Zərdab camaatı neçə ildir Mərdan Camalovun gül CAMAL-ını görə bilmir- Mərdan Camalov şəhid atasına kəllə atır...
Bolge
Oxunub: 765
24 avq 2021 | 20:43
Zərdab camaatı neçə ildir Mərdan Camalovun gül CAMAL-ını görə bilmir- Mərdan Camalov şəhid atasına kəllə atır...


Zərdab camaatı neçə ildir Mərdan Camalovun gül CAMAL-ını görə bilmir

Mərdan Camalov şəhid atasına kəllə atır...

Belə icra başçılarını minalanmış sahəyə buraxmaq lazımdır

Deməli, Şirvanın sabiq, Zərdabın indiki icra başçısı Mərdan Camalov 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirib.
11 il sonra isə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakultəsini başa vurub.
Bu məsələyə nə üçün xüsusi olaraq diqqət yetirdik.
Məmurlarımızın çoxu 50 yaşdan sonra ikinci ali təhsil alırlar.
Əlbəttə, peyğəmbərimiz də buyurub ki, beşikdən məzara kimi öyrənmək lazımdır.
Ancaq bu məmurlarınkı vallah öyrənmək deyil, nəsə başqa məsələdir.
Adama deyərlər ki, saçın-saqqalın ağaran vaxtdan sonra gedib partada oturmusan, bəlkə imtahan vermisən, bəlkə imtahana hazırlaşmısan..?
Sözün qısası, bizim məmurların, icra başçılarının 2-ci diplom məsələsi komediya mövzusudur. Bəli, hazır diplomları yazıb veriblər əllərinə. Yəqin ki, məmurlar da rektorlara, dekanlara borclu qalmayıb.
Mərdan Camalov da ikinci diplomunu necə alıb, bəllidir.
Nə isə, əsas mövzudan yayınmayaq.
Deməli, Zərdab camaatı yazır ki, neçə ildir icra başçısı Mərdan Camalovun gül camalını görmək istəyirik, amma görə bilmirik. Ona görə də Xoşqədəmin “Səni axtarıram” verilişinə müraciət ediblər ki, bəlkə Mərdan Camalovu tapa bilələr.
Mərdan Camalov icra başçısı olanadək haralarda çalışmayıb ?
Bu adam suda-quruda, bir sözlə, hər sahədə külüng çalıb. “Raypo”da işləyib, zavodda “svarşik” olub, hətta quruda da çalışıb. Bəli, zarafat hesab etməyin, Mərdan müəllim, xeyli müddət Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi olub.
Cənab icra başçısının əməlli-başlı kəllə atmağı da var.
Bəli, Mərdan Camalov Qarabağ şəhidinin atasına kəllə atıb. Yazıq şəhid atası deyir ki, orada adamlar olmasaydı, Mərdan müəllim məni təpiyin altına salacaqdı.
Deyirəm, gör dünyanın harasıdır ki, icra başçısı şəhidin atasına kəllə atır.
Belə icra başçılarını minalanmış sahəyə buraxsan, bəlkə olmayan ağılları başına gələr. Və şəhidlərin qədrini onda bilərlər.
Görəsən, şəhidin atası icra başçısından nə istəyib ki ?
Yazıq, binəva nə istəyəcək ki, deyib mənə 2-3 sot torpaq ver ailəmi dolandırım.
Mərdan Camalov kimi məmurlar üçün torpaq vermək can vermək kimidir, çünki torpaqları satıb milyonlar qazanırlar. Bunların eybini torpaq örtsün.
Bəli, Mərdan Camalov hələ Şirvanda işləyərkən, rayon ərazisində olan 3 min metr uzunluğunda qaz turbalarını kəsdirib “metallom” kimi satdırıb. Bu cinayət işi ilə ölkədə hamı məşğul olub, amma Mərdan müəllimin heç tükü də tərpənməyib. Hətta Azəriqaz da heç nə edə bilməyib.
Təsəvvür edirsiniz, adam rayon ərazisindəki 3 min metr qaz turbalarını kəsdirib satdırıb.
Vallah ağlı başında olan adam bu hərəkəti etməz.
Amma bu ağılın sahibi düz 14 il Şirvan şəhərinə rəhbərlik edib. Rayondakı bütün idarələrdən hər ay nə isə yığıdırıb.
Amma arxası olmasaydı, Mərdan Camalov bu hərəkətləri edə bilməzdi.
Bəli, Mərdan Camalovun arxasında mərhum qardaşı, Müdafiə Sənayesi naziri olmuş Yavər Camalov dayanmışdı.
Hər şeyi bəlkə də zamanın ayağına yazmaq olardı.
Ancaq 44 günlük müharibə zamanı camaat yas içində olanda, şəhidlərimiz gəldiyi vaxtda Mərdan Camalovun oğlanları ilə kef məclisləri qurub yeyib-içməsini heç hara yazmaq mümkün deyil. Bununla bağlı sosial şəbəkələrdə də “fakt”lar var.
Bu hadisəni ancaq Mərdanovların “qaşqa”sına yazmaq olar. Və onu tarix də silə bilməyəcək.gundelik baki.com/
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü