Şükür Astanov barəsində inzibati protokol yazıldı və məcburi göstəriş verildi – O, nə vaxt məsuliyyətə cəlb olunacaq?
Bolge
Oxunub: 688
21 sen 2021 | 19:17
Şükür Astanov barəsində inzibati protokol yazıldı və məcburi göstəriş verildi – O, nə vaxt məsuliyyətə cəlb olunacaq?


Bir neçə ay əvvəl İmişli rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılmsı, həmin gölməçələrdən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilməsi, rayonun Ağamalı kənd ərazisində qış otlaq və əkinə yararlı torpaq sahələrində süni şəkildə yaradılmış 7 gölün ərtafının tikanlı məftillərlə və kollektor-drenaj kanallarla mühafizə olunmasından yazaraq, kənd təsərrüfatı ilə məşğul olan insanlar su qıtlığından gileyləndikləri halda, sözügedən göllərin su təhcizatı ilə necə təmin olunmasını sual kimi ortaya qoymuşduq.

Göllə bağlı araşdırmalarımızı bir qədər də genişləndirdikdə bəlli olmuşdu ki, süni şəkildə yaradılmış balıq gölünün sahib(i)lərindən (şərikləri) biri İmişli rayonunda “xeyriyyəçi” kimi tanınan, uzun illər “Azəravtoyol” ASC – nin 6 saylı Regional Yol İstismarı İdarəsinin müdiri işləmiş, necə deyərlər, hər şeyin yolu yolağasını yaxşı bilən Şükür Astanov və onun digər ortağı hazırda İmişli rayonunda Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovdur.

Apardığımız araşdırmalardan və etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara gòrə, süni yaradılmış göl kənd təsərrüfat təyinatlı (qış otlaq)torpaq sahəsində, heç bir lisenziya (icra hakimiyyətinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və ETSN-nin mûvafiq rəyi olmadan yaradılıb.

Bizim müraciətimiz əsasında ƏMDX-nin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, həmin göllər həqiqətən də Şükür Astanovun icarəsindədir və onun tərəfindən torpaqdan təyinatı üzrə istifadə qaydası pozulub. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə protokol tərtib olunaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə həmin torpaqların balanssaxlayıcısı olan İmişli Rayon İcra Hakimiyyətinə (RİH) göndərilib.

Şükür Astanov barəsində inzibati protokol yazıldı və məcburi göstəriş verildi – O, nə vaxt məsuliyyətə cəlb olunacaq?


Demək, RİH Şükür Astanovla icarə müqaviləsinə xitam verməli, onu təyinatdan kənar istifadə etdiyi torpağın əvvəlki vəziyyətinin bərpasına məcbur etmək üçün məsələ qaldırmalıdır. Lakin RİH-nin bu istiqamətdə gözlədiyimiz addımları ləngiyir, görülməli tədbirlər barədə 20 gündür göndərdiyimiz rəsmi müraciət də başçı tərəfindən hələ ki cavablandırılmayıb.
Şükür Astanov barəsində inzibati protokol yazıldı və məcburi göstəriş verildi – O, nə vaxt məsuliyyətə cəlb olunacaq?Şükür Astanov barəsində inzibati protokol yazıldı və məcburi göstəriş verildi – O, nə vaxt məsuliyyətə cəlb olunacaq?
Paradoksal hal budur ki, eyni zamanda bu müstəvidə araşdırma aparan ETSN – nin bizə ünvanladığı məktub ƏMDX-nin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. ETSN-nin Şirvan 3 saylı Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırmalara görə, guya ki həmin ərazi İmişli RİH başçısınıln sərəncamına əsasən su anbarı yaradılması məqsədilə “Orion – E” MMC-nin icarəsinə verilib və müəssisəyə gələcəkdə balıqçılıqla məşğul olması üçün müvafiq qurumdan icazə alması tövsiyə olunub.

Guya orda hər hansı balıqyetişdirmə fəaliyyəti olmayıb. ƏMDX-dən fərqli olaraq ETSN-nin strukturları Şükür Astanovun adını hallandırmağa xəsislik ediblər. Xatırladaq ki, firmanın faktiki sahibi Ş.Astanov olsa da, qabağa verilmiş proxy fiqur müəssisənin icraçı direktoru Qasımov Mürsəl adlı şəxsdir.

Qeyd etməyə dəyər ki, su anbarı heç də ayrı-ayrı sututarlar (dambalar) şəklində olmur. Bizə əvvəllər daxil olmuş məlumata görə 3 saylı Ekoloji təhlükəsizlik İdarəsinin mənsubları sözügedən balıq vətəgələrinin qanunsuz fəaliyyətinə göz yumurlar, yerli icra hakimiyyəti rəhbərliyi isə hətta tamahkar sahibkarları himayə edir. Son məktublaşmalarımızdan həmin məlumatın doğru olduğu qənaətinə gəlirik – bu qurumlar öz əvvəlki maraqlarını qoruyurlar. Başqa sözlə, quyruqlarını daim suda saxlayırlar ki, könülləri balıq istəyəndə yeyə bilsinlər.RealMedia.az
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı