Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Bolge
Oxunub: 658
7 okt 2021 | 01:29
Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT


"Göyçay rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Həyat Rezidence Constraction” MMC (VÖEN-3901561481) olub"

regionxeberleri.com xəbər verir ki, "Həyat Rezidence Constraction” MMC Göyçay rayon İcra Hakimiyyəti sifarişi əsasında Göyçay şəhərində yolların təmiri işlərini həyata keçirəcək.
Qeyd olunan işlərin həyata keçirilməsi üçün İcra Hakimiyyəti "Həyat Rezidence Constraction” MMC -yə 630 min 420 manat 90 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, "Həyat Rezidence Constraction” MMC 24.10.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 4 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonunun Təzəkənd kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əsgərov Murad Əli oğludur.
Nizamnamə kapitalı cəmi 4 manat olan və 630 min manatlıq tenderin qalibi olan şirkətlə bağlı açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil.

Adının yarısı Azərbaycan, yarısı ingilis dilində olan "Həyat Rezidence Constraction” MMC-yə məxsus yeganə məlumat “azhr-construction.com” saytının mövcud olmasıdır.
Maraqlıdır ki, şirkətin saytında indiyə kimi 36-dan çox layihə icra etdikləri bildirilsə də, heç bir layihə haqqında məlumat verilməyib. Ümumiyyətlə saytda şirkət barəsində bir-neçə cümləlik məlumatdan başqa heç bir informasiyaya rast gəlmək olmur. Hətta şirkətin saytında əlaqə telefonu belə mövcud deyil.
Onu da qeyd edək ki, "Həyat Rezidence Constraction” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 171 min 582 manat 79 qəpik borcunun olduğu bildirilir.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.

İnformasiya şöbəsi


Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Göyçay İcra Hakimiyyətindən növbəti saxtakarlıq:Telefonu olmayan şirkət 630 min manatlıq tenderdə qalib oldu – FOTOFAKT
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"