“Zaqatalada xəstəxana bazar kimi işləyir” - GİLEY
Bolge
Oxunub: 596
26 avq 2021 | 20:44
“Zaqatalada xəstəxana bazar kimi işləyir” - GİLEY


“Bunlar təkcə mənim başıma gəlmir, bütün zaqatalalılar bu gündədirlər. Xəstəxana bazar kimi işləyir, burada rüşvət almayan həkim yoxdur. Heç kəs bu xəstəxana ilə baçara bilmir”.

Bu sözləri “Toplum TV”-yə Zaqatala rayon Mərkəzi Xəstəxanasından narazı olan rayon sakini Nərmin Əliyeva (ad-soyad şərtidir) söyləyir.

O, bacısının Zaqatala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyini, bacısının və digər tanışlarının xəstəxanaya pul verərək işə düzəldiklərini iddia edir.

N. Əliyevanın özü də xəstəxanada problemlə qarşılaşıb. Onun iddiasına görə, xəstəxananın şəhər poliklinikasının müdiri Məmmədrəsul Teyyubov pul almadan sənədə möhür vurmur: “Anamın pensiya işi ilə bağlı xəstəxanaya müraciət etmişdik. Həkim Məmmədrəsul Teyyubov anamın sənədinə möhür vurmadı. Axırda araya tanışları salandan, 100 manat da pul verəndən sonra baxmağa razılıq verdi”.

“Həkimi evdən gətiririk”

Daha bir rayon sakini Qurban Ramazanov da xəstəxanadan şikayətçidir. O danışır ki, bir neçə gün öncə uşağının qolu sındığı üçün xəstəxanaya aparıb. Lakin gecə növbəsində olan rentgenoloq yerində olmadığından onu evindən gətirmək məcburiyyətində qalıb: “Uşağın qolu sınıb, ağrıdan dayana bilmir, həkim yoxdur. Axır, gedib həkimi özüm evindən gətirmişəm. Xəstəxana işçiləri də elə davrandı ki, elə bil belə də olmalıdır – xəstə həkimi özü gətirməlidir”.

Q. Ramazanovun dediyinə görə, bunlardan sonra hələ həkimə əlavə pul da verib: “Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır”.

“Zaqatala Mərkəzi Xəstəxanasında nə insaf gördük, nə mürvət”

“Xəstəxanada dərman almağa gedən insanları növbəsiz, saatlarla gözlədirlər. Baxırsan ki, növbəyə düzülən adamların üzündən giley yağır. İcbari tibbi sığorta sisteminə keçəndən bəri vəziyyət daha da pisləşib. Cərrahiyə və doğum şöbəsi biabırçılıqdır. Cərahhiyədə yıxılıb ölsən, sənə baxan olmaz. Ailələr uşaq dünyaya gətirmək üçün doğum şöbəsinə 500-600 manat pul verməli olurlar”.

Bu sözləri isə başqa bir sakin İlhamə Həsənova (ad-soyad şərtidir) deyir.

İ. Həsənova əlilliyi ilə bağlı xəstəxanaya tez-tez müraciət etməli olur, dediyinə görə, xəstəxananın daimi gedib-gələni olduğundan, buradakı vəziyyətdən xəbərdardır: “Xəstəxana labaratoriyalarında yeni avadanlıqlar yoxdur. İcbari tibbi sığortaya keçəndən bəri analizlərin nəticəsi də düz çıxmır, gedib Bakıda yoxladanda tamam fərqli nəticələr görürük. Daha camaat bu xəstəxanaya inanmır. Hamı canının dərdindən təzə açılmış kliniklara qaçır”.

Şikayətçinin sözlərinə görə, həkimlərin savadında problem yoxdur, sadəcə müdriyyət rüşvətə bulaşıb və onları işləməyə qoymur: “Həkimlər də deyir ki, işə pul verib girmişəm, o pulu yığıb gedəcəm”.

Mərkəzi Xəstəxananın illərdir bitməyən dərdi…

Zaqatala rayon Mərkəzi Xəstəxanasından bu qədər şikayətin olması birinci dəfə deyil. İllərdir ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) rayon sakinlərinin xəstəxanadan şikayətləri paylaşılır.

Şikayətlər daha çox xəstələrə düzgün diaqnozun qoyulmaması, həkim səhlənkarlığı, rüşvətxorluq və buna bənzər digər məsələlərlə bağlı olur. Sakinlər hər dəfə eyni problemləri səsləndirirlər. Bəs bu problemlər niyə hələ də həll olunmur?

TƏBİB: “Sakinlər hüquq-mühafizə orqanlarına müraciət etsinlər”

Zaqatala rayon Mərkəzi Xəstəxanası 2020-ci il yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilib.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vahid tənzimləmə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətindədir.

Qurumun məlumatına görə, 129 min əhalisi olan Zaqatalada 45 tibb müəssisəsi, 187 həkim, 520 orta tibb işçisi fəaliyyət göstərir.

TƏBİB-in mətbuat katibi Elnarə Baxışovanın “Toplum TV”-yə dediyinə görə, Mərkəzi xəstəxanada infrastruktur və avadanlıqlar mütəmadi olaraq yenilənir, yeni avadanlıqlar alınır.

O ki qaldı digər problemlərə, qurumun sözçüsü hesab edir ki, özbaşınalıqdan, korrupsiyadan, həkim səhlənkarlığından şikayəti olan sakinlər hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.

Baş Prokurorluq: “Şikayətçilər prokurorluğa müraciət etsinlər, mediaya yox”

“Şikayəti olan sakinlər Zaqatala rayon Baş prokurorluğuna, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etsinlər, biz də araşdıraq. Media vasitələri onların dərdlərinin araşdırmasını aparmır”, – Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov sorğumuza belə cavab verib.

Onun sözlərinə görə, prokurorluq xəstəxanadan şikayət dərc olunduqdan sonra araşdırma aparacaq.

K. Zeynalov xəstəxana ilə bağlı indiyədək səsləndirilən oxşar şikayətlər haqqında isə qısaca bunları söyləyir: “Prokurorluğa daxil olan hər bir məsələ üzrə obyektiv araşdırma aparılır və qanuni qərarın qəbul edilməsi təmin edilir”.

Zaqatala-Balakən dairəsindən olan deputat Kamilə Əliyeva deyir ki, bu məsələ onun səlahiyyətinə daxil deyil, problemi hüquq-mühafizə orqanları araşdırmalıdır.

Sosioloq Elçin Bayramlının sözlərinə görə, son vaxtlar xəstəxanalarda, səhiyyə mərkəzlərində baş verən proseslərlə bağlı şikayətlər çoxdur: “Xüsusilə də həkimlərin rüşvət alması, dövlət tərəfindən təmin olunan dərmanların çoxunun verilməməsi ilə bağlı şikayətlər var. Bildiyimiz kimi 3 dövlət təşkilatı fəaliyyət göstərir: Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta. Əhali çaşbaş qalır. Bilmirlər ki, hansı problemlərini hansı quruma söyləsinlər. Rüşvətxorluğun qarşısının alınmasının isə çox sadə yolu var. İnsanlar bu məsələni nə ictimailəşdirirlər, nə də şikayət edirlər. Belə hallarda da bu problem sadəcə söz-söhbət, şaiyə kimi qalır. Buna aid nə sübut olur, nə şikayət, nə də ərizə. Belə olduqda rüşvətxorluğun qarşısını almaq mümkün olmur. Bu cür halların yaşanmaması üçün vətəndaşlar hüquqlarını tələb etməlidirlər. Əks halda qarşılıqlı razılıq əsasında, həkim təbii ki, pulu alıb cibinə qoyacaq”.

Cəzalar…

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) maddəsinə görə, vəzifəli şəxsin rüşvət alması üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin 31.1 (səhlənkarlıq) maddəsinə görə, vəzifəli şəxsin səhlənkarlığı fiziki və ya hüquqi şəxslərin hüquqlarına, dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurarsa, 1500 manatdan 3 min manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, altı ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İcbari sığorta da tətbiq olundu, nə dəyişdi?

Uzun illər təhlilçilər hesab edirdilər ki, icbari sığorta səhiyyədə olan problemlərin çözülməsinə yardım edəcək. Amma Zaqatala rayon Mərkəzi Xəstəxanasındakı narazılıqlardan belə qənaətə gəlmək olar ki, icbari sığortadan sonra vəziyyət yaxşılaşmayıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, icbari tibbi sığortanın əsas hədəfi genefondun sağlamlığının qorunmasıdırsa, digər tərəfdən tibbi işçilərinin maddi rifahının yaxşılaşdırılmasıdır: “İcbari sığortanın Qərb standartları səviyyəsində fəaliyyət göstərməsini istəyiriksə, xəstəxanaların təchizatı, tibb işçilərinin maaşı optimallaşdırılmalıdır. Bunlarsız icbari sığorta nəticə verməyəcək. Xərcləri ya vətəndaş ödəməlidir, ya da dövlət”.

Professorun sözlərinə görə, həkimlərin əməyinin qarşılığı qanuni mexanizmlərlə tənzimlənmədiyi müddətcə qanunsuz yollara əla atılacaq.

“İnsanlar istəyir ki, həkimlər hər cür məhrumiyyət yaşasın, amma işlərini yaxşı görsünlər. Həkim də əməyinin qarşılığını almalıdır. Təchizat adekvat, maaşlar da optimal olsa, belə söhbətlər olmaz. Təbii ki, iflic vəziyyətinə düşən sistemdə bu cür naqisliklər olacaq”, – deyə ekspert bildirir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2020-ci ilə aid hesabatına görə, ötən il vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsilə 61, rüşvət maddəsilə 22, səhlənkarlıq maddəsilə 2 cinayət işi başladılıb.
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü