İsmayıllı sakini Prezidentə və birinci vitse prezidentə müraciət etdi! İcra məmuru bizi dövlətimizdən, şəxsən prezidentimizdən narazı salır VİDEO
Bolge
Oxunub: 539
20 okt 2021 | 02:16
İsmayıllı sakini Prezidentə və birinci vitse prezidentə müraciət etdi! İcra məmuru bizi dövlətimizdən, şəxsən prezidentimizdən narazı salır VİDEO



İsmayıllı sakini Natəvan Məmmədova bütün KİV vasitələrini onun problemini ictimailəşdirməyə çağırır.
Şikayətçi bildirir ki,1977 ci il təvəllüdlüdür və on üç il (13) əvvəl İsmayıllı rayonu Kürdmaşı kənd sakini Mikayılov Zahid Mikayıl oğlu ilə nigahdan kənar evlilikdən bir qızı dünyaya gəlib və hazırda övladı yeddi (7) yaşındadır.
Bir neçə il əvvəl həyat yoldaşım mənə şər ataraq bildirdi ki, uşaq ona məxsus deyil.Bu məsələ ilə bağlı mən məhkəmə qaydasında DNT analizi təyin etdirdim.Analiz uşağın Mikayılov Zahid Mikayıl oğluna məxsus olduğunu təsdiq etdi.Həyat yoldaşım açıqca bizdən imtina etdi.Məhkəmə aylıq 120 manat aliment ödənilməsi barədə qərar çıxardı.Bundan sonra qara günlərimiz başladı.Əvvəl bir neçə ay alimenti aldım, ancaq sonradan Zahid Mikayılov alimenti ödəməkdən imtina etdi.Onun bu hərəkətindən prezident administrasiyasına və bütün dövlət qurumlarına müraciət edərək kömək istəmişəm,onun cəzalandırılmasını tələb etmişəm.Ancaq sonda ədliyyə nazirliyi İsmayıllı icra və probasiya idarəsinin böyük icra məmuru Rahim Mustafayevin onu müdafiə etdiyinin şahidi olmuşam.



İsmayıllı ailə və uşaq problemlərinin həllinə dəstək təşkilatının sədri Lətifə Əliyevaya müraciət edərək mənə kömək etməsini,bu işdə təşəbbüs göstərməyini xahiş etmişəm.Ancaq Lətifə xanım da sonda Rahim Mustafayevin tərəfinə keçdi.
Rahim Mustafayev dəfələrlə məni ələ salıb,deyir ki,hara istəyirsən şikayət elə.Başa düşə bilmirəm ki,bu ölkədə qanun var ya yox? Rahim Mustafayevin keçmiş həyat yoldaşım ilə qaranlıq əlaqələri var və buna görə aliment ödənilməsi saxlanılıb.
Mən övladımı saxlaya bilmirəm, imkansızlıqdan bacımın evində qalıram.Belə ədalətsizlik olmaz axı.Rahim Mustafayev bizi dövlətimizdən,şəxsən prezidentimizdən narazı salır.Hərdən adam fikirləşir ki,yəni Doğurdanmı ölkədə qanunlar işləmir?Yəni prezident yalan danışır? Bütün bu qənaətlərə görə günahkar Rahim Mustafayevdir.
Zahid Mikayılov düzgün adam olsaydı qız övladını düşünərdi.Onun qeyrəti nə cür qəbul edir ki, övladının çörək puluna göz dikir.Ümumiyyətlə,niyə məhkəmənin qərarı icra olunmur?Bu necə ölkə,necə quruluşdur?Niyə Rahim Mustafayev kimi yarıtmaz məmurların fəaliyyəti yoxlanılmır.Niyə onlara bir dur deyən tapılmır?Niyə bizi yaşamaya qoymurlar?
Mən ədliyyə naziri Fikrət Məmmədov cənablarına səslənirəm.Bəs deyilmi bizləri əydiniz,hüquqlarımızı tapdaladınız,siz necə nazirsiniz ki,əməkdaşınız sizi saya salmır?Bəli, Fikrət Məmmədov açın qulaqlarınızı məni eşidin.Sizin sayənizdə ölkəmizdə hüquqlar ayaqlar altına atılıb.Utanmaq lazımdır.Bir köməksiz qadının üzərində işgəncə metodlarını tətbiq edərək hökmranlıq eşqınə düşmək mərd kişiyə yaraşmaz.Ancaq sizin əməkdaşınız dövlətin paqonları altında qanunsuz əməllərlə məşğul olur.Allah bunu belə qoymaz.
Mən dövlətimizin başçısı cənab İlham Əliyevdən, birinci vitse prezident Mehriban Əliyevadan xahiş edirəm, kömək istəyirəm.Məni çiyni paqonlu quldurlar əzir,hüquqlarımı pozur, azyaşlı övladımın ac qalmasına səbəb olurlar.Xahiş edirəm ki,övladıma çatası aliment pulunun ödənilməsini təmin edəsiniz və buna əngəllər törədənləri cəzalandırasınız.

Redaksiyadan:Biz də əlaqədar qurumları bu məsələ ətrafında ciddi və təcili tədbirlər həyata keçirməyə çağırırıq.Mövzunu diqqətdə saxlayacayıq.Videonu bəyənin paylaşın və kanalımıza abunə olmağı unutmayın.

KİV araşdırma qrupu.


İsmayıllı sakini Prezidentə və birinci vitse prezidentə müraciət etdi! İcra məmuru bizi dövlətimizdən, şəxsən prezidentimizdən narazı salır VİDEO
İsmayıllı sakini Prezidentə və birinci vitse prezidentə müraciət etdi! İcra məmuru bizi dövlətimizdən, şəxsən prezidentimizdən narazı salır VİDEO
İsmayıllı sakini Prezidentə və birinci vitse prezidentə müraciət etdi! İcra məmuru bizi dövlətimizdən, şəxsən prezidentimizdən narazı salır VİDEO
İsmayıllı sakini Prezidentə və birinci vitse prezidentə müraciət etdi! İcra məmuru bizi dövlətimizdən, şəxsən prezidentimizdən narazı salır VİDEO
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"