Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
Bolge
Oxunub: 359
3 sen 2021 | 00:10
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib




İsmayıllıda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən rayon gəncləri ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları, test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.

Rayonun rəhbəri Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən danışıb. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da qeyd edilib. Həmçinin vurğulayıb ki, rayonda Fondun təşəbbüsü ilə tikilən şəhər 6 saylı tam orta məktəb yeni dərs ilində şagird və müəllimlərin istifadəsinə veriləcək, eyni zamanda Sumağallı kəndində də dövlət vəsaiti hesabına yeni məktəb binasının tikintisi aparılır.
Bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq 2020/2021-ci tədris ilində İsmayıllı rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş 700 məzundan 21-i 600-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni Mollaisaqlı kənd tam orta məktəbinin məzunu Mürsəlova İlknur Nofəl qızı (671 bal) göstərib.

Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda RİH başçısı əldə edilən nəticələrə görə bütün təhsil müəssisəsinin müəllimlərinə təşəkkür edib və yeni təhsil ilində daha yüksək nəticələr əldə etməyi, uğurlar qazanmağı arzulayıb.
Rayon icra hakimiyyəti tərəfindən tələbələrə müvafiq diplomlar və hədiyyələr təqdim olunub.

İnformasiya şöbəsi


Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”