Göyçayda şam ağacları məhv edilir, bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır?! - CİNAYƏT
Bolge
Oxunub: 701
27 sen 2021 | 10:55
Göyçayda şam ağacları məhv edilir, bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır?! - CİNAYƏT



Göyçay rayonu, M.Hüseynzadə küçəsindəki yaşıllıq ərazidə qanunsuz tikinti işləri davam etdirilir.

15.09.2021-ci il tarixdə mətbuatda gedən şikayətdən sonra şam ağacının ətrafına çəkilən hasar sökülmüşdür.Lakin təəssüflər olsun ki, hazırda həmin yarımçıq qalmış qanunsuz tikilinin inşası davam etdirilir.Şam ağaclarının ortasında tikilən bu qeyri-yaşayış obyekti tədricən ağacların məhv olmasına səbəb olacaqdır. "Tikintiyə icazə aktı"nı verən Göyçay rayon İcra Hakimiyyətliyinin Memarlıq şöbəsidir.Arxitektur İntiqam Süleymanov bu qanunsuz əməlləri ilə böyük var dövlət əldə edib. Onun hər gün işə gəlib getdiyi bahalı avtomobili, hasarın hündürlüyündən içərisi görünməyən "Kremil Sarayı"na bənzər dəbdəbəli evi var. Bununla yanaşı xeyli mal-mülkünün olduğunu da bilirik.
Doğrusu yuxarıda qeyd etdiklərim arxitektur İntiqam Süleymanov barəsində olan sadəcə kiçik bir açıqlamadır. Görəsən Göyçayda təbiətə qənim kəsilən İntiqam Süleymanov və onun rəisi Mehdi Səlimzadə qanunsuz əməlləri kimə arxayın olaraq edir?
Ümid edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti onun haqqına daha geniş məlumatlar əldə edəcəklər və qanun çərçivəsində barəsində ciddi tədbir görüləcəkdir!
Redaksiyadan: Qeyd edək ki, Göyçay rayon icra hakimiyyəti başçısının arxitektura idarəsinin müdiri İntiqam Süleymanov öz şəxsi maraqlarını təmin etmək üçün bu addımı atıb.Eyni zamanda bu kimi addımları Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin idarəetmə metodu kimi də qəbul etmək olar.Adam dövlətin ona verdiyi görəvdən istifadə edərək var-dövlət sahibi olmaq istəyir.Ancaq digər tərəfdən bu proses rayon abadlaşdırma və təmir idarəsinin icazəsi və nəzarəti altında həyata keçirilməlidir.Yəqin ki,icra hakimiyyəti bütün orqanların səlahiyyətlərini mənimsəyib.Hər halda Göyçay rayon abadlaşdırma və təmir idarəsinin rəisi Şöhrət Cəfərov bu məsələdə məsuliyyət daşıyır.
Digər tərəfdən Ekologiya və təbii sərvətlər nazirliyinin 8 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin Mingəçevir regional idarəsi bu prosesin həyata keçirilməsi haqqında sərəncam verməli,yaxud icazə verməməlidir.Bəs həmin regional ekologiya idarəsi hara baxır,onun ərazidə kifayət qədər bu kimi işlərə nəzarət etməli olan inspektorları var.Görünən budur ki, Mingəçevir regional ekologiya və təbii sərvətlər idarəsinin fəaliyyəti sıfıra bərabərdir.Əgər belə deyilsə bu qədər şikayətlər nədir?Yəqin ki, Göyçay rayon Qarabaqqal kəndində yerləşən torpaq sahələrindən qanunsuz olaraq, rayon ərazisində yerləşən kərpic zavodlarına daşınan torpaq kütləsi barədə baş verənləri də heç kim unutmayıb.Bəli, regional ekologiya və təbii sərvətlər idarəsinin fəaliyyəti görünmür.Regional ekologiya və təbii sərvətlər idarəsini rayonlarında rüşvət almaq yollarından yararlanmaqla istənilən qanunsuzluğa yaşıl işıq yandırır.
Araşdırmalarımız davam edir.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Kendtv.info azinfo.tv


Göyçayda şam ağacları məhv edilir, bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır?! - CİNAYƏT
Göyçayda şam ağacları məhv edilir, bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır?! - CİNAYƏT
Göyçayda şam ağacları məhv edilir, bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır?! - CİNAYƏT
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR