Cənub bölgəsi haqqında KİV-lərdə piar kompaniyası aparan İltifat Hüseynov
Bolge
Oxunub: 957
31 avq 2021 | 14:41
Cənub bölgəsi haqqında KİV-lərdə piar kompaniyası aparan İltifat Hüseynov


Yəqin ki, söhbətin kimdən getdiyini anladınız? Uzun zamandır ki, medyanı şok edici informasiyalar ilə dəng edən, reallıqda isə həqiqət yükü olmayan, yaxud az olan, şou xarakterli məlumatlar cənub bölgəsindən gəlməkdə davam edir. İnformasiyalar əksər hallarda biri-birinə zidd xarakterli olmaqla yanaşı ilk baxışdan qərəzli olduğunu tam şəkildə ortaya qoyur.
Yaxşı, kimdir bu? Kimdir bu sifarişlərin arxasında dayanan və nəyə nail olmaq istəyir?
İstisna hal deyil ki, respublikanın hər yerində olduğu kimi, cənub bölgəsində də meşələrin qırılması baş verir, tədbir də görülür, görülməyən vaxtlar da olur. Ancaq məhz cənub bölgəsində baş verənlərin bu dərəcədə şişirdilməsi açıqca qərəzdən və sifarişdən xəbər verir. Kimsə sanki fürsətkən kimisə devirmək, ona sarsıdıcı zərbə vurmaq üçün əldən-ayaqdan gedir.
Mənbəmizin sözlərinə görə Lerik rayon Birkandil kənd seçki məntəqəsinin sədri İltifat Hüseynov 30 ildir ki, cənub bölgəsinin meşələrini qırdırıb satdırmaqla məşğuldur. Bu adamın ətrafında xeyli sayda brokanerlər var və İltifat Hüseynov onları maliyyələşdirir, onlar da meşələrdən qırıntı edərək materıal şəklində sataraq pulu İltifat Hüseynova verirlər. Zamanında Dəfələrlə Lerik meşə təsərrüfatı idarəsinin baş meşəbəyisi Eyvaz Babayev tərəfindən İltifat Hüseynova məxsus olan materiallar saxlanılaraq müsadirə olunmuşdur. Biz Eyvaz Babayevin də qanunsuz əməlləri barəsində məlumatlıyıq, ancaq İltifat Hüseynovun oynadığı bu oyun birbaşa medyanı nüfuzdan saldığı üçün onu ifşa etmək qərarına gəldik.
Əvvəla onu deyək ki, hazırda İltifat Hüseynovun bazarı əvvəlkitək işləmir. Artıq meşələri qıranların kimliyini müəyyənləşdirmək üçün iş gedir. İltifat Hüseynov qırdığı ərazilərdən çıxarkən oradan fotolar və videolar çəkərək KİV-lərə və Ekologiya və təbii sərvətlər nazirliyinə göndərərək, yerli idarələri bu işləri həyata keçirməkdə ittiham edirdi. Hansı ki, bu işlər onun özünə məxsusdur. İltifat Hüseynov bu minvalla Eyvaz Babayevi vəzifədən vurdurmaq istəyir və daha sonra rahat işinə davam edə biləcəyini fikirləşir.
Hazırda mənbə qeyd edir ki, Lerik meşələrində yanğına səbəb olanlar İltifat Hüseynov və onun dəstəsinin üzvləridir. Onlar meşələri yandırmaqla vaxtı ilə doğradıqları ərazidə izi itirmək istəyirlər.
İltifat Hüseynovun özünə məxsus "Ural" markalı yük avtomobili var və görüntülər bunu deyir ki, adam hələ də meşələri qırmağa davam edir.
Son proseslər zamanı regional ekologiya idarəsinin rəisi Əlizamin Həmidov və regional meşələrin inkişafı xidmətinin rəisi Füzuli Məmmədov tutduğu vəzifədən azad edildilər. Hazırda nazirlikdən müvəqqəti olaraq Cəlair Səmədov bu vəzifəyə təyin olunub. Yeni rəis deyəsən köhnə zibilləri ifşa etməkdə israrlıdır. Bu isə heç halda İltifat Hüseynova sərf etmir.
İltifat Hüseynov indi də sifariş əsasında nazirliyin məxfi şöbəsinin rəisi Elman Qurbanovu, meşələrin mühafizəsi departamenti xidmətinin rəisi Namik Xıdırovu və sair şəxsləri hallandırmaqla məşğuldur.
İltifat Hüseynov bir vaxtlar, hətta bir qrup şəxsləri təlimatlandıraraq Bakıya nazirliyinin qarşısında aksiya keçirmək üçün gəlməyə sövq edirdi.Adam hətta meşələrin qırılmasına səbəb kimi nazir müavini Vüqar Kərimovun da adını hallandırır. İltifat Hüseynov seçki məntəqəsinin sədridir və hakimiyyət qurumları ilə münasibətlərindən sui-istifadə edərək neqativlər yaratmaq üçün çalışır.
Məsələn: İltifat Hüseynov yazırdı ki, 2020- ci ildə 24 avqust tarixində Razvan meşəsindən 15 kb fıstıq,Güldəsər meşəsindən 5 kb ağcaqayın Elman Qurbanovun təşəbbüsü ilə Göyçaya aparılıb. Hətta 1 metr 10 sm uzunluğunda.
Görürsünüz, bu adam nə işlərlə məşğul olur deyə mənbə bildirir. Mənbə bütün KİV- ləri diqqətli olmaya çağırır. İltifat Hüseynov rəhbər vəzifələrdə çalışan şəxslər barəsində həqiqətə uyğun olmayan məlumatlar göndərməklə,medya haqqında xoşagəlməz mif yaradır. Məqsəd insanları üz-üzə qoymaq və bundan yararlanmaqdır.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Məktublar şöbəsi.


Cənub bölgəsi haqqında KİV-lərdə piar kompaniyası aparan İltifat Hüseynov
Cənub bölgəsi haqqında KİV-lərdə piar kompaniyası aparan İltifat Hüseynov
Cənub bölgəsi haqqında KİV-lərdə piar kompaniyası aparan İltifat Hüseynov
Cənub bölgəsi haqqında KİV-lərdə piar kompaniyası aparan İltifat Hüseynov
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”