Sabunçunun icra başçısı ilə bağlı İLGİNC İDDİA - Belə deyirlər...
Bolge
Oxunub: 737
17 sen 2021 | 20:23
Sabunçunun icra başçısı ilə bağlı İLGİNC İDDİA - Belə deyirlər...


Son zamanlar Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevin adı mətbuatın gündəmindən düşmür.

Adil Vəliyevlə bağlı məlumatlar və müraciətlər daxil olmaqdadır. İddia olunan məlumatların əksəriyyəti, Adil Vəliyev Sabunçu rayonuna Başçı təyin olunandan rayon ərazisini talan etmək ilə bağlı olsa da, bu məlumatların arasında daha çox diqqət çəkən Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yenidən qurulan, təxminən 2.3 hektar ərazisi olan Parkda obyekt yerinin satılmasında İcra Başçısının adının hallanması oldu. İddia olunan məlumatların nə dərəcədə həqiqətə uyğun olmasını araşdırmaq məqsədilə, ilk öncə yolumuzu Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə saldıq.

Qeyd edək ki, Qanunvericilikdə nəzərdə tutulmasa da, Sabunçu rayonunda çəkiliş və araşdırma aparmağımızla bağlı rəsmi yazılı məlumatı aidiyyatı dövlət təşkilatlarına, o cümlədən də Sabunçu rayon İcra hakimiyyətinə göndərmişik.

Belə ki, Bakı Gənclər Mərkəzinin yerləşdiyi Parkın ərazisinə daxil olduqda ilk gözə görünən, Parkda böyük biznes şəbəkəsinin fəaliyyət göstərdiyinin şahidi olursan. Parkda yerləşən Bakı Gənclər Mərkəzinin ətrafı açıq hava tipli restoran şəbəkəsini xatırladır. Aydındır ki, belə bir biznes bazasının Parklarda yerləşdirilməsi qanunsuzdur. İddiaya görə bu Parkda fəaliyyət göstərən pullu biznes məkanları Sabunçunun səlahiyyətli şəxsləri tərəfindən himayə edilir. Bəzilərinin obyekt yeri kimi icarəyə verildiyi iddia olunur. Bu məsələnin bir tərəfidir.

Məsələnin ən önəmli tərəfi həmin Parkda İcra Başçısı Adil Vəliyevin yaxın admalarının adına qeyri yaşayış sahəsi kimi müəyyən bir ərazini rəsmiləşdirməsinin iddia olunmasıdır. İddia olunur ki, hətta həmin sahənin rəsmi Çıxarışı belə mövcuddur. Həmin Çıxarış əsasında da rəsmiləşdirilən ərazinin hazırda satışa çıxarılması bildirilir.

Hazırda Parkın rəsmiləşdirilən və satışda olan faktiki Adil Vəliyevə məxsus olduğu iddia edilən hissəsində ŞAURMA 1 adlı açıq hava tipli restoran fəaliyyət göstərir.

Əlbətdə sözügedən məsələ ilə bağlı iddiaların Adil Vəliyevə nə dərəcədə aid olmasını, həmin Parkda həqiqətən də kimlərinsə adına rəsmi Çıxarışın olmasını və həmin ŞAURMA 1 adlı biznes sahəsinin yerləşdiyi iddia olunan qeyri yaşayış sahəsinin hazırda Çıxarış əsasında satışa çıxarılmasını təsdiqləmək səlahiyyəti kütləvi informasiya vasitələrinin hüquqlarına aid edilməmişdir.

Media və mətbuatın əsas vəzifəsi qərəzsiz və obyektiv araşdırma aparmaqla iddia olunan məlumatı ictimailəşdirmək və əldə olunan məlumatları araşdırmaq üçün aidiyyatı üzrə səlahiyyətli dövlət orqanlarına göndərməkdir. Biz də media olaraq Sabunçu rayonu ərazisində apardığımız araşdırmalarla bağlı bütün faktları, yayımladıqdan sonra Qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyatı üzrə göndərəcəyik.

Bakı Gənclər Mərkəzinin yerləşdiyi Parkda açıq havada biznes məkanlarının fəaliyyət göstərməsi açıq aydın görünür. Lakin İcra Başçısı Adil Vəliyevə aid iddia olunan məlumatın nə dərəcədə həqiqət olmasını araşdırmaq vəzifəsi səlahiyyətli orqanların üzərinə düşür.

Qeyd edək ki, Sabunçu rayonunun iddia olunan ərazilərində çəkiliş aparılarkan bir çox özbaşınalıqların və qanunsuz halların şahidi olduq. Növbəti yazımızda və Ümid Tv Azərbaycan kanalının xəbərlər proqramında xüsusi buraxılış olaraq bu rayonun ərazisində aparılan araşdırmalarla bağlı faktları oxucu və izləyicilərimizə təqdim edəcəyik.

İnanırıq ki, sayıtımızda dərc olunan və kanalımızda yayımlanan informasiyalar aidiyyatı qurumlar tərəfindən ciddi şəkildə araşdırılacaq və nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.

Onu da bildirək ki, iddia olunan məsələ ilə bağlı mövqey bildirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da rəsmi cavab ala bilmədik.

İddia olunan məsələ ilə bağlı qarşı tərəf rəsmi mövqeyini bildirərsə dərc etməyə hazırıq. (ÜmidTv Azərbaycan)

Ardı var....

GUNDEMXEBER.AZ
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib