Oğuzun icra başçısının müavini CƏZASIZMI QALACAQ? - ETİRAZ
Bolge
Oxunub: 547
10 sen 2021 | 14:55
Oğuzun icra başçısının müavini CƏZASIZMI QALACAQ? - ETİRAZ


Oğuz rayon icra başçısının müavini Etibar Yusifovun şəhidlərimizə və bayrağımıza qarşı hörmətsizliyi ictimaiyyətinin kəskin etirazına səbəb olub. Başçı müavini şəhid məzarları üzərindən təzə əklilləri və dövlət bayrağını götüzdürərək zibillik əraziyə tullatdırıb. Hadisə şəhidin atası tərəfindən videoya çəkilərək, sosial şəbəkələrdə yayılıb və ciddi rezonans doğurub. Hadisədən sonra şəhid ailələri İcra Hakimiyyəti önündə aksiya keçiriblər. İcra başçısı şəhid valideynləri ilə görüşsə də, bu qərarı verən şəxs - icra başçısının müavini Etibar Yusifov onların qarşısına çıxmayıb. İcra başçısı Eyvaz Qurbanov şəhid ailələrinə məsələnin həllinə dair söz verib.

Şəhid valideynləri isə Etibar Yusifovun vəzifədən azad olunmayana qədər mübarizə aparacaqlarını bildiriblər. Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov deyib ki, dövlət bayrağını və gerbini təhqir etmək cinayət xarakteri daşıyır. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, bayraq və gerbimizi hansısa formada təhqir etmək 1 ilədək azadlıqdan məhrum etmə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Vəkil qeyd edib ki, Oğuz rayonunda baş verən hadisə mənəvi cinayətdir: “Şəhid məzarından əklilin və dövlət bayrağının götürülməsi ilk növbədə mənəvi pozuntudur”.

Millət vəkili Fazil Mustafa da mətbuata açıqlamasında deyib ki, sağlam düşüncəli azərbaycanlı şəhid məzarından bayrağı götürüb zibilliyə atmaz: “Vətənini sevən insan belə addım atmamalıdır. Yaxşı ki, cəmiyyət və müvafiq qurumlar bu məsələyə dərhal reaksiya verib. Çox güman, bu addımı atan şəxs barəsində müvafiq ölçü götürüləcək. Bu, digərləri üçün də dərs olmalıdır ki, belə məsələlərdə həssaslığı itirməsinlər və xüsusi diqqətlə yanaşsınlar. Bütün hallarda şəhid ailələrinə həssaslılqla yanaşılmalıdır”.

BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov da “Şərq”ə açıqlamasında deyib ki, sosial şəbəkələrdə yayılan görüntülər hiddət doğurur. Analitikin fikrincə, bəhs edilən hərəkət heç bir ədəb və mənəvi normalara sığmayan haldır:

“Bu hadisə məsuliyyətsiz vəzifə sahiblərinin səriştəsizliyinin və səviyyəsizliyinin nəticəsidir. Şəhid anlayışı müqəddəsdir. Şəhidlərə hörmət hər birimizin, ələlxüsus vəzifəli şəxslərin borcudur. Belə hallar dəfələrlə təkrar olunur. Görünən odur ki, yerlərdəki idarəetmə sistemində bəzi kadrların mənəviyyatında ciddi problemlər var. Belə insanların yüksək vəzifələrə gətirilməsi ilk növbədə kadr siyasətinin düzgün aparılmamasıdır. Eyni zamanda kadr təyinatlarına nəzarətin olmamasıdır. İcra hakimiyyətləri ilə bağlı son dövrlər hüquq-mühafizə orqanları xeyli tədbir görüblər. Görünür, bu şəxslər öz hərəkətlərinin dövlətin və üzvü olduqları hakim partiyanın adına ləkə gətirdiyinin mahiyyətini dərk etmirlər. O cür adamlara qarşı ictimai qınaq çox sərt olmalıdır. Onlar dərhal vəzifədən uzaqlaşdırılmalı, heç bir kresloya yaxın buraxılmamalıdır”.

Partiya rəsmisi vurğulayıb ki, öz işi ilə xalq arasında hörmət qazanmış icra başçılarının, onların müavinlərinin fəaliyyəti nümunə göstərilməlidir:

“Məsələn, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun təcrübəsini digər rayonlarda da tətbiq etmək yerinə düşərdi. Hazırda Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında aparılan yenidənqurma işləri şəhidlərimizə və onların ailələrinə verilən qiymətin bariz nümunəsidir. Xiyaban şəhidlərimizin adına layiq şəkildə möhtəşəm şəkildə rekonstruksiya olunur. Şəhərin bütün imkanları inşa edilən kompleksin şəhidlərin adına layiq olması üçün səfərbər edilib. Gözəl işləri təqdir etməklə yanaşı, yanlış addımları da tənqid etmək ictimai nəzarətin əsas funksiyasıdır. Yaxşını da deyirik, pisi də. Kiməsə qarşı qərəzimiz yoxdur”.
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”