Rüstəm Xəlilov Hacıqabulun DİZİNİ BÜKÜB... - İDDİA
Bolge
Oxunub: 450
13 sen 2021 | 13:11
Rüstəm Xəlilov Hacıqabulun DİZİNİ BÜKÜB... - İDDİA


2019-cu ilin dekabr ayının 4-də Dövlət Başçısının imzaladığı sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu təynata qədər R.Xəlilov 64 saylı Sabirabad seçki dairəsindən deputat olub. Atası Gülbaba Xəlilov uzun illər Sabirabad rayon Qaratəpə kəndində kolxoz sədri vəzifəsində işləyib. Həl.ə 2017-ci ildə yerli mediada xəbər yayıldı ki, Rüstəm Xəlilov atasına Sabirabad rayon Nizami kəndində bələdiyyə binasının önündə heykəl qoydurub. Xatırladaq ki, Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub. İlk baxışdan kimlər üçün dövlət binaları önündə heykəl qoyulur, hansı halda buna necə icazə verilir bu bəllidir.


Adətən dövlət qurumlarının binası önündə Ümumilli Liderin Heykəli ucaldılır. Bu dövlətimizin rəsmi protokol qaydasıdır. Lakin seçkili orqan olan yerli özünüidarəetmə qurumlarının binası önündə hansısa sovet dövründə əmək qəhrəmanı olanlara heykəl ucaltmaq izni yoxdur.
Uzun illərdən sonra "fəth edilən" Hacıqabul qalası -
Gundeminfo.az olaraq qeyd edək ki, 2017-ci ildə yerli mediada yayılan informasiyalarda bildirilirdi ki, Gulabba Xəlilovun heykəli elə yerdə ucaldılıb ki, heykəl Vətən uğrunda canından keçən şəhidlərimiz üçün ucaldılmış abidənin önünü kəsir.

Obyektivlik xatirinə qeyd edək ki, Rüstəm Xəlilov yerli mediada yayılan bu informasiyalara aydınlıq gətirən açıqlama da vermişdi. O zaman millət vəkili olan Cənab Xəlilov bildirmişdi ki, heykəl sovet dövründə ucaldılıb və onun ətrafının təmizlənməsinə heç kim məcbur edilmir.

Qayıdaq Rüstəm Xəlilovun deputat olduğu dönəmlərə. Yenə də yerli mediada yer alan informasiyalar bu günə qədər təkzib edilməyib.

İddialara əsasən Xəlilovlar camaatın pay torpaqlarını və bütün bələdiyyə torpaqlarını öz şəxsi torpaqları kimi işlədirlər. Sabirabadda Xəlilovlar ailəsinin əllərində yüz hektarlarla torpaq sahləri var. Bundan başqa Sabirabadın kasıb əhalisinin torpaqlarını uzun müddətli icarə və alıq satqı ilə min hektarlar ərazidə əldə edilər. Deputatın əldə etdiyi torpaq sahələrində heyvandarlıq təsərrüfatından tutmuş balıqçılıq nohurlarına qədər var.

Gundeminfo.az yerli mediaya istinadən yazır ki, hazırda Hacıqabul rayon icra hakimiyyətinin başçısı işləyən R.Xəlilovun yaxın qohumları böyük biznes imperiyası qura biliblər. Rüstəm Xəlilovun qardaşı oğlu Ağaşirin Xəlilov uzun illər Şirvan şəhər işıq idarəsində müdir işləyib və bir müddət əvvəl işdən çıxarılıb. Hazırda isə Şirvanda "Elit" restoranın sahibidir və oranı işlədir.

Başqa bir qardaşı da vaxt ilə Şirvan Elektrik şəbəkəsində müdir işləyib. Hazırda isə Hacıqabul rayonunda satış müdiri işləyir. Həmin idarənin müdiri də Rüstəm Xəlilovun qardaşı oğlu Mehman Xəlilovdur. O, Mehman Xəlilov ki, əmisinə güvəndiyindən, Hacıqabulda heç kəslə hesablaşmır.

Sabirabadda hər kəs bilir ki, Xəlilovların əlldə etdikləri bütün kapitala deputat Rüstəm Xəlilov şəxsn özü rəhbərlik edir.
Bundan əlavə, deputatın Bakıda, Şirvanda və bir neçə yerdə göz oxşayan villaları var.

Bəs o zaman Rüstəm Xəlilovun 2 ildir başçılıq etdiyi Hacıqabuldakı sosial-iqtisadi göstəricilər necədir? Rayonda məhz İcra Hakimiyyətinin təşəbbüsü ilə hansı nəaliyyətlər qazanılıb? Hacıqabul şəhərində abadlıq, təmir-tikinti işləri, məktəbəqədər təhsil müəssisələrində hansı yeniliklər edilib? Bütün bu suallara da elə son iki il üzrə rayon haqqında bir neçə mənbədən verilən rəsmi informasiyalara əsasən apardığımız araşdırmalar nəticəsini sizlərə təqdim edəcəyik. //Gundeminfo.az//
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”