Niyə Abidin Fərzəliyev deyil, Təmkin Xəlilov?
Bolge
Oxunub: 1 029
21 avq 2021 | 17:30
Niyə Abidin Fərzəliyev deyil, Təmkin Xəlilov?


“Axı “Altun” restoranının direktor müavini Təmkin Xəlilov kimdir ki, o, Vüqar Səfərlinin cinayət ortağı olsun? Onu ya da Bünyamin İsmayılovu və ya adı ortağı kimi keçən digərlərini Vüqar Səfərli it yerinə qoyurdumu?”.

Yeniçağın baş redaktoru Aqil Ələsgər ləğv olunmuş KİVDF-nin keçmiş icraçı direktoru, dövlətə külli miqdarda ziyan vurduğuna görə həbs edilən Vüqar Səfərlinin cinayət ortaqları haqqında özünün Facebook səhvindən yazı yazıb.

Gündəm və maraqlı məqam olduğuna görə PİA.az həmin yazını təqdim edir:

“Dələduz reket Vüqar Səfərliyə münasibətimdən az-çox hər kəsin xəbəri var. Şükür Allaha ki, onun əliylə nə səfərə getmişəm, nə də çörək yemişəm, üstəlik başqaları kimi “mən də vaxtilə ona etiraz etmişəm” deməmişəm, vəzifədə olanda da elə buradan adını çəkib, rəzil etmişəm və bundan da peşman deyiləm. Amma, ancaq və lakin… Məhkəməni izləyirəm. Vüqar Səfərlinin “cinayət ortaqları”na baxın: ağzı qatıq kəsməyən komendant, restoran inzibatçısı, restoranın direktor müavini, icarədar… Bu məhkəmədir yoxsa sirk? Mən bina sakinləri ilə görüşənlərə də demişdim ki, Vüqar Səfərlinin cinayətlərini ortaya çıxartmaq üçün menyu ya da digər şeylərlə vaxt itirməyin, binalardakı mənzillərdən birinə diqqətli baxış keçirin, nəyi neçəyə alıb, neçəyə silib, görəcəksiniz. Ancaq indi məsələ o da deyil. Axı “Altun” restoranının direktor müavini Təmkin Xəlilov kimdir ki, o, Vüqar Səfərlinin cinayət ortağı olsun? Onu ya da Bünyamin İsmayılovu və ya adı ortağı kimi keçən digərlərini Vüqar Səfərli it yerinə qoyurdumu? Nəbadə, o insanları təhqir etdiyimi düşünməyin. Vüqar Səfərli adlı əclafın insanlara münasibətini bildiyim üçün yazıram. O adamlara “salam” belə vermədiyinə and içərəm. Biz “Altun” restoranının Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin olduğunu, nə yeyinti varsa, bunu Abdinlə Səfərlinin birlikdə etdiyini biz bilirik, rəsmi qurumlar bilmir? Və ya nə üçün Baş Prokurorluğun birinci bəyanatında adı çəkilən Mehrac Babayevin adı sonradan “unuduldu”? Niyə Vüqar Səfərlinin sağında-solunda olan, qəzet baş redaktorlarından biri də prossesə daxiı edilmədi?

Bəs biz nə üçün bu davanın ört-basdır edilməsinin qarşısını almalıyıq? Çünki KİVDF proyekti Ramiz Mehdiyevin Azərbaycan mətbuatını çökdürmə-xədim etmə əməliyyatı idi və böyük bir ölçüdə də buna müvəffəq oldular. Sındırdılar sinəsinə döyənləri. Azad medianın gözünü oydular. Bunlara təslim olmayanları ya Evez kimi içəri atdılar, ya adına reket qoydular. Bunun üçün bu məhkəmə həm də mətbuatın namusunu təmizləmə məhkəməsi olmalıdır. Bu cinayətdə əli olan hər kəs hesab verməlidir.

Bu arada ildə üç dəfə Abdin Fərzəliyevin “Altun” restoranında Vüqar Səfərlinin süfrəsinə yığışanlar bir neçə gün öncə İstanbulda Mehrac Babayevin oğlunun toyuna yığışıblarmış”.
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib