FÜZULI RAYON GERÇƏKLIKLƏRI: SÜBUT OLUNUB KI, ALI ALIYEVƏ SAXTAKARLARLA IŞLƏMƏK DAHA SƏRFƏLIDIR
Bolge
Oxunub: 632
2 sen 2021 | 17:45
FÜZULI RAYON GERÇƏKLIKLƏRI: SÜBUT OLUNUB KI, ALI ALIYEVƏ SAXTAKARLARLA IŞLƏMƏK DAHA SƏRFƏLIDIR


Canəli Əliyev Korupsiyaya Qarşı Mübarizə idarəsində izahatında bildirib ki, həqiqətən o, İcra başçısının müavini Bağır Aslanova, qardaşı oğlunu işə düzəltmək üçün 4000 manat pul və bir toğlu verib.

Daimi oxucularımız bəlkə də xatırlayarlar, onların sırasına yeni qoşulanlar da bilsinlər deyə xatırladırıq: 22.02.2021-ci il tarixdə “Dəryaz” qəzetinin internet səhifəsi olan “Deryaz.az” saytında “Füzulidə saxta diplomluların saxta əməlləri” sərlövhəli məqalə dərc olunmuşdu. Həmin məqalədə etibarlı mənbəyə istinad olunan səhih məlumatda bildirilirdi ki, Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) 3-cü “Qayıdış” qəsəbəsi İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin sədri Məmmədova Tamella Taleh qızının keçmiş AMİ-nin Gəncə filialından aldığı diplom saxtadır.

FÜZULI RAYON GERÇƏKLIKLƏRI: SÜBUT OLUNUB KI, ALI ALIYEVƏ SAXTAKARLARLA IŞLƏMƏK DAHA SƏRFƏLIDIR




O vaxt Fizuli rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyevin, RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevin mövqeyini öyrəndikdə, həmin şəxslər bildirmişdilər ki, onun diplomunun saxta olub — olmadığını onlar müəyyən edə bilməzlər və bunu yalnız Təhsil Nazirliyi (TN) və Dövlət İmtahan Mərkəzi (DİM) edə bilər.

Lakin İcra Hakimiyyətinin elektron adresinə bu barədə ünvanladığımız məktuba cavab verən olmamışdı. Odur ki, məsələ ilə əlaqədar dövlət başçısına, Baş prokurora, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə, Dövlət İmtahan Mərkəzinin direktoruna məktubla müraciət etmişdik. Nəticə bu oldu ki, aidiyyəti qurumların apardıqları obyektiv araşdırmaları nəticəsində Tamella Məmmədovanın diplomunun həqiqətən də saxta olduğu üzə çıxdı və o, tutduğu dövlət qulluğu vəzifəsindən qovuldu. Dövlət qulluqçusuna verilən əsas tələblərdən biri kimi cəmiyyətin həssas təbəqəsinin mənsubları ilə iş aparmaq qabiliyyəti olmayan T.Məmmədovadan yanıqlı olan şəhid İlham Abbasovun ailə üzvlərinin də necə deyərlər, “ürəyindən tikan çıxdı”. T.Məmmədova şəhidin rəsmi olan plakatı 3 saylı Qəsəbənin giriş hissəsindən gecə vaxtı sökdürmüşdü və şəhidin qardaşı bu hadisədən təsirlənərək plakatı öz evlərinin qapısından asmaqla təsəlli tapmağa çalışmışdı.

FÜZULI RAYON GERÇƏKLIKLƏRI: SÜBUT OLUNUB KI, ALI ALIYEVƏ SAXTAKARLARLA IŞLƏMƏK DAHA SƏRFƏLIDIR
FÜZULI RAYON GERÇƏKLIKLƏRI: SÜBUT OLUNUB KI, ALI ALIYEVƏ SAXTAKARLARLA IŞLƏMƏK DAHA SƏRFƏLIDIR


Amma nədənsə heç bir rəsmi qurum bu açıq qalan sualı Füzuli RİH başçısına və adlarını çəkdiyimiz müavinlərinə verməyib — Necə olur ki, rayon rəhbərliyi xanım icra nümayəndəsindən daha şəffaf işləyən, vəzifəsini layiqlə yerinə yetirən AMİ-nin başqa bir məzunu olan vəzifəli şəxsin diplomunun saxta olmasını müəyyənləşdirməkdə çətinlik çəkməyib, həmin yerli sakinin işdən kənarlaşdırılmasına qərar verib? T.Məmmədovaya işlədiyi vaxt havadarlıq etdiyi bildirilən, sonradan rüşvətxorluğuna görə adı cinayət işində hallanaraq istintaqa cəlb olunan Bağır Aslanov da vəzifəsini qoruya bilsə, sensasiya olacaq. Çünki, Canəli Əliyev Korupsiyaya Qarşı Mübarizə idarəsində izahatında bildirib ki, həqiqətən o, İcra başçısının müavini Bağır Aslanova, qardaşı oğlunu işə düzəltmək üçün 4000 manat pul və bir toğlu verib

Təxminimiz doğru çıxır: İcra Başçısı Alı Alıyevə məhz saxtakarlarla işləmək daha yaxşı sərf edir!

Mövzuya qayıdacağıq.

Deryaz.az
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”