"Məni Şirvan Kommersiya Məhkəməsinə veriblər..." - GİLEY
Bolge
Oxunub: 512
15 okt 2021 | 21:48
"Məni Şirvan Kommersiya Məhkəməsinə veriblər..." - GİLEY


"Hörmətli redaksiya! Mən Ağcabədinin Hindarx qəsəbə sakini Qasımov Tofiq Əkbər oğlu 2019-cu ilin 10 may günündən çıxılmaz, çarəsiz işə düşmüşəm. Ailəmi dolandırmaq, maddi sıxıntıdan qurtarmaq üçün Aqroservisin Ağcabədi nümayəndəliyindən bir ədəd taxıl biçən kombayını müqavilə bağlayaraq götürmüşəm". DİA.AZ bildirir ki, bu barədə Ağcabədi rayon Hindarx qəsəbə sakini Qasımov Tafiq Əkbər oğlu şikayətində qeyd edir.

Daha sonra narazı vətəndaş yazır: "Kombaynı mayın 10-da götürəndə mənə dedilər ki, apar həyətində təmir elə, biçinə saz vəziyyətdə olsun, biz də təmirdə sənə pul və ehtiyat hissələrdə kömək edəcəyik. Heç bir köməklik olmadığı üçün sələmə pul götürərək, texnikanı gücüm çatan qədər təmir etdim. Onu da deyim ki, mənə dedilər ki, 6000 (altı min) manat pul ödəyəcəksən. Əvvəlcə 3100 manat ödəyəcəksən, biçinin sonunda isə 2900 manat ödəyəcəksən. Razılaşdım, 3100 manatı ödədim. 2019-cu ilin 4 iyununda arpa, buğda biçininə başladıq. 14 iyunda texnika dayandı. Texnikanın nasaz vəziyyətdə olması barədə akt tərtib olundu. Həmin 14 iyunda bağlanan aktın məndə sürəti var. O, aktda müəssisənin rəhbəri Zaur Məmmədov mühəndis-mexanik Verdiyev Əmir Dərgah oğlu və mən Qasımov Tofiq Əkbər oğlunun adları və imzası var. Xatırladım ki, kombayn dayanan zaman Verdiyev Əmir Dərgah oğlu Rusiyada vəfat etmiş və vətənə gətirmişdilər. Həmin aktda Verdiyev Əmirində imzası vardır. Daha bir saxtakarlıq faktını qeyd edim ki, kombayn 4 iyundan – 14 iyuna 10 gün müddətdə işlədiyi halda, onlar digər bir akt tərtib ediblər ki, texnika guya 27 iyunda dayanıb. O, aktda məndədir. Deməli fərqli 2 akt yazılıb. Dəhşətli fakt odur ki, bunlar mənə 3100 manatı ödətdirdikləri bir yana qalsın, 2900 manatı ödətdirmək istəyirlər. Belə yerdə atalar sözü yada düşür: Utanmasan oynamağa nə var ki.... bununla bağlı məni Şirvan Kommersiya Məhkəməsinə veriblər. Məhkəmə həmin pulun ödənməsi üçün əmr versə də, mənim şikayətim əsasında əmr ləğv olunub. 01 sentyabr 2021-ci ildə növbəti məhkəmə oldu. Aqroservisin nümayəndəsi bu faktların qarşısında aciz qalsa da məhkəmə mövbəti iclasını oktyabrın 21-nə təyin etmişdir. Hakim Elşən Abdullayevdir. Müəssisənin rəhbəri Zaur Məmmədov da həbs olunub. Yeni müdir Elgün Gəraylıya, müdir müavini Fariz Tağıyevə də dərdimi danışmışam. Mən savadsız, fəhlə bir adamam. Ailəmi dolandırmaq üçün götürdüyüm kombayn mənim başıma belə bir oyun gətirdi. Əslində kombayn yox, insanların başına oyun açan Aqroservisin Ağcabədi nümayəndəliyinin başabəla rəhbərləridir. Belə faktlar o müəssisədə çoxdur. İnanıram ki, mənim başıma gələn bu dözülməz olaylar mətbuat vasitəsilə işıqlandırılacaqdır".

Bu barədə iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"