"Asif Hüseynovun bu məsələdən xəbəri varmı?" - İDDİA
Bolge
Oxunub: 351
7 sen 2021 | 20:24
"Asif Hüseynovun bu məsələdən xəbəri varmı?" - İDDİA


Şabran rayon İcra Hakimiyyəti iki tender elan edib. TİA.Az-ın xəbərinə görə, hər iki müsabiqədə eyni şirkət qalib gəlib.
Əvvəlcə yolların əsaslı təmiri üçün tenderdə iştirak edən “Şabran-D” MMC-yə 269 992.26 manat ayrılıb.
Ardınca, həmin şirkət abadlıq işlərinin satın alınması tenderində nə hikmətdirsə, yenə qalib olub.

Bu məqsədlə 299 958.83 manat nəzərdə tutulur. Deyəsən, icra başçısı Asif Hüseynovun “Şabran-D” MMC-dən xoşu gəlir.
“Şabran D” MMC-nin direktoru Bədəlov Cəlal Bayram oğludur. O, bundan öncəki başçıs Novruz Novruzova şikayət yazmışdı.
Onun sözlərinə görə, başçının birinci müavini Mehdi Balabəyov ondan 227 000 manat mənimsəyib. Çox maraqlıdır ki, indi də M.Balabəyov Şabran İH-də birinci müavin vəzifəsini tutur.
Görəsən, müavin tərəfindən pulu yeyilən şirktə rəhbərinin yenidən İH-in elan etdiyi tenderdə iştirak etməkdə niyyəti nə olub? Yeni icra başçısı Asif Hüseynovun bu məsələdən cəbəri varmı? Ümumiyyətlə, Şabranda əksər tenderləri bu şirkət udur.

Bu da maxinasiya və korrupsiya şübhələrinə böyük meydan açır. Üstəlik, şirkətin rəhbəri ilə müavin arasında 227 minlik qalmaqal olub.
Sitat: “Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderindən iştiraka razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq 227.000 (iki yüz iyirmi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb pulları geri istədim. Mehdi Balabəyov çox get-gəldən sonra 5 nəfərin iştirakı ilə məndən aldığı puldan 50.000 (əlli min) manatı qaytardı və yenə də gözləməyi təklif etdi. Lakin qalan pulumu qaytarmadı”.
Buyurun, tenderdə qalib olmaq üçün iş adamı məmura rüşvət verib, sonra pulu batıb, aləm qarışıb, məsələ hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb, indisə yenə eyni şirkət 2 tenderin qalibi olur. Deməli, başçının əvvəldən xeyir-duası olub ki, bu şirkətlə iş görülsün, heç bir şəffaf tenderdən söhbət gedə bilməz.

TİA.Az
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO