmənin məsləhətçisi Vüsalə Atakişiyeva və Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov isə özlərinə sərf edən qətnamələri hazırlayıb məhkəmə sədrinə imzalatdırır və “bazarlıqlar”ını edirlər.
Bu işdə məhkəmə sədrinin köməkçisi Ağa Mahmudov da əlindən gələni edir.
Bu şəbəkənin əsas bizneslərindən biri də Zəngilan sakini olan ailələrin boşanma məsələsidir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi ailələri kağız üzərində-formal boşadıb məcburi köçkünlər üçün nəzərdə tutulan mənzilləri alırlar, dövləti külli miqdarda ziyana salırlar, özləri isə qazanırlar.
Yəni bu şəbəkə üçün ailələrin boşanması adi hal alıb. Bunlar üçün heç bir müqəddəs dəyər yoxdur.
Hətta bu şəbəkə o qədər boşanma məsələsinə maraq göstərir ki, bəzən ailələrin HƏQİQİ MƏNADA dağılması bunlar üçün heç bir əhəmiyyət kəsb eləmir.
Belə ailələrdən birinin sahibi, Zəngilan sakini Oqtay Məhərrəmov Gundelik-Bakıya müraciət edərək aşağıdakıları bildirib:
“Ailəmlə aramızda müəyyən narazılıq var idi. Amma mən öz ailəmdən boşanmaq istəmirdim.
Bir gün gözləmədiyim halda Zəngilan RİH-nin hüquq şöbəsinin müdiri Ağamirzə Məmmədov mənə zəng edərək görüşmək istədiyini bildirdi. Mən görüşün məqsədini soruşanda dedi ki, boşanma məsələsində sənə kömək etmək istəyirəm. Biz 20 yanvar metrosunun yaxınlığında, Onkologiya Xəstəxanasına yaxın kafelərin birində əyləşib söhbət elədik. Ağamirzə mənə dedi ki, biz uzaq qohumuq sənə kömək edəcəm. Mən soruşdum ki, sən mənə necə kömək edə bilərsən axı...
O mənə bildirdi ki, məhkəmənin sədri Gülsarə, işçisi Vüsalə mənə yaxın adamdır. Onlarla danışıb məsələni həll edəcəm. Mən soruşdum ki, mənim elə imkanlarım yoxdur, sənə borcum nə olacaq..:
Ağamirzə mənə cavab verdi ki, bu işlərlə 12 nəfər məşğul olur, sən onlara pul çatdıra bilməzsən, ona görə də mənə bir quzu alarsan, məsələ həll olunar. Sonra Ağamirzə bildirdi ki, işdən çıxmışam, acam bir şey təşkil elə. Mənim cibimdə 25 manat pul var idi. Yemək sifariş etdim. Bu "qarınqulu" yedi, üstündən də 1 dənə litrlik araq içdik, 97 manat etdi. Ağamirzə cibindən 1 manat da çıxarmadı. Məcbur qalıb dostumdan 72 manat borc aldım. Ağamirzənin zəhərinin pulunu ödədim. Bilmirəm, Zəngilan Rayonunun İcra Başçısının bundan xəbəri var?
Oqtay Məhərrəmov sonra müxbirimizə bilıdirib ki, biz Ağamirzə ilə iş vaxtı oturub yedik, hətta araq içdik, söhbət əsnasında Ağamirzə PA-da işləyən dostlarının adını çəkirdi. Zəngilan Rayon Hüquq Şöbəsinin müdiri Ağamirzə Məmmədov biraz "dəmləşəndən" sonra dedi ki, PA-da mühüm vəzifə daşıyan Süleyman İsmayılov mənim yaxın adamımdır, nə desəm onu edəcək. Elə bu hörmətli adamın adını eşidən kimi dedim bir dənə də araq gəlsin. Dostumdan pul alıb, yeyib-içməyin pulunu verəndən sonra Ağamirzənin məndən quzu istəməsi məsələsini həll etmək üçün bazardakı dostuma zəng edib 200 manat borc istədim. Dostum pulu gətirənə qədər böyük bir quzu kəsdirib hazırlatdırdım, sonra Ağamirzə müəllim oğluna zəng etdi və oğlu OPEL maşınla gəldi quzunu verdim apardılar. Burunlarından gəlsin, işimi düzəltmədilər. Məni ailəmlə ayırıb, uşaqlarımın üzünə həsrət qoydular. Ağamirzəni də uşaqlarının üzünə həsrət qalsın. Necəki qaldı. Dediyim kimi quzunu aldılar yedilər ancaq məhkəmədə məsələ həll olunmadı.
Belə ki, mən məhkəmə sədri Gülsarə Kərimovnadan çox xahiş etdim ki, bizim ailəmizə vaxt verin, bəlkə barışdıq, uşaqlarımız var. Gülsarə Kərimovna isə “ Kəs səsini..” deyərək mənə imkan vermədi.
Mən təkrar olaraq ondan xahiş etdim ki, mənə vaxt verin hörmətli icra başçısı ilə görüşüm problemlərimi deyim.
Gülsarə Kərimovna isə “İcra başçısı kimdir...məsələni mən həll edirəm” deyərək "ağzımdan vurdu". Bu adam insanlarla davranmağı bacarmır, bu adam üçün bizim milli dəyərlər heç nədir.
Və məhkəmənin qərarı ilə heç yerdə işləməyən mənə 340 manat aliment və üstəlik 100 manat xəstəlik pulu kəsildi.
Bax, beləcə həm ailəm dağıldı, həm də Ağamirzənin yalanları bəlli oldu.
Şikayətçi sonra bildirdi ki, Ağamirzə üçün ancaq qarnını otarmaq var, ondan-bundan alıb yeyir-içir, onun üçün qanun-zad yoxdur.
Şikayətçinin dediklərindən bəlli olur ki, bu şəxsin öz ailəsi ilə barışmaq imkanları var imiş, ancaq təəssüf ki, Ağamirzə kimi "dəllallar" buna imkan verməyib. Yəni Ağamirzənin qarnı bir ailənin dağılmasına səbəb olub.
Şikayətçi sonda Zəngilan RİH-nin başçısından xahiş edir ki, Ağamirzə kimi "qarınqulu" kadrları işdən uzaqlaşdırsın.
Şikayətçi həm də Ali Məhkəmənin sədrinə, Məhkəmə-Hüquq Şurasının rəhbərliyinə müraciət edərək Gülsarə Kərimovna kimi sədrin məhkəmə-hüquq sistemindən uzaqlaşdırılmasını tələb edir. Və qeyd edir ki, Gülsarə Kərimovna, Ağamirzə Məmmədov kimi məmurlar sakinləri dövlətdən narazı salır. Növbəti yazımızda Xədicə xanımın anasının diri kimi göstərilməsi, pandemiya dövründə yüzlərlə ailələrin boşanma qətnamələri, Vüsalə Atakişiyevanın Zəngilan Rayon Məhkəməsindəki qanunsuz işlərini ört-basdır etmək məqsədlilə işdən uzaqlaşmaq istəməsi barədə geniş yazı dərc edəcəyik. Bizi izləyin.gundelik baki.com

Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”