Xaraba günə qalan YASAMAL... - Kimdir günahkar... BİLİNMİR!
Bolge
Oxunub: 559
3 sen 2021 | 18:50
Xaraba günə qalan YASAMAL... - Kimdir günahkar... BİLİNMİR!


Bakıda yaşayış binalarının birinci mərtəbələrinin, zirzəmilərinin və ətraf ərazilərin zəbt edilərək iaşə, ticarət obyektləri kimi istifadə edilməsi adi hala çevrilib. Belə neqativ hallara xüsusən də şəhərin mərkəzində, metro stansiyaları yaxınlığında yerləşən binalarda daha çox rast gəlinir. Bu zaman qanunsuz olaraq, binanın konstruksiyasına dəyişikliklər edilir, əlavə dirəklər qoyularaq eyvan bir neçə metr artırılır. Belə artırmaları yalnız sovet dövründə tikilmiş binalarda görmək mümkündür.

Əlbəttə, Azərbaycan reallığında sahibkar, yaxud mənzil sahibi belə tikililəri özbaşına, yerli icra hakimiyyətinin xəbəri olmadan apara bilməz. Əvvəlcədən bu qurumun, eyni zamanda başqa dövlət təşkilatlarının nümayəndələri ilə görüşüb "razılaşma" əldə edilir, daha sonra tikinti aparılır.

Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, "İnşaatçılar" metrostansiyasının həndəvərində belə qanunsuz tikililərin sayı-hesabı yoxdur. Ötən əsrin 60-70-ci illərində daşdan tikilmiş və əslində, artıq istismar müddətini başa vurmuş beşmərtəbəli yaşayış binalarının əksəriyyətinin aşağı mərtəbələri obyektlərə çevrilib. Mənzillərin prospektə baxan hissələrində əlavə bir-iki mərtəbəli artırmalar tikilib.

“İnşaatçılar” metrostansiyasına yaxın 4 binada təxminən 40-a yaxın obyekt fəaliyyət göstərir ki, onların da əksəriyyəti mağazalardır. Bu mağazaların “söykəndikləri” binaların ümumi durumu və xarici görünüşü isə heç də ürəkaçan deyil. Sovetdən qalma binaların səthində, divarlarında artıq iri çatlar yaranıb, qəzalı eyvanlar və pəncərəsiz otaqlar da diqqəti cəlb edir. Binalara “calaq edilən” obyektlərin necə gəldi tikilməsi onların arxitekturasını da eybəcərləşdirib. Bundan başqa, həmin tikililər əhalinin sıx, gediş-gəlişin intensiv olduğu ərazidə piyadaların hərəkətini çətinləşdirir.

Bu problemlə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirildi ki, artıq belə tikililərlə bağlı yerli icra orqanı hər hansı qərar qəbul etmir. Bu səlahiyyət 2018-ci ildə onlardan alınaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib.

Komitənin mətbuat katibi Ramiz İdrisoğlu isə "AzPolitika.info"-ya bildirdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, çoxmənzilli yaşayış binalarının birinci mərtəbələrində yerləşən əlavələrdə tikinti işləri aparmaq üçün tikintiyə icazə verilməlidir. "Həmin icraat zamanı binaların dayanıqlığı və memarlıq üslubu yoxlanılır, aidiyyatı dövlət qurumlarından zəruri rəylərin alınması təmin edilir. Bu sahədə qanunvericiliyin tələblərinin qorunmasına yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyi (FHN) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunur", - deyə R.İdrisoğlu qeyd edib.

Onun sözlərinə görə, bu məsələlər 2018-ci ildən komitənin səlahiyyətinə verildikdən sonra, adı çəkilən ərazidə belə tikintilərin aparılmasına icazə verilməyib.

Tikinti, memarlıq, dizayn sahəsində fəaliyyət göstərən "Nilufer Architect" şirkətindən "AzPolitika.info"-ya bildirildi ki, binanın əsas yükdaşıyan divarlarına və sütunlarına müdaxilə edilərək tikinti aparılması qanunsuzluqdur. Çünki bu zaman binanın davamlılığı zəifləyir və bina vaxtından əvvəl qəzalı vəziyyətə düşür. Lakin binada konstruktiv dəyişikliklər etmədən tikinti aparmaq olar. "Ancaq köhnə tikililərə dəyişikiliklər etmək çox təhlükəlidir. Çünki sovet binalarında belə əlavələr yox idi və gələcəkdə də onların edilməsi nəzərə alınmamışdı. Binaya belə dəyişiklik edilən zaman mütləq memar rəyi nəzərə alınmalıdır", - deyə şirkətin nümayəndəsi bildirdi.

Mütəxəssislər bildirirlər ki, belə tikililər binanın etibarlılığını təhlükə altına atır. Çünki təmir-bərpa işləri zamanı binanın bünövrəsində zədələnmə baş verir. Nəticədə dayaq rolunu oynayan divarlar dözümlülüyünü və müqavimətini itirməyə başlayır. Ona görə də, mütləq həmin bünövrələrin vəziyyəti araşdırılmalı, təmir prosesləri elə həyata keçirilməlidir ki, zədələnmə baş verməsin. Digər tərəfdən, belə obyektlərin binaya bitişik tikilməsi gələcəkdə baş verə biləcək bədbəxt hadisələr zamanı bina sakinlərinin həyatına təhlükə yaradır. Həmçinin, binada bu kimi əlavə tikililər aparılan zaman orada yaşayan sakinlərin razılığının alınması mütləqdir.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”